Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2574/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Qışlaqabbas kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 5BPWQC), Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Qışlaqabbas kəndində ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək xırda xuliqanlıq etmiş, həmçinin polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 05 sentyabr 2021-ci il tarixdə, saat 03:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 71 ünvanının qarşısında yerləşən “Kontakt Home” dükanın qarşısında vətəndaş X3 qarşı nalayiq ifadələr işlətdiyi üçün sonuncu polis şöbəsinə müraciət etmiş, daha sonra Şəxs barəsində axtarış qərarı qəbul edilmiş, polis əməkdaşları onu saxlayan zaman isə o, sonuncularaq müqavimət göstərmişdir. Bu səbəbdən də, o, polis əməkdaşları tərəfindən 19-cu PŞ-nə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə inspektoru S.S.Nəbizadə tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, 05.09.2021-ci il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı Yaqub Cəlilovun icraatına ünvan 3 ünvanında yaşayan vətəndaş K.S.Nağıyevin Nəsimi RPİ-nin 19-cu PŞ-nə yazmış olduğu ərizəsi daxil olmuş, həmin ərizədə K.S.Nağıyev bildirmişdir ki, 05.09.2021-ci il tarixdə, saat təqribən 03:20 radələrində Cümşüd adlı cinsi azlıq Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 71 ünvanında yerləşən “Kontakt Home” dükanın qarşısında onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, əlində olan kəsici alətlə hədələmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd edilən tarixdə Cümşüd adlı şəxs (cinsi azlıq) heç bir əsaslı səbəb olmadan vətəndaş K.S.Nağıyevi nalayiq küçə söyüşləri ilə söyüb təhqir etmiş, narahat etmiş və kəsici alətlə hədələmişdir. Araşdırma zamanı baş vermiş hadisəni törətmiş Cümşüd adlı şəxsin əməlində cinayət tərkibi müəyyən edilməmiş bu səbəbdən də müraciət əsasında Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq 15.09.2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, lakin şəxsiyyəti təhqiqata Cümşüd kimi məlum olan şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin (xırda xuliqanlıq) tərkibinin olması müəyyən edilmişdir. Daha sonra Şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman onlara qarşı nalayiq ifadələr işlətmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 13 sentyabr 2021-ci il tarixdə 2 polis nəfəri ona yaxınlaşaraq onu bölməyə dəvət etmiş və səhər saat 05-00-dək onu bölmədə saxlamışlar. Daha sonra onu müayinə olunması üçün narkoloji mərkəzə aparmış, analizi təmiz çıxmışdır. Bundan başqa o, barəsində şikayət verən şəxsin yalan polisə yalan məlumat verdiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 14 sentyabr 2021-ci il tarixdə saat 00:30-da polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Bundan əlavə, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili X2 izahatında göstərmişdir ki, barəsində inzibati icraat aparılan şəxsi qiyabi olaraq tanımışdır, sonuncunun barəsində polis şöbəsində xuliqanlıqla bağlı material olmuşdur. Belə ki, barəsində inzibati icraat aparılan şəxs qarşısına çıxıb onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, o, işdən çıxıb evə qayıdan zaman Moskva prospektində barəsində inzibati icraat aparılan şəxsin qarşısında olan şəxslərə əl-qol hərəkətləri atdığını görmüşdür. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 14 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək xırda xuliqanlıq etmiş, həmçinin polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaqdan imtina etmiş və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. İş materiallarında olan Nəsimi RPİ-nin 19-cu PŞ-nin rəisi tərəfindən tərtib edilmiş 13 sentyabr 2021-ci il tarixli raportdan görünür ki, 05.09.2021-ci il tarixdə Nəsimi RPİ-nin 19cu PŞ-nin təhqiqatçısı Yaqub Cəlilovun icraatına ünvan 3 ünvanında yaşayan vətəndaş K.S.Nağıyevin Nəsimi RPİ-nin 19-cu PŞ-nə yazmış olduğu ərizəsi daxil olmuş, həmin ərizədə K.S.Nağıyev bildirmişdir ki, 06.09.2021-ci il tarixdə, saat təqribən 03:20 radələrində Cümşüd adlı cinsi azlıq Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 71 ünvanında yerləşən “Kontakt Home” dükanın qarşısında onu nalayiq ifadələrlə söyüb təhqir etmiş, əlində olan kəsici alətlə hədələmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd edilən tarixdə Cümşüd adlı şəxs (cinsi azlıq) heç bir əsaslı səbəb olmadan vətəndaş K.S.Nağıyevi nalayiq küçə söyüşləri ilə söyüb təhqir etmiş, narahat etmiş və kəsici alətlə hədələmişdir. Araşdırma zamanı baş vermiş hadisəni törətmiş Cümşüd adlı şəxsin əməlində cinayət tərkibi müəyyən edilməmiş bu səbəbdən də müraciət əsasında Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq 15.09.2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, lakin şəxsiyyəti təhqiqata Cümşüd kimi məlum olan şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin (xırda xuliqanlıq) tərkibinin olması müəyyən edilmişdir. İş materiallarında olan 13 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış araşdırmanın nəticələri üzrə cinayət tərkibinin olmaması əsasına görə cinayət işinin başlanması rədd edilmiş, şəxsiyyəti təhqiqat orqanına “Cümşüd” kimi məlum olan şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olduğundan onun müəyyən edilərək barəsində inzibati tənbeh tədbirlərinin görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan Nəsimi RPİ-nin 19-cu PŞ-nin rəisi tərəfindən tərtib edilmiş 14 sentyabr 2021-ci il tarixli raportdan görünür ki, Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı Y.Cəlilovun 083-13928 sıra nömrəli raportu icraatına daxil olmuşdur. Həmin raporta əsasən 14.09.2021-ci il tarixdə, saat 00:05 radələrində inzibati ərazidə xidmətdə olarkən həmin hadisəni törətmiş şəxsin Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektu 82 ünvanının qarşısında dayandığını görüb yaxınlaşıb Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkilləri Soltan Nəbizadə və Kamal Cavadov özlərini təqdim etmiş və törətdiyi inzibati xəta ilə əlaqədar 19-cu PŞ-yə dəvət etmiş, lakin həmin şəxs onlara tabesizlik göstərərək ünvanlarına nalayiq ifadələr işlətmiş habelə hadisə yerindən dəfələrlə qaçaraq uzaqlaşmağa cəhd göstərmişdir. Şəxsi, NH-nin avtopatruluna əyləşdirmək istədikdə isə onlara müqavimət göstərərək oradan qaçıb uzaqlaşmağa cəhd göstərmişdir. Onlar isə həmin şəxsi fiziki güc tətbiq edərək avtopatrula əyləşdirib şöbəyə gətirmiş, şöbədə məlum oldu ki, həmin şəxs xx.xx.1988-ci il təvəllüdlü Şəxsdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq 14 sentyabr 2021-ci il tarixdən, saat 00:30-dan məhdudlaşdırılmışdır. Belə ki, iş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 13 sentyabr 2021-ci il tarixli, A/823 saylı aktdan görünür ki, Şəxs həmin tarixdə sərxoş olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 05 sentyabr 2021-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai yerdə vətəndaş K.S.Nağıyevə qarşı nalayiq ifadələrdən istifadə etməklə onu təhqir etmiş, daha sonra həmin hal Nəsimi RPİ-nin 19-cu PŞ-də araşdırılmış, 13 sentyabr 2021-ci il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi edilmişdir. Bundan sonra 14 sentyabr 2021-ci il tarixdə Şəxs Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkilləri S.Nəbizadə və K.Cavadov tərəfindən saxlanılan zaman onlara tabesizlik göstərərək ünvanlarına nalayiq ifadələr işlətmiş habelə hadisə yerindən qaçaraq uzaqlaşmağa cəhd etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də, Şəxs polis əməkdaşları tərəfindən Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirilmiş və özünün də məhkəmə iclasında təsdiq etdiyi kimi polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün məhkəmə iclasında verdiyi ifadələri və digər iş materialları ilə onun nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozması və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin, polis əməkdaşlarının dəfələrlə etdiyi çağırışlara baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirməsi, onlara qarşı nalayiq ifadələr işlətməsi və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin faktiki hüquqlarının məhdudlaşdırıldığı andan, yəni 14 sentyabr 2021-ci il tarixdən saat 00:30-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və və 535.1ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 14 sentyabr 2021-ci il tarixdən saat 00:30dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2574/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2574/2021
14.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver