Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2575/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin nümayəndəsi X1, şikayətçi X2 iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin 01 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin 01 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri BPİ-nin DYPİ-nin inspektoru polis kiçik serjantı X5 tərəfindən barəsində AR İXM-nin 327.2-ci maddəsilə 01 sentyabr 2021-ci il tarixdə 60 manat məbləğində inzibati tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərar qəbul etmişdir. Sözügedən qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalı, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunan hadisə ilə bağlı bildirir ki, istifadəsində olan **-EY-*** qeydiyyat nişanlı, “Toyota Prius” mink markalı nəqliyyat vasitəsilə 01.09.2021-ci il tarixdə saat 13:15 radələrində Bakı şəhəri R.Behbudov küçəsi ilə A.A.Bakıxanov küçəsi istiqamətində hərəkət etdiyi zaman YPX əməkdaşları, inspektor polis kiçik serjantı S.Əliyev onu saxlayaraq əsassız və sübuta yetirilməmiş faktlarla guya ki, həmin istiqamətdə getdiyi zaman svetoforun və nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirməsini, qəza vəziyyəti yaratdığını bildirmiş və bununla əlaqələr ona inzibati xəta protokolu (İXP 4160242) tərtib etmişdir. Bu halda təsdiqedici sənədlərin (qəza vəziyyəti yaradılmış konkret avtomobil, avtomobilin sürücüsünün bu haqda şikayət ərizəsi və ya digər təsdiqedici sənədlər) təqdim olunması zəruridir ki, öz iradını YPX əməkdaşına bildirdiyi zaman ona xidməti (YPX) avtomobilin arxa tərəfdər (olay olan yerdən 150 metr kənardan, avtomobillərin arxasından) yol kəşisməsinə çatmayan avtomobillərin 50-60 metr kənar olduğu məsafədə keçdiyi barədə video görüntü göstərmişdir. Dəfələrlə YPX əməkdaşına svetoforun qadağan edici işarəsinin tələblərinin pozması ilə bağlı video görüntünü tələb etsə də YFX əməkdaşı videonu təqdim edə bilmədi. Məlumat üçün bildirir ki, həmin videogörüntü bu günədək təqdim edilməmişdir. Bu gün ölkəmizdə Cənab Prezident tərəfindən köklü islahatlar aparılır, məmurlara, dövlət qulluqçularına vətəndaşları əsassız incitməmək barədə tapşırıqlar veririlir. Bununla əlaqədar X7 cənab V.Eyvazov tərəfindən cox ciddi addımlar atılır və o, bir vətəndaş olaraq görülən işləri yüksək qiymətləndirir. Polis xalqın keşiyindədir, təhlükəsizliyin qarantıdır. Məlumat üçün nəzərə çatdırır ki, o, 20 ildir avtomobil idarə edir və bu illər boyu bir dəfə də olsun ona bal tərtib olunmamış, ciddi qanun (yol hərəkəti) pozuntusu qeydə alınmamışdır. Eyni zamanda həmin yerdə təhlükesiz şəhər videogörüntüləri vardır. Həmin videogörüntü ilə işə baxılıb qərar verilməli idi. Nəticə etibarı iiə bildirir ki, bununla bağlı onun heç bir günahı yoxdur, buna görə də Bakı şəhəri BPl-nin DYPl nin inspektoru polis kiçik serjantı S.Q.Əliyev tərəfindən barəsində AR İXM-nin 327.2-ci maddəsilə 01 sentyabr 2021-ci il tarixdə 60 manat məbləğində inzibati tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı qərarı tam qanunsuz və əsassızdır. Buna görə də hesab edirəm ki, həmin qərar ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri BPl-nin DYPİ-nin 01 sentyabr 2021-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Ə.A.Hüseynov ərizəsinin mahiyyətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini və barəsində qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ-nin DYPİ-nin nümayəndəsi N.V.Ələkbərzadə bildirmişdir ki, Ə.A.Hüseynovun barəsində 01 sentyabr 2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, 14 sentyabr 2021-ci il tarixdə vətəndaş müraciət edərək qərarı əldə etmişdir. Belə ki, həmin qərardan şikayət vermə müddəti ötürülmüşdür. Göstərilənləri nəzərə alaraq şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 01 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Ə.A.Hüseynov 01 sentyabr 2021-ci il tarixdə, saat 13:15-də R.Behbudov və A.A.Bakıxanov küçələrinin kəsişməsində idarə etdiyi “Toyota Prius” minik markalı, **-EY-*** qeydiyyat nişanlı avtomobillə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozmuş və buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ə.A.Hüseynov 01 sentyabr 2021-ci il tarixdə, saat 13:15-də R.Behbudov və A.A.Bakıxanov küçələrinin kəsişməsində idarə etdiyi “Toyota Prius” minik markalı, **-EY-*** qeydiyyat nişanlı avtomobillə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozmasına görə barəsində həmin tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu 60 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Ə.A.Hüseynov barəsində inzibati tənbeh vermə haqqında qərar 01 sentyabr 2021-ci il tarixdə qəbul edilsə də, sonuncu tərəfindən həmin qərar 14 sentyabr 2021-ci il tarixdə rəsmi şəkildə qəbul edilmiş və 15 sentyabr 2021-ci il tarixdə həmin qərardan şikayət ərizəsi məhkəməyə daxil olmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, Ə.A.Hüseynovun barəsində Bakı şəhər BPİ DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ə.A.Hüseynova istinad edilən inzibati xəta hadisəsi xüsusi texniki vasitənin köməyi ilə videogörüntü şəklində qeydə alınmışdır. Lakin həmin videogörüntü bugünədək Ə.A.Hüseynovun elektron kabinetində yerləşdirilməmiş və ya sonuncuya hər hansı digər formada təqdim edilməmişdir. Yuxarıda göstərilən səbəblərdən də, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi inzibati xəta hadisəsinin mövcudluğu əks etdirən videogörüntüləri və ya səs yazıları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin 01 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin 01 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər BPİ DYPİ-nə göndərilməli və həmin qərar əsasında Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinin Mərkəzi İnformasiya sistemində Ə.A.Hüseynovun barəsində yerləşdirilmiş inzibati cəriməyə dəbbə pulunun hesablanması şikayətin məhkəməyə daxil olduğu 15 sentyabr 2021-ci il tarixdən dayandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin 01 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinə göndərilsin. Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin 01 sentyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinin Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cəriməyə dəbbə pulunun hesablanması şikayətin məhkəməyə daxil olduğu 15 sentyabr 2021-ci il tarixdən dayandırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2575/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2575/2021
28.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver