Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2575/2024 05.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı X1 Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, M Ü Ə Y Y Ə N E T D İ M: X2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X1 verdiyi şikayət ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati xəta hadisəsi Bakı şəhəri Səbail rayonunun ərazisində törədilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 132.1.1-ci və 132.2-ci maddələrinə görə hakim inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı inzibati xəta haqqında işin həmin hakimə aid olub-olmaması məsələsini həll edir, şikayətə və ya protestə baxılma hakimin səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Qeyd olunanlarla əlaqədar hesab edirəm ki, inzibat xəta hadisəsi Bakı şəhəri Səbail rayonu ərazisində törədildiyindən və X2 şikayətə yaşayış yeri üzrə baxılmasına dair vəsatət vermədiyindən Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü, 132.1.1-ci və 132.2-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: X1 Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2575/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2575/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver