Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2576/2023 08.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X2, qərarından şikayət verilmiş orqan Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə, saat 15:50də Bakı şəhəri, Ü.Hacıbəyli küçəsində xidmət aparan **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilini idarə edən Bakı şəhər DYPİ-nin müşayiət bölüyü YPX baş inspektoru Z.Ə.Məmmədov tərəfindən saxlanılmış, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən ona 50 manat cərimə tətbiq edilmiş və avtomobili duracağa yerləşdirilmişdir. İnspektor ona avtomobilin arxa yaylarının qızdırılaraq arxasının aşağı olduğunu demiş, o isə avtomobilin arxa yaylarının qızdırılmadığını bildirmişdir. Bundan sonra barəsində protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi İ.İ.Həbibli şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək bildirmişdir ki, o, baş vermiş inzibati xəta hadisəsində özünü təqsirli bilmir, belə ki, o, inzibati xəta hadisəsi törətməmişdir. Onun avtomobili inspektor tərəfindən əsassız yerə duracağa aparılıb yerləşdirilmiş, barəsində protokol tərtib edilməmişdən öncə ona xəbərdarlıq edilməmişdir. Göstərilərilənləri nəzərə alaraq şikayətinin təmin edilməsini, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi E.M.Qanbayev şikayətlə razılaşmayaraq bildirmişdir ki, İ.İ.Həbibli xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Ü.Hacəbəyli küçəsində konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan “KİA RİO” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən YPX-nin əməkdaşı tərəfindən saxlanılmış, avtomobil duracağa aparılaraq nasaz hissələr dəyişdirilmiş və İ.İ.Həbibli barəsində nasaz avtomobil idarə etməsinə görə əsaslı olaraq protokol tərtib edilmişdir. Belə ki, şikayətçi İ.İ.Həbibli həmin avtomobilin nasaz olmasını bilə-bilə idarə etmişdir, bu isə inzibati xəta hadisəsinin olmasını birbaşa təsdiq edir. Göstərilənləri nəzərə alaraq şikayət əsassız olduğundan təmin edilməməsini və qərarın qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən BBPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət eskort bölüyü YPX baş inspektoru X3 izahatında bildirmişdir ki, şikayətçi konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan “KİA RİO” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən tərəfindən saxlanılmış, avtomobilə baxış keçirilmişdir. Baxış keçirilən zaman avtomobilin hər tərəfində registrator qoşulduğu aşkar edilmişdir. Həmin avtomobil tərəfindən duracağa aparılmış və aşkarlanmış nöqsanlar aradan qaldırılmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarına, DVD diskindəki videogörüntüyə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, İ.İ.Həbibli xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Ü.Hacəbəyli küçəsində konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan “KİA RİO” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən YPX-nin əməkdaşı tərəfindən saxlanılmış və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinin nümayəndəsi E.M.Qanbayev tərəfindən məhkəməyə təqdim edilmiş DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, İ.İ.Həbiblinin idarə etdiyi “KİA RİO” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini həqiqətəndə nasaz vəziyyətdə idarə edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İ.İ.Həbibli xx.xx.2023-cü il tarixdə konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan “KİA RİO” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş, bu hal YPX-nın əməkdaşı tərəfindən aşkar edilərək qeydə alınmışdır. Bundan sonra həmin avtomobil YPX əməkdaşı tərəfindən duracağa aparılmış və avtomobildə olan nasazlıq aradan qaldırılmışdır. Daha sonra İ.İ.Həbiblinin barəsində xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və o, həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Məhkəmə iclasında baxış keçirilmiş DVD diskindəki videogörüntüyə əsasən isə müəyyən edilmişdir ki, İ.İ.Həbibli həqiqətəndə konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini idarə etmişdir. Bununla da, məhkəmə hesab edir ki, şikayətçi İ.İ.Həbiblinin xx.xx.2023-cü il tarixdə konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini idarə etməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan İ.İ.Həbiblinin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2576/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2576/2023
08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver