Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2578/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X7, X1 nümayəndəsi və vəkili “De fendo” vəkil bürosunun vəkili – Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin 29 may 2024-cü il tarixli, MN №1613265 saylı “İnzibati tənbeh vermə” haqqında qərardan verilən şikayətə baxılma haqqında” qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 29 may 2024-cü il tarixli, MN №1613265 saylı “İnzibati tənbeh vermə” haqqında qərardan X4 şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X11 “Əli və Nino Yayım MMC” ilə xx.xx.2021-ci il tarixli əmək funksiyanının icrası üzrə öhdəliklərini pozmuş, yol verdiyi nöqsan nəticəsində MMC-nin digər iki işçisi ilə bərabər MMC-yə maddi ziyan vurmuşdur. Azərbaycan Respublikasının ƏƏSMN yanında X10 Xidməti tərəfindən MMC direktoru Nigar Köçərli barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının ƏƏSMN yanında X10 Xidmətin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarına əsasən "xxxx" MMC-nin direktoru Nigar Köçərli barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin Xidmətin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarı təqdim edilən zaman müəyyən olunmuşdur ki, inzibati haqqında işə baxılma müddəti ötürülmüşdür. Azərbaycan Respublikasının ƏƏSMN yanında X10 Xidmətinin MMC-yə təqdim etdiyi xx.xx.2024-cü il tarixli 3-17-5/2-22947/2024-cü il tarixli məktubdan məlum olmuşdur ki, şikayətçi X5 məktubu xx.xx.2024-cü il tarixdə edilmişdir. ƏƏSMN yanında X10 Xidmətinin qərarı isə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Müəyyən olunmşdur ki, inzibati xəta haqqında işə baxılma müddəti ötürülmüşdür. Lakin Azərbaycan Respublikasının ƏƏSMN yanında X10 Xidmətinin xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarı poçta xx.xx.2024-cü il tarixdə təqdim edilməmiş, xx.xx.2024-cü il tarixdə poçt şöbəsinə daxil olmuş, MMC-yə isə rəsmi qaydada xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Məlum olmuşdur ki, Şahi (Məmmədova) Müjgan Ehtiram qızı və digər iki əməkdaş, X8 və Sultanova Səriyyə tərəfindən birlikdə şirkətə maddi zərər vurmuşdur. Adları qeyd edilən hər üç əməkdaş tərəfindən vurulmuş ziyan ümumilikdə 4000 manat məbləğində təşkil etmişdir. Şirkətə Şahi (Məmmədova) Müjgan Ehtiram qızı, X8 və digər iki əməkdaş, Sultanova Səriyyə tərəfindən birlikdə vurulmuş ümumi maddi ziyan onlar arasında bölüşdürülmüş və hər bir işçi tərəfindən vurulmuş ziyan 1333.66 manat müəyyən edilmişdir. Müştərilər tərəfindən də pulun qalığının əskik qaytarıldığı, qəbzin verilmədiyinə dair dəfələrlə şikayətlər daxil olmuşdur. Şahi (Məmmədova) Müjgan Ehtiram qızının vurduğu ziyanın 675.53 (altı yüz yetmiş beş manat, əlli üç qəpik) manat məbləği xx.xx.2024-cü il tarixli 3004-T-1 nömrəli əmrə əsasən ondan tutulmudur. Şahi (Məmmədova) Müjgan qalan maddi ziyanın 658,03 (altı yüz əlli səkkiz manat, üç qəpik) məbləği isə borc olaraq qalmışdır. Həmçinin Şahi (Məmmədova) Müjgan Ehtiram qızı tərəfindən digər iki işçi ilə birlikdə MMC-yə maddi ziyan vurulması ilə bağlı məlumatlar Azərbaycan Respublikasının ƏƏSMN yanında X10 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-17-5/2- 22947/2024 nömrəli məktubuna əsasən aidiyyəti üzrə təqdim edilmişdir. Bu səbəbdən hüquqlarını müdafiə etdiyim X3 AR İXM-in yuxarıda qeyd etdyi maddəsi ilə tərtib edilmiş protokol və barəsində qəbul edilmiş qərar heç bir əsas olmadan qəbul edilmişdir. Belə ki, həmin maddədə nəzərdə tutulmuş inzibati xəta X4 tərəfindən törədilməmişdir. Bununla da müəyyən edilir ki, həmin inzibati xəta hadisəsində X3 təqsiri yoxdur. Belə olan halda, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Azərbaycan Respublikasının ƏƏSMN yanında X10 Xidmətinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edilməlidir. xx.xx.2024-cü il tarixdə X1 vəkili “De fendo” vəkil bürosunun vəkili – Nümayəndə “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti haqqında" əsasnamənin 3.1.1-ci və 3.1.13-cü yarımbəndlərinə əsasən bu əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək, vətəndaşların qəbulunu təşkil etmək, ərizə, təklif və şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin etmək kimi vəzifələri icra edir. Əsasnamənin 3.1.13-cü yarımbəndindəki "şikayətə baxılma qaydası" müddəası şikayətə hansı qaydada baxılmasını özündə ehtiva edir. Bu isə ilk növbədə daxil olmuş şikayətin mahiyyətindən və məzmunundan asılıdır. Yəni, şikayətin məzmunu və mahiyyəti artıq, onu araşdıran vəzifəli şəxsin səlahiyyət dairəsini və çərçivəsini müəyyən edir. Deməli, vəzifəli şəxs şikayətin mahiyyətindən kənara çıxa və araşdırma apara bilməz. X12 tərəfindən əmək hüquqlarının pozulması dair ərizə verilərkən sözügedən ərizədə sonuncunun işdən çıxarılması və son haqq-hesabın ödənilməməsi ilə bağlı məsələ qeyd edilməmişdir. Yəni, Azərbaycan Respublikasının ƏƏSMN yanında X10 Xidməti mübahisələndirilən qərarı və bu qərarın qəbuluna əsas olmuş inzibati xəta haqqında protokolu tərtib edərkən məhz əmək müqaviləsinin xitam əmrinə əsaslanması əsassız olmuş, şikayətin baxılma həddini aşmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsində ödənclər və son haqq-hesab anlayışı fərqləndirilmişdir. X6 şikayətinin həddi ödənclərlə bağlı məsələ olsa da, Xidmət bunu nəzərə almayıb əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ödənilməli olan son haqq-hesabı qərarın özəyi kimi qəbul etmişdir. Halbuki, şikayət verilən ərəfədə X12 işdən çıxarılmamış, habelə o, ödənclərin ödənilməsini mübahisələndirmişdir. Eyni zamanda, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında protokol tərtib edildiyi vaxt, yəni 20 may 2024-cü il tarixdə ZOOM platforması ilə təşkil edilmiş videokonfransda (iclasda) Nigar Köçərlinin, habelə onun təmsil etdiyi MMC- nin adından X2 iştirak etməsinə, sonuncuya təqdim etdiyi etibarnamə ilə bağlı iclasın əvvəlində heç bir iradın bildirilməməsinə, iclasda iştirakına şərait yaradılmasına və şikayətlə bağlı sualların ünvanlanmasına baxmayaraq, Nəcibə Nəcəfovanın iştirakı qəbul edilməmiş, həmçinin Nigar Köçərlinin iştirak etmədiyi də protokolda əsassız mövqe nümayiş etdirilmişdir. Bu isə şikayət verən şəxsə münasibətdə birtərəfli, ədalətsiz yanaşmanın nümayiş etdirildiyinə dəlalət edir. Çünki, hazırkı dövr elektronikanın inkişafı dövrüdür. Bütün məsələlər elektronlaşdırılır, müvafiq tətbiqlər hazırlanır. Bunun özü vətəndaşların, idarələrin işlərini asanlaşdırmaqla yanaşı, işdəki çevikliyin təmin edilməsi üçün atılmış addımlardır.Yəni, etibarnamənin əldə edilməsi problemli məsələ olmadığından ZOOM platformasında aparılan videokonfransda (iclasda) fasilə verilə bilər, etibarnamə əldə edildikdən sonra yenidən görüş təşkil edilə və şikayətçinin məsələyə münasibəti aydınlaşdırıla bilərdi. Lakin, buna əhəmiyyət verilmədən məsələyə səthi yanaşmaq üstün tutulmuşdur. Odur ki, bir daha qeyd edilənlərə və daha əvvəl təqdim edilmiş şikayətə əsasən Azərbaycan Respublikasının ƏƏSMN yanında X10 Xidməti tərəfindən Nigar Köçərli barəsində inzibati araşdırma aparılarkən Azərbaycan Respublikasının İXM- nin tələbləri pozulduğu üçün 29 may 2004-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili – Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə qərarı qəbul etmiş qurumun nümayəndəsi X15 izahatında göstərdi ki, şikayət əsassızdır belə ki, işçilərə ödəniləcək məzuniyyət haqqı düzgün hesablanmamış və ödənilməmişdir. Bu səbəbdən şirkətin direktoru barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Hər hansı bir işçiyə ödəniləsi məbləğ onun ziyanı kimi hesablanıb tutula bilməz. Həmin ziyanın hesablanması üçün rəsmi araşdırma aparılmalıdır və yekun qərar olmalıdır. Bununla bağlı isə tərəf hər hansı bir sübut təqdim etmir, yalnız özlərinin hesablaması əsasında təqdim olunmuş sənədləri var. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixdə X11 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə şikayətlə müraciət edərək "xxxx" MMC barəsində lazımi tədbirlər görülməsini və pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsi tərəfindən X4 (Əli və Nino yayım” MMC-nin direktoru) barəsındə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən müvafiq qərar qəbul etmişdir. Qərara əsasən, vətəndaş X5 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsi barədə elektron informasiya sistemində mövcud olan 3004-x nömrəli əmrdə istifadə edilməmiş 40 məzuniyyət gününə görə kompensasiyanın ödənilməsi nəzərdə tutulsa da, əmək haqqı bank çıxarışına baxış zamanı xitam günü ödəniş olmadığı müəyyən edilmişdir. Nəticədə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan xətanı törətdiyindən X4 barəsində 1000 (bir min) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə məsuliyyət müəyyən edir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, verilmiş şikayət əsassız olduğundan rədd edilməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə müəyyən edilir ki, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 29 may 2024-cü il tarixli, MN №1613265 saylı qərara əsasən işçi X9 40 məzuniyyət gününə görə kompensasiyanın ödənilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1.000 manat məbləğində cərimə edilmişdir. Şikayət vermiş şəxs barəsində qəbul edilmiş qərarın əsassız olduğunu qeyd etsə də, müəyyən olunur ki, X11 ilə əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərini pozmuş, əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalanıb müvafiq sistemə daxil olunduqdan sonra son haqq-hesabın işçiyə ödənilməsini təmin etməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tərkib əlamətləri olduğundan, barəsində düzgün olaraq həmin maddə üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsinə dair şikayətdə göstərilən halla bağlı məhkəmə qeyd edir ki, X5 xx.xx.2024-cü il tarixdə X10 Xidmətinə müraciət etməsi və xx.xx.2024-cü il tarixdə X4 barəsində inzibati tənbehin tətbiq olunması müddətləri arasında həmin vaxtı əmək qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyətə cəlb etməyə imkan verən müddət ötürülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 29 may 2024-cü il tarixli, MN № ******* saylı “İnzibati tənbeh vermə” haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2578/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2578/2024
02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver