Məhkəmə qərarları › İş №3(006)-2579/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2579/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2579/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlu, X4 tərəfindən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN № ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X4 məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 21-ci PB-sinin MN № ******* saylı qərarına əsasən, o, AR İXMnin 211.1-ci maddəsi ilə 400 manat cərimə edilmişdir. AR İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmişdir. Qərarda qeyd edilənlər həqiqəti əks etdirmir. O, xx.xx.2021-ci ildə Nəsimi rayonunun Füzuli küçəsində “Qış parkı” adlanan məkanda yerləşən 50 qəpiklik çay evində adi bir işçi kimi çalışırmış, həmin zaman parkda istirahət edən və onun bir neçə şəxs bir yerə toplaşıb öz aralarında söhbət edirdilər. Sahə inspektoru X3 onların iş yerində heç bir qanun pozuntusu aşkar edə bilmədiyi üçün həmin adamların toplaşmasını bəhanə gətirərək onu Polis Bölməsinə aparmış və qanunsuz olaraq, ona heç bir aidiyyəti olmayan işə görə protokol tərtib etmiş və həmin protokol əsasında 400 (dörd yüz) manat cərimə olunmağı barədə qərar qəbul etmişdir. Kiminsə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozmasına görə o məsuliyyət daşımır. Ona görə də, qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Qərarın surətinin ona verilməsi ilə bağlı dəfələrlə PB-nə müraciət etsə də, ötən illər ərzində həmin qərarı ona təqdim elməkdən PB qəsdən yayınmışlar. Həmin qərarı yalnız 3 (üç) gündür ki, almışdır. Barəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nəsimi rayon RPİ-nin 21-ci PB-nin MN ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqdim olunmuş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, X4 şikayətdə qeyd olunan qərarı üç gündür ki aldığını bildirsə də, qərarı hansı tarixdə təhvil alınmasını əks etdirən mötəbər sübut (qəbz və s). iş materiallarına əlavə edilmədiyindən şikayətçinin qərarı nə zaman təhvil aldığını müəyyən etmək mümkün olmamışdır. Şikayətdən və ona əlavə edilmiş, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN № ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X4 xx.xx.2021-ci il tarixdə, saat 08:34-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN № ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət üçün Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş MN № ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər X2 geri qaytarılsın. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar