Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2580/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi "xxxx" BOKT MMC-nin direktoru X2 nümayəndəsi X3, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin 30 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından "xxxx" BOKT MMC-nin direktoru X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" BOKT MMC-nin direktoru X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin 30 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 07 sentyabr 2021-ci il tarixdə "xxxx" BOKT MMC-yə rəsmi qaydada, poçt vasitəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib olunan MN ******* nömrəli 30 avqust 2021-ci il tarixli inzibati tənbeh haqqında qərarı qəbul etmişdir. Həmin qərardan məlum olmuşdur ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən o, 800 (səkkiz yüz) manat məbləğində cərimələnmişdir. Hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tərtib olunan MN ******* nömrəli 30 avqust 2021-ci il tarixli inzibati tənbeh haqqında qərar qeyri obyektiv və əsassızdır. Belə ki, 27 avqust 2021-ci il tarixdə "xxxx" BOKT MMC-yə X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 20 avqust 2021-ci il tarixli **********7 nömrəli məktub daxil olmuş, həmin məktuba əsasən, "xxxx" BOKT MMC-nin Baş Direktor vəzifəsində olaraq ona inzibati xəta haqqında ******* nömrəli protokol tərtib olunub. Həmin protokolda qeyd olunmuşdur ki, onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati xəta törədilmişdir. Bildirir ki, əmək müfəttişliyinə "xxxx" BOKT MMC-dən şikayət edən şəxs təşkilatın sabiq işçisi X4 olmuş, sonuncu ilk dəfə şikayət etmiş, sonradan isə şikayətini gerö götürmüşdür. Lakin növbəti dəfə A.Süleymanov tərəfindən yenidən "xxxx" BOKT MMC-dən X5 Xidmətinin Bakı şəhər İdarəsinə şikayətlə müraciət olunmuşdur. Beləliklə. "xxxx" BOKT MMC-nin sabiq işçisi A,Ə.Süleymanov 02 iyul 2021-ci il tarixdə şəxsi imza ilə təsdiqlənmiş ərizəsi ilə "xxxx" BOKT MMC-yə müraciət edərək 02 avqust 2021-ci il tarixdə tutduğu vəzifəsindən azad olunmasını xahiş etmiş, tərəflərindən həmin ərizəyə əsasən müəyyən tədbir görülmüş və A.Ə.Süleymanovun 02 avqust 2021-ci il tarixdə işdən azad olunmasını nəzərə alınmışdır. Lakin 14 iyul 2021-ci il tarixdə poçt vasitəsi ilə "xxxx" BOKT MMC-yə A.Ə.Süleymanov tərəfindən növbəti ərizə daxil olmuş, həmin ərizədə sonuncu ərizəsində onunla "xxxx" BOKT MMC arasında bağlandığı əmək müqaviləsi 15 iyul 2021-ci il tarixdə bitdiyini əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Qeyd edir ki, "xxxx" BOKT MMC tərəfindən A.Ə.Süleymanovun ilk verildiyi ərizəyə əsasən tədbirlər görülmüş və onun əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, A.Ə.Süleymanov tərəfindən göndərilmiş ikinci ərizəsi müqaviləyə xilam verilməsindən 1 gün öncə təşkilata daxil olmuşdur. Bir gün ərzində isə maddi məsul şəxsin işdən azad edilməsi qeyri-mümkün idi. Həmçinin A.Ə.Süleymanov təşkilatın insan resursları xidmətinə bildirmişdir ki, 16 iyul 2021-ci il tarixdən iş yerinə gəlməyəcək və qəsdən xəstəlik vərəqəsini düzəldib təqdim edəcək. "xxxx" BOKT MMC tərəfindən sabiq işçiyə qarşı humanist mövqeyi tutaraq qeyri-peşəkar hərəkətlərinə görə qanunvericiliklə müəyyən olunmuş müvafiq maddələri ilə işdən azad olunmamış, sadəcə əmək müqaviləsinə xitam verilmişdir. A.Süleymanov iş yerinə gəlməyini və təhvil-təslimin etməsini söz verməsinə baxmayaraq, iş yerinə gəlməmiş və təhvil-təslim etməmişdir. Qeyd edir ki, A.Ə.Süleymanovun təhvil-təslimi mütləqdir. Belə ki, A.Süleymanov "xxxx" BOKT MMC-də Maliyyə Departamentində baş mühasib vəzifəsində çalışmaqla Maliyyə Departamentinin rəhbər vəzifəsinin səlahiyyətlərini yerinə yetirirdi. Bununla əlaqədər onun tərəfindən A.Süleymanova “ASAN İMZA” səlahiyyətləri verilmişdir. Beləliklə, "xxxx" BOKT MMC-nin bütün maliyyə əməliyyatları (işçilərin son haqq-hesabları daxil olmaqla) A.Süleymanov tərəfindən həyata keçirilirdi. A.Süleymanovun iş yerindən qəfildən azad olunması, təhvil-təslimi olmaması, təşkilatı maddi cəhəddən çətin bir vəziyyətə uğratmışdır. Bir neçə gün ərzində “ASAN İMZA” səlahiyyətləri heç bir əməkdaşda olmadığı üçün, təşkilat müəyyən maddi ziyana düşmüşdür. Hal-hazıradək Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə zidd olaraq Maliyya Departamentində təhvil-təslim olunmamış və A.Süleymanovun işlədiyi dövr ərzində görülmüş işlər barəsində heç bir məlumat məlum deyil. Hazırda şirkət baş mühasibin işlərinin təhvil-təslimini tələb edir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli 30 avqust 2021-ci il tarixli inzibati tənbeh haqqında qərarı ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin nümayəndəsi S.V.Rəhimov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, əmək müfəttişliyinə şikayət vermiş sabiq mühasibləri A.Ə.Süleymanovun işlərini təhvil verməsini gözlədiklərinə görə sonuncunun son haqq hesabı hesablanmamış və ödənilməmişdir. Bundan başqa, şəxs öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi T.F.Kərimov şikayətlə razılaşmayaraq bildirmişdir ki, vətəndaş A.Ə.Süleymanovun ərizəsi ilə işinə xitam verilsə də sonuncunun son haqq hesabı ödənilməmişdir. Şikayətin əsassız olduğunu bildirərək şikayətin təmin edilməməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin 30 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara məcmu halında qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan 30 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" BOKT MMC-nin direktoru M.F.Əsədov tərəfindən işçinin əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində qanunveriliyin tələbləri pozulmuş, buna görə də M.F.Əsədov Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" BOKT MMC-nin direktoru M.F.Əsədov tərəfindən şirkətdə mühasib vəzifəsində çalışan A.Ə.Süleymanovun əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi müəyyən edilmiş, buna görə də, M.F.Əsədov Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin 30 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilmişdir. Həmçinin məhkəmə iclasında şikayətçinin nümayədəsinin vermiş olduğu izahatından da göründüyü kimi MMC-də mühasib işləmiş A.Ə.Süleymanovun əmək və məzuniyyət haqqısının hesablanmaması və ödənilməməsinin səbəbi sonuncunun işlərini tam təhvil verməməsi olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 192.4-ci maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" BOKT MMC-nin direktoru M.F.Əsədov öz vəsifəsini lazımınca icra etməmiş, A.Ə.Süleymanovun əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi müəyyən edilmiş və bu səbəbdən də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbinin pozulmasına dair Qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin 30 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan "xxxx" BOKT MMC-nin direktoru M.F.Əsədovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" BOKT MMC-nin direktoru X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin 30 avqust 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2580/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2580/2021
30.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver