Məhkəmə qərarları › İş №3(006)-2583/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2583/2021

15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2583/2021 15.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 20-ci PB-nin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Ermənistan Respublikası, Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 15 sentyabr 2021-ci il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3-cü mikrorayon bazarının qarşısında ictimai qaydanı pozaraq xuliqanlıq etmiş və hadisə yerində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən də, o, 21 fevral 2020-ci il tarixdə 20-ci Polis Bölməsinə dəvət olunmuş və barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında işirak edən Nəsimi RPİ-nin 20-ci PB-nin sahə inspektoru V.F.Rüstəmov inzibati xəta haqqında protokolu müdafiə edərək əlavə olaraq bildirmişdir ki, 15.09.2021-ci il tarixdə Ə.Ç.P.A-nın 9-cu patrul bölüyünü polis nəfərləri Vüsal Qəribov, Aqşin Əhmədli və Emil Bayramzadə xidmət apardıqları inzibati ərazidə Alı Mustafayev küçəsində bir nəfər şəxsin yüksək səslə nalayiq ifadələr səsləndirdiyinə görə tərəflərindən polis şöbəsinə dəvət etmələrinə baxmayaraq yenidən yüksək səslə söyüş və nalayiq ifadələr işlədərək, qeyri-etik hərəkətlərə yol vermiş və tabesizlik göstərməyə davam etmişdir. Polis əməkdaşlarının avtopatruluna əyləşən zaman dövlətə və polislərin ünvanına nalayiq ifadələr işlədərək və bir sıra hədə-qorxu ifadələri ilə hərəkətlərinə davam etmişdir. Daha sonra Polis Bölməsində həmin şəxsin 1977-ci il təvəllüdlü Şəxs olduğu və sonuncunun həddindən artıq spirtli içki qəbul etdiyi məlum olmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, hadisə baş verən zaman yolda mübahisə düşmüş, sonra isə polis əməkdaşlarının ona yaxınlaşmışdır. Həmçinin bildirmişdir ki, o, ailəlidir və himayəsində 2 övladı var. Göstərilənləri, ailəli olmaqla himayəsində 2 övladının olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 15 sentyabr 2021-ci il tarixdə, saat 00:45 radələrində Polis Bölməsinə gətirilmiş, Polis Bölməsində olarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuşdur. Hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ə.Ç.P.A-nın 9-cu patrul bölüyünü polis nəfərləri V.Qəribov izahatında göstərmişdir ki, o, 15.09.2021-ci il tarixdə digər polis əməkdaşları A.Əhmədli və E.Bayramzadə ilə xidmətdə olarkən gecə yarısı iki sürücünün mübahisə etdiyini müşahidə etmiş və onlara yaxınlaşmışlar. Həmin iki sürücü bir-birlərinə qarşı davamlı olaraq nalayiq ifadələr işlədirdi. Onlar həmin şəxslərə nalayiq ifadələr işlətməmələrini dəfələrlə demələrinə baxmayaraq həmin şəxslər öz mübahisələrinə davam etmişlər. Bundan sonra onlar mübahisə edənlərə söyüş söyməməsini dedikdə həmin şəxslərdən biri ona yaxşı elədiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ə.Ç.P.A-nın 9-cu patrul bölüyünü polis nəfərləri A.Əhmədli ondan əvvəl şahid qismində dindirilmiş V.Qəribov ilə oxşar məzmunlu ifadə vermişdir. Bundan başqa, şahidlər V.Qəribov və A.Əhmədli məhkəmə iclasında onlara verilmiş suallara cavab olaraq bildirmişlər ki, hazırda onlar Şəxs bağışlamışlar. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 15 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3-cü mikrorayon bazarının qarşısında ictimai qaydanı pozaraq xuliqanlıq etmiş və hadisə yerində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 15 sentyabr 2021-ci il tarixli raportdan görünür ki, Şəxs Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3-cü mikrorayon bazarının qarşısında polis əməkdaşları V.Qəribovun, A.Əhmədlinin və E.Bayramzadənin qanuni tələbinə qəsdən tabe olmamış, dəfələrlə nizam-intizama dəvət olunsa da, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3-cü mikrorayon bazarının qarşısında xidmət aparan polis əməkdaşları 15 sentyabr 2021-ci il tarixdə Şəxs mübahisə edərək ictimai yerdə digər şəxsə qarşı yüksək səslə nalayiq ifadələr işlətdiyi üçün ona yaxınlaşaraq özlərini təqdim etmiş, ona yüksək səslə danışmamasını bildirmiş, lakin Şəxs polis əməkdaşlarını qanuni tələblərinə tabe olmamış və sənədləri təqdim etməmişdir. Buna görə də, Şəxs 15 sentyabr 2021-ci il tarixdə, saat 01:00 radələrində 20-ci Polis Bölməsinə dəvət olunmuş və özünün də məhkəmə iclasında təsdiq etdiyi kimi orada olarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuşdur. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını, himayəsində 2 övladının olmasını, polis əməkdaşlarının onunla barışmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar