Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2584/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı Şəxs QSC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında protokola görə Şəxs QSC tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən işçilərin işğaldan azad edilmiş ərazilərə giriş və icazəsi alınmış, lakin həmin şəxslərin əmək müqaviləsi bildirişləri Nazirliyin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməmişdir. Nəticədə işçilərin əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər, bununla da, Şəxs QSC Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Təqdim olunmuş materialları nəzərdən keçirərək qeyd edirəm ki, inzibati xəta haqqında protokolda inzibati xəta hadisəsinin baş vermə vaxtı göstərilməmişdir. Bundan başqa X1 Xidməti tərəfindən protokol tərtib edilərkən iş üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, işlə bağlı bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi tədbirlər görülməmiş, Şəxs QSC ilə əmək münasibətlərində olub-olmamasını müəyyən etmək üçün adları qeyd olunan şəxslərin, o cümlədən QSC-nin direktorunun izahatları alınmamış, əmək münasibətlərini təsdiq edən müvafiq sənədlər tələb edilməmiş, onların hansı işlərin yerinə yetirilməsinə cəlb edilmələri, qeyd olunan ərazilərdə reallıqda olub-olmamaları aydınlaşdırılmamış, yalnız Daxili İşlər Nazirliyindən daxil olan məlumatlar əsas götürülməklə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı Şəhər İdarəsi xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib edən zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsinin iştirakını təmin etməmiş, onun hüquq və vəzifələrini izah etməmiş, iş materialları ilə tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, etiraz, vəsatət vermək və sair hüquqlarını təmin etməmiş, inzibati xəta ilə bağlı onun izahatını almamış və bununla da, hüquqi şəxsi özünü müdafiə üçün imkanlardan məhrum etmişdir. Bu hal nəticə etibarı ilə işin tam, hərtərəfli araşdırılmamasına gətirib çıxarmışdır. Göründüyü kimi, Şəxs QSC barəsində olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol heç bir sübuta istinad edilmədən tərtib edilmiş, bununla da inzibati icraat qanunvericiliyin tələblərinin pozulması ilə aparılmışdır. Belə olan halda hesab edirəm ki, yuxarıda qeyd edilən nöqsanlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması mümkün deyil və bu səbəbdən də protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2584/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2584/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver