Məhkəmə qərarları › İş №3(006)-2592/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2592/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2592/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan şəxs: Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 84/B, blok 2, mənzil 19, VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Protokola görə Şəxs MMC 44.400,00 Avro məbləğində olan vəsaiti bank hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsaitdən 34.876,00 Avro dəyərində alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X5 izahatında göstərdi ki, MMC ilə Türkiyədə fəaliyyət göstərən “X7 İç ve Dış Ticaret Anonim” şirkəti arasında xx.xx.2019-cu il tarixdə stomatoloji məhsulların alqı-satqısına dair A082019BGD saylı müqavilə bağlanılmışdır. MMC-nin verdiyi sifarişlərə uyğun olaraq həmin şirkət tərəfindən xx.xx.2020-ci il tarixdə 10.400,00 Avro dəyərində mallarla bağlı İHR**********74 saylı və xx.xx.2020-ci il tarixdə 104.476,00 Avro dəyərində mallara görə İHR**********63 saylı invoyslar təqdim olunmuşdur. Şəxs MMC bu şirkətin hesabına xx.xx.2021-ci il tarixdə bir köçürmə ilə İHR**********63 saylı invoysla bağlı 34.000,00 Avro, İHR**********74 saylı invoys üzrə isə 10.400,00 Avro, cəmi 44.400,00 Avro pul köçürmüşdür. Daha sonra “X7 İç ve Dış Ticaret Anonim” şirkətinə MMC-nin "xxxx" ASC-də olan hesabından xx.xx.2022-ci il tarixdə İHR**********20 saylı invoysla bağlı 8.786,50 Avro və təkrar olaraq İHR**********74 saylı invoys üzrə səhvən 10.400,00 Avro, cəmi 19.186,50 Avro pul göndərilmişdir. Yəni, İHR**********74 saylı invoysla əlaqədar müxtəlif tarixlərdə iki fərqli bankdan eyni vəsait - artıq məbləğ köçürülmüşdür. **********9923 saylı gömrük bəyannaməsinə əsasən İHR**********63 saylı invoys üzrə 104.476,00 Avro dəyərində mallar xx.xx.2020-ci il tarixdə, **********8616 saylı gömrük bəyannaməsinə görə isə İHR**********74 invoysla əlaqədar 10.400,00 Avro dəyərində mallar xx.xx.2020-ci il tarixdə ölkəyə idxal olunmuşlar. Göründüyü kimi, hər iki invoys üzrə sifariş verilmiş mallar tam həcmdə ölkəyə gətirilmişdir. Ümumiyyətlə qeyd edir ki, İHR**********63 saylı invoysla əlaqədar Şəxs MMC tərəfindən “X7 İç ve Dış Ticaret Anonim” şirkətinin hesabına xx.xx.2020-ci il tarixdə 30.000,00 Avro, xx.xx.2020-ci il tarixdə - 24.476,00 Avro, xx.xx.2021-ci il tarixdə - 15.476,00 Avro, xx.xx.2021-ci il tarixdə - 25.000,00 Avro və xx.xx.2021-ci il tarixdə 34.000,00 Avro, cəmi 128.952,00 Avro vəsait köçürülmüşdür. Halbuki, bu sənəd üzrə alınan malların dəyəri 104.476,00 Avro təşkil edir. Bununla da aydın olur ki, həmin sənədlə bağlı 24.476,00 Avro artıq ödəniş olunmuşdur. Beləliklə, MMC “X7 İç ve Dış Ticaret Anonim” şirkətinə İHR**********74 və İHR**********63 saylı invoyslarda nəzərdə tutulmayan 34.876,00 Avro dəyərində artıq vəsait köçürmüşdür. MMC-nin rəhbərliyi bu məsələdən xəbər tutan kimi “X7 İç ve Dış Ticaret Anonim” şirkətinə müraciət etmiş və bu vəsait xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzər görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallara əsasən: • "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2023-cü il tarixli məlumatda qeyd olunur ki, Şəxs MMC xx.xx.2021-ci il tarixdə ölkə xaricinə 44.400,00 Avro göndərmiş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində 34.876,00 Avro dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim etməmişdir; • Köçürmə sənədinə əsasən Şəxs MMC tərəfindən Türkiyədə yerləşən “X7 İç ve Dış Ticaret Anonim” şirkətinin hesabına xx.xx.2019-cu il tarixli, A082019BGD saylı müqavilə ilə bağlı xx.xx.2020-ci il tarixli, İHR **********74 saylı və xx.xx.2020-ci il tarixli, İHR **********63 saylı invoyslar üzrə xx.xx.2021-ci il tarixdə 44.400,00 Avro məbləğində pul göndərilmişdir; • Şəxs MMC ilə Türkiyədə yerləşən “X7 İç ve Dış Ticaret Anonim” şirkəti arasında stomatoloji məhsulların alqı-satqısına dair xx.xx.2019-cu il tarixli, A082019BGD saylı müqavilə bağlanılmışdır; • “X7 İç ve Dış Ticaret Anonim” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İHR **********74 saylı invoysda Şəxs MMC-nin aldığı malların dəyəri 10.400,00 Avro, xx.xx.2020-ci il tarixli, İHR **********63 saylı invoysda isə 104.476,00 Avro təşkil edir; • **********9923 saylı gömrük bəyannaməsinə əsasən “X7 İç ve Dış Ticaret Anonim” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına xx.xx.2019-cu il tarixli, A082019BGD saylı müqavilə ilə bağlı İHR**********63 saylı invoys üzrə göndərilən 104.476,00 Avro dəyərində mallar xx.xx.2020-ci il tarixdə, **********8616 saylı gömrük bəyannaməsinə görə isə İHR**********74 invoysla əlaqədar göndərilən 10.400,00 Avro dəyərində mallar xx.xx.2020ci il tarixdə ölkəyə idxal olunmuşlar; • "xxxx" ASC-nin tərtib etdiyi ödəniş sənədlərinə görə Şəxs MMC tərəfindən xx.xx.2019-cu il tarixli, A082019BGD saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixli, İHR **********63 saylı invoysla bağlı “X7 İç ve Dış Ticaret Anonim” şirkətinin hesabına xx.xx.2020-ci il tarixdə 30.000,00 Avro, xx.xx.2020-ci il tarixdə - 24.476,00 Avro, xx.xx.2021-ci il tarixdə - 15.476,00 Avro və xx.xx.2021-ci il tarixdə - 25.000,00 Avro pul köçürülmüşdür; • "xxxx" ASC-nin tərtib etdiyi ödəniş sənədinə əsasən Şəxs MMC tərəfindən xx.xx.2019-cu il tarixli, A082019BGD saylı müqavilə üzrə xx.xx.2020-ci il tarixli, İHR **********20 saylı və xx.xx.2020-ci il tarixli, İHR **********74 saylı invoyslarla bağlı xx.xx.2022-ci il tarixdə 19.186,50 Avro pul köçürülmüşdür; • "xxxx" ASC tərəfindən Şəxs MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, MMC-nin bankdakı hesabına xx.xx.2023-cü il tarixdə “X7 İç ve Dış Ticaret Anonim” şirkətindən 34.876,00 Avro məbləğində vəsait daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündənən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmədə müəyyən edilir ki, Şəxs MMC ilə Türkiyədə yerləşən “X7 İç ve Dış Ticaret Anonim” şirkəti arasında stomatoloji məhsulların alqı-satqısına dair xx.xx.2019-cu il tarixli, A082019BGD saylı müqavilə bağlanılmış, bu müqavilə üzrə “X7 İç ve Dış Ticaret Anonim” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İHR **********74 saylı invoysda Şəxs MMC-nin aldığı malların dəyəri 10.400,00 Avro, xx.xx.2020-ci il tarixli, İHR **********63 saylı invoysda isə 104.476,00 Avro göstərilmişdir. Şəxs MMC tərəfindən həmin şirkətin hesabına İHR **********74 saylı və İHR **********63 saylı invoyslar üzrə xx.xx.2021ci il tarixdə 44.400,00 Avro məbləğində pul göndərilmişdir. Bundan əlavə, Şəxs MMC tərəfindən İHR **********63 saylı invoysla bağlı "xxxx" ASC-də olan hesabından “X7 İç ve Dış Ticaret Anonim” şirkətinə xx.xx.2020-ci il tarixdə 30.000,00 Avro, xx.xx.2020-ci il tarixdə - 24.476,00 Avro, xx.xx.2021-ci il tarixdə - 15.476,00 Avro və xx.xx.2021-ci il tarixdə - 25.000,00 Avro, "xxxx" ASC-də olan hesabından isə İHR **********20 saylı və İHR **********74 saylı invoyslarla bağlı xx.xx.2022-ci il tarixdə 19.186,50 Avro pul köçürülmüşdür. **********9923 saylı gömrük bəyannaməsinə əsasən “X7 İç ve Dış Ticaret Anonim” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına xx.xx.2019-cu il tarixli, A082019BGD saylı müqavilə ilə bağlı İHR**********63 saylı invoys üzrə göndərilən 104.476,00 Avro dəyərində mallar xx.xx.2020-ci il tarixdə, **********8616 saylı gömrük bəyannaməsinə görə isə İHR**********74 invoysla əlaqədar göndərilən 10.400,00 Avro dəyərində mallar xx.xx.2020-ci il tarixdə ölkəyə idxal olunmuşlar. Göründüyü kimi, Şəxs MMC “X7 İç ve Dış Ticaret Anonim” şirkətinə İHR**********74 saylı invoys üzrə həm "xxxx" ASC-də, həm də "xxxx" ASC-də olan hesablarından iki dəfə eyni vəsaiti göndərmiş, eyni zamanda İHR**********63 saylı invoys üzrə alınan malların dəyəri 104.476,00 Avro təşkil etdiyi halda, bu sənədlə bağlı ümumilikdə 128.952,00 Avro köçürərək 24.476,00 Avro artıq ödəniş etmişdir. Beləliklə, MMC “X7 İç ve Dış Ticaret Anonim” şirkətinə İHR**********74 və İHR**********63 saylı invoyslarda nəzərdə tutulmayan 34.876,00 Avro dəyərində artıq vəsait köçürmüş və bu məbləğ də xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar