Məhkəmə qərarları › İş №3(006)-2602/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2602/2022

17.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2602/2022 17.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə, Şəxs X3 Cəmiyyəti (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 34; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 01-26-2-2022-9812 saylı xx.xx.2022-ci il tarixli göstərişi ilə tələb edilən sənədlər Şəxs X3 Cəmiyyəti tərəfindən təqdim edilməmişdir. Bununla bağlı 27 iyul 2022-ci il tarixli EP ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs X3 Cəmiyyətinin nümayəndələri məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - X1 tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış ərizədən görünür ki, o, “Uşaq Sevimli”, Şəxs, "xxxx" ASC-ləri uzun illərdir ki, qanunları pozaraq həmin cəmiyyətlərdə səhmdarların ümumi yığıncaqları keçirilmir. Səhmdarlar ASC-lərin gəlir və çıxarları barədə heç bir məlumata sahib deyillər. Qanuni təmsilçilər və cəmiyyətin sədrləri qanunları kobud çəkildə pozurlar. Göstərilənlərə əsasən müvafiq araşdırma aparılmasını və qanuni tədbirlər görülməsini xahiş etmişdir; - Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs ASC-yə ünvanlanmış 01.26-2-2022-8700 saylı məktubda cəmiyyətdən V.Rəcəbovun müraciətində qeyd olunan 2020 və 2021-ci illərin yekunları üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları və həmin yığıncaqlara səhmdarların dəvət edilməsini təsdiq edən sənədlərin 7 gün ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olunmuşdur. Həmin məktub xx.xx.2022-ci il tarixdə Şəxs X3 Cəmiyyətinə poçt qəbzinə imza atılmaqla çatdırılmışdır; - Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs ASC-yə ünvanlanmış 01.26-2-2022-9812 saylı məktubda Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli sorğusu ilə tələb edilən məlumatların 05 gün ərzində Mərkəz Banka təqdim edilməsi, əks halda cəmiyyət barəsində İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi üzrə protokol tərtib olunacağı bildirilmiş və həmin məktub xx.xx.2022-ci il tarixdə Şəxs X3 Cəmiyyətinə poçt qəbzinə imza atılmaqla çatdırılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs X3 Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs X3 Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs X3 Cəmiyyətinin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs X3 Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1.500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva İş № 3(006)-2602/2022 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 17 avqust 2022-ci il Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi ilə Şəxs X3 Cəmiyyəti (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 34; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını 15:50-də açır və baxılacaq işi elan edir. Sədrlik edən proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə yerində müşavirə edərək qərara aldı: Hazırki inzibati işə iş üzrə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılsın. Məhkəmə müşavirə otağına gedir və inzibati işə dair qərarı qəbul edir. Məhkəmə iclası saat 16:00-da bağlı elan olunur. Məhkəmə iclas protokolu 17 avqust 2022-ci il tarixdə tərtib edilmişdir. Sədrlik edən Solmaz Mustafayeva Məhkəmə iclas katibi Təranə Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar