Məhkəmə qərarları › İş №3(006)-2611/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2611/2020

14.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2611/2020 14.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, Azərbaycan Respublikası DİN Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu məhkəmədə baxmağa hazırlayarkən, müəyyən etdim: Azərbaycan Respublikası DİN Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə İXP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 00:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında hərbi vəziyyət rejiminin tələblərini pozması müəyyən olunmuşdur. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol İXM-nin 517-2.1-ci maddəsi ilə tərtib olunmalı olduğu halda, həmin Məcəllənin 211.2-ci maddəsi ilə tərtib olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.1.5-ci maddəsinə görə inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilməlidir. Beləliklə, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan hesab edirəm ki, inzibati xəta haqqında protokol və ya digər materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar