Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2614/2024 09.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında protokolu Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis tərtib etmiş şəxs: şöbəsinin sahə inspektoru X2 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1987-ci il tarixdə Cəlilabad rayonu, Soltankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, Cəlilabad rayonu, Cəngan Ə/D, Soltankənd kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksi, ev 16, mənzil 23-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə tərtib olunmuş 09 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs qanunsuz olaraq satış məqsədi olmadan az miqdarda narkotik vasitə əldə edərək saxlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 23:30-da ünvan 1 ünvanın qarşısında Şəxs polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq 19-cu polis şöbəsinə gətirilmiş, orada şəxsi axtarış aparılan zaman onun üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Aparılan araşdırma nəticəsində toplanmış təhqiqat materialı üzrə cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib hissəsinin yarandığı müəyyən olunmuşdur. Barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb onu şöbəyə dəvət etmişlər. Orada o, əynində olan bozumtul rəngli gödəkcənin sol yan cibindən içərisində qurudulmuş marixanan olan 05 ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoymuş və onu həmin gün “Kubinka” adlanan yerdən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Törətdiyi əməldən peşmandır, himayəsində azyaşlı uşaqları və yeni doğulmuş övladı var. Ona yüngül tənbehin verilməsini xahiş etdi. İş materiallarında olan: • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/843 saylı rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərində “1). Şəxs...” yazılar və imzalar olan zərfdə 01 ədəd siqaret sellofanınındakı 5 (beş) ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,35 qram; 0,30 qram; 0,35 qram; 0,27 qram; 0,32 qram; bitki mənşəli kütlələr, tərkibində narkotik olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi çəkisi -1,59 qramdır. Tədqiqatdan sonra qurudulmuş marixuananın qalıq çəkisi – 1,49 qram təşkil edir; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli, 3753 saylı rəyinə görə Şəxs opioidlərin nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır; • “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Şəxs üzərindən aşkar olunmuş ekspertiza təhqiqatından sonra qalıq qalan 1,49 qram qurudulmuş marixuana saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə təhvil verilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 1,49 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2614/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2614/2024
09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver