Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-262/2022 18.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «TRZ X5 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə «TRZ X5 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 235A, mənzil 5, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş 11.01.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs «TRZ X5 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 11 yanvar 2021-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola görə Şahid 05.11.2021-ci il tarixindən bugünədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən «TRZ X5 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X4 izahatında göstərmişdir ki, Şahid X2 Xidmətinə müraciət edərək 05.11.2021-ci il tarixdən işlədiyi «TRZ X5 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialına buraxılmadığını bildirmişdir. Daxil olmuş şikayət araşdırılarkən müəyyən edilmişdir ki, İsmayıl Qürbətov 2021-ci ilin 05.11.2021-05.02.2022-ci il tarixlərində «TRZ X5 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialında “xadimə” vəzifəsində işləmiş və bu müddət ərzində onunla əmək müqaviləsi bağlanılmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin tələblərinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır və bu müqavilə iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir, onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Şirkət tərəfindən onlara təqdim olunmuş müqavilədə isə işçinin imzası olmamış, işəgötürənin imzası və möhürü olmuşdur. Beləliklə, müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib olunmadığından hüquqi şəxs barəsində protokol tərtib olunmuşdur. Göstərilənlərə əsasən «TRZ X5 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialının barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «TRZ X5 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə izahatında bildirmişdir ki, tərtib olunmuş protokolla razı deyillər. Belə ki, «TRZ X5 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı ilə Şahid arasında 05.11.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış və sonuncu filialda işə qəbul edilmişdir. Sözügedən əmək müqaviləsi bağlanarkən qanunvericiliyin bütün tələblərinə riayət edilmiş, müqavilə həm işə götürən, həm də işçi tərəfindən imzalanmış və möhürlənmişdir. Həmçinin, bağlanılmış əmək müqaviləsini elektron qaydada qeydiyyata alınmışdır. Tərtib olunmuş müqavilənin bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılmışdır. Qeyd edilən müqavilənin əslini məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şahid izahatında bildirmişdir ki, «TRZ X5 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı ilə onun arasında əmək müqaviləsi bağlanılmış və o, təmizlikçi kimi işə götürülmüşdür. Qeyd edilən müqavilə 05.11.2022-ci il tarixdə yazılı formada bağlanmış, o, həmin müqaviləni imzalamış və ona əmək kitabçası açılmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qiymətləndirərək, hesab edir ki, «TRZ X5 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialının əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 05.11.2022-ci il tarixli müqavilədən görünür ki, işəgötürən «TRZ X5 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı ilə işçi Şahid arasında əmək müqavilə bağlanmışdır. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən Şahid aylıq 492.67 manat ödənilməklə «TRZ X5 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialında “xadimə” vəzifəsinə götürülməsi ilə bağlı tərəflər arasında əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 44-cü maddəsinin 1 və 3-cü hissələrinə uyğun olaraq əmək müqaviləsi yazılı formada bağlanır. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, «TRZ X5 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı ilə Şahid arasında 05.11.2021ci il tarixdə qanunvericiliyin tələblərinə riayət olunmaqla əmək müqaviləsi bağlanmış və bu müqavilə hüquqi qüvvəyə minməklə Şahid işə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, «TRZ X5 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialının hərəkətində inzibati xəta tərkibinin olması mötəbər və təkzibedilməz dəlillərlə öz təsdiqini tapmadığından qurum barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43- 48, 53, 76, 84, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: «TRZ X5 Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-262/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-262/2022
18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver