Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2621/2022 05.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X12, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın sədri X8 iştirakları ilə, Şəxs MTK-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MTK-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs MTK Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-911/2018 saylı, xx.xx.2019-cu il tarixli, 2(006)-120/19 saylı, xx.xx.2021-ci il tarixli, 2(006)-4192/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(006)-3934/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(006)-6128/2021 saylı, xx.xx.2022-ci il tarixli, 2(006)- 599/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(006)-1790/2022 saylı, Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(102)-790/2017 saylı, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-667/2019 sayıl və xx.xx.2020-ci il tarixli icra vərəqələrini bugünədək icra etməmişdir. Göstərilənlərə əsasən Şəxs MTK Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi rayon İcra Şöbəsinin icra məmuru A.Ə.Heydərov inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(102)-790/2017 saylı icra vərəqəsinə əsasən iddiaçı X20 və cavabdeh Şəxs MTK arasında iddiaçının vurulan zərərin ödənilməsi tələbindən imtina etməklə ünvan 1 ünvanında sahəsi 117 kv.m olan əmlakın mülkiyyət hüququndan cavabdehin xeyrinə imtina etməsi, cavabdehin bunun əvəzində Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topşubaşov və M.Ə.Əliyeva küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında inşa edilən 2-ci blok, 6-cı mərtəbəsində ümumi sahəsi 163 kv.m təşkil edən yaşayış sahəsini təmirli şəkildə iddiaçının mülkiyyətinə verməsi, iddiaçının Dilarə Əliyeva küçəsi ev 145, mənzil 6 ünvanında olan yaşayış sahəsini tam boşaldıb cavabdehə təhvil verməsi, cavabdehin iddiaçının kirayəçi qismində yaşayışının təmin ediməsini üzərinə götürməklə 2 il ərzində hər ay 600 manat vəsaiti iddiaçının imzaladığı kirayə müqaviləsinə əsasən ödəməsi barədə barışıq sazişi təsdiq edilməldir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-4192/2021 saylı icra vərəqəsinə əsasən xx.xx.2013-cü il tarixli müqavilə üzrə Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin; xx.xx.2013-cü il tarixli müqavilə üzrə Bakı şəhəri Nəsimi rayonu, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 2-ci blok, 10-cu (yaşayışın 6-cı) mərtəbəsində yerləşən ümumi sahəsi 555 kv.metr təşkil edən yaşayış sahəsinin mənzilinin, xx.xx.2013-cü il tarixli müqavilə üzrə Bakı şəhəri, Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 3cü mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin; xx.xx.2014-cü il tarixli müqavilə üzrə Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin; xx.xx.2014-cü il tarixli müqavilə üzrə Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin; xx.xx.2017-ci il tarixli müqavilə üzrə Bakı şəhəri Nəsimi rayonu M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllə ünvanında tikilən çoxmərtəbəli kompleksinin 4-cü blok, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 450 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin X9 təhvil verilməsi vəzifəsi Şəxs MTK-nın üzərinə qoyulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh Şəxs MTK-dan alınaraq iddiaçı X9 ödənilməlidir. Həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(006)-6128/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs MTK-nın İdarə Heyətinin sədri X24 ilə X13 arasında bağlanılmış 02 avqust 2012-ci il tarixli müqavilə ləğv edilsin. Cavabdeh Şəxs MTK-dan 350 000 (üç yüz əlli min) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı X6 verilməlidir. Həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(006)-594/2022 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin tikintisi başa çatdıqdan sonra həmin kompleksin 1-ci blok, 2-ci mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 154 m2 təşkil edən 3 otaqlı mənzilin tikintisini başa çatdıraraq iddiaçı X1 təhvil verilməsi öhdəliyi Şəxs MTK-ya həvalə edilməli və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(006)-1790/2022 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin 1-ci blokunun 2-ci mərtəbəsində yerləşən, layihə üzrə ümumi sahəsi 240 kv.m təşkil edən 4 otaqdan ibarət 6 saylı mənzilin və həmin kompleksin 1-ci blokunun (-1 )-ci (mənfi birinci) mərtəbəsində yerləşən, ümumi sahəsi 25 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin (qarajın) tikilib iddiaçı X2 təhvil verilməsi vəzifəsi cavabdeh Şəxs MTK-nın üzərinə qoyulmalı və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdeh Şəxs MTK-dan alınaraq Z.Q.Müşteyidzadəyə ödənilməldir. Həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(006)-120/2019 saylı icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MTK-dan 14441 (on dörd min dörd yüz qırx bir) manat maddi zərər tutularaq iddiaçılar X10, X21 və X18 xeyrinə ödənilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdeh "xxxx" MTK-dan tutularaq dövlət nəfinə keçirilməlidir. Həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(006)-3934/2021 saylı icra vərəqəsinə əsasən Şəxs MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşən kompleksin 2-ci blok, 4-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 60,0 kv.m təşkil edən mənzilin X4 təhvil verilməsi öhdəliyi Şəxs MTK-ya həvalə edilməlidir. Həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(006)-911/2018 saylı icra vərəqəsinə əsasən iddiaçılar X25, X22 və X14 cavabdeh "xxxx" MTK-ya qarşı «vurulmuş maddi və mənəvi ziyanın tutulması tələbi»nə iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh "xxxx" MTK-dan vurulmuş maddi ziyanın əvəzi olaraq iddiaçı X15 xeyrinə 4957 (dörd min doqquz yüz əlli yeddi) manat, iddiaçılar X22 və X14 xeyrinə 11750 (on bir min yeddi yüz əlli) manat, həmçinin iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutulmalı, iddiaçıların yaşadıqları mənzillərin işıq, su və qaz xətlərinin bərpa edilməsi vəzifəsi "xxxx" MTK-nın üzərinə qoyulmuş və iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin icra vərəqələri üzrə icraata xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli qərarlarla başlanılmış, icra sənədlərinin könüllü icrası barədə bildiriş borcluya göndərilmiş, xx.xx.2022-ci il tarixdə həmin icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərar qəbul edilmiş və borcluya xəbərdarlıq göndərilmiş, icra sənədlərində göstərilmiş ünvanlara baxış keçirilmiş və baxışla bağlı akt tərtib edilmişdir. Buna baxmayaraq, borclu icra sənədini icra etməmişdir. Qanuni qüvvədə olan məhkəmə qətnamələrini bugünədək icra etməməsi borclu Şəxs MTK-nın icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Göstərilənlərə əsasən borclu Şəxs MTK barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə icra məmuru A.Ə.Heydərov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu Şəxs MTK barəsində icraatında 07 ədəd icra işi var, 2020-ci ilin fevral-may aylarında icra sənədləri şöbəyə daxil olmuş, fəaliyyəti müvəqqəti dayandırılmış, həmin məbləğlər var, həm də öhdəliklər var, icra sənədlərinə əsasən bir tələbkara 350.000 manat tələbkar T.Nəbiyevaya, 14.400 manat isə digər tələbkara ödənilməlidir. Lakin Şəxs MTK tələbkara bugünədək heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın sədri F.S.İbrahimov məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, o, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 335 saylı sərəncamı ilə Şəxs MTK-nın xx.xx.2012-ci il tarixli, 01 saylı müracəti nəzərə alınaraq Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə ticarət mərkəzi, ofis və yaşayış binaları kompleksinin tikintisinin layihələndirilməsi üçün icarə əsasında həmin kooperativə icazə verilmişdir. 2018-ci ilin əvvəllərində MTK-ya süni maneələr yaradılmağa başlanılmışdır. Belə ki, ərazidə tarixi memarlıq abidəsinin sökülməsi barədə yalan məlumat verilməklə tikinti işləri dayandırılmışdı. Halbuki, həmin tikili sökülməmiş, İcra Hakimiyyətinin söküntü işləri zamanı binanın bir divarı zədə almışdı. Həmin binanın yararsız olması və təcili olaraq boşaldılaraq istismarının qadağan edilməsinə dair Fövqəladə Hallar Nazirliyinin xx.xx.2018-ci il tarixli, xx/xx-05280 saylı Rəyi mövcuddur. Bu binanın tarixi mədəniyyət abidəsi kimi siyahıdan çıxarılmasına dair Azərbaycan Milli Elmlər Akademiyasının rəyidə mövcuddur. Bundan başqa Nazirliyin rəyi oxunan zaman 1895-ci ildə inşa edilmiş bu “tarix memarlıq abidəsi”nə Mədəniyyət Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hansı münasibətdə olması aydın görünür. Bu binanın salamatlığına və gələcək nəsillərə ötürülməsini təmin etməli olan Mədəniyyət Nazirliyi 130 ilə yaxın bir müddətdə hansı qabaqlayıcı tədbirləri görmüşdür? MTK-ya yaradılan süni maneələrin qarşısının alınması üçün təkrarən Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmiş və Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsini müvəqqəti icra edən Rasim Quliyevin xx.xx.2018-ci il tarixli 346 saylı Sərəncamı ilə tikintiyə icazə verilmişdir. Bundan sonra Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş tapşırıqlar Şəxs MTK tərəfindən tam icra edilmişdir. Belə ki, Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan tapşırığa əsasən ərazinin və tikiləcək obyektin şəhərsalma əsaslandırılmasına dair layihə sənədləri Şəhərsalma və Arxitektura Komitəsində təsdiq edilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilmişdir. Buna dair Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixində 253 saylı “Xüsusi Nişan” verilmişdir. Şəxs MTKya Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Əliyev küçələrinin kəsişməsində yerləşən ərazidə əsasən istismar vaxtı keçmiş və qəzalı vəziyyətdə olan mənzillərin sökülüb yerlərində çoxmərtəbəli müasir standartlara uyğun yaşayış binasının tikintisinə bütün icazələr verilmiş, binanın inşaat pasportu, layihənin ekspertizası, xüsusi nişanın alınması, tikinti işlərinə başlanma haqqında icazə və sair sənədlər tərəfimizdən toplanılmış, tikintiyə sərəncam alındıqdan sonra MTK tərəfindən dövlət rüsumları tam olaraq ödənilmiş və tərəflərindən tikinti işlərinə başlanılmışdır. Lakin 2018-ci il tarixindən tikinti işləri məcburi dayandırılmış və Bakı şəhər İcra Hakimiyyəti Başçısının vəziflərini müvəqqəti icra edən X19 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 314-2.3-cü maddələri ilə ittiham elan edilərək cinayət işi başlanmışdır. Cinayət işinin əsas məğzi isə təsisçisi olduğu Şəxs MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Əliyev küçələrinin kəsişməsində tikinti aparılması üçün verilmiş xx.xx.2018-ci il tarixli Sərəncamın qanunsuz olaraq imzalanması və möhürlə təsdiq edilməsi olmuşdur. İstintaq dövründə və Məhkəmə proseslərində bir nəfər sual etməmişdir ki, axı X17 kimi 2012-ci ildə X3muş və bu sərəncam əsasında bütün hüquqmüəyyən edici sənədlər hazırlanaraq tikinti işləri aparılmışdır. Eldar Əzizov isə tikintinin dayandırılması üçün özünün xx.xx.2018-ci il tarixli etibarsız sərəncamını çıxarmaqla özbaşınalıq etmişdir. Heç bir əsas olmadan xx.xx.2018ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2018-ci il tarixli xx/xx- 2198 saylı məktubu nəzərə alınması əsası ilə "xxxx" MTK-nın Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, O.Topçubaşov və M.Ə.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə ofis və yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 346 saylı Sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşmə işlərinin ləğv edilməsi barədə sərəncam vermişdir, (hansı sənədləşmə işləri? Bilirmir). xx.xx.2018-ci il tarixli, 346 saylı Sərəncamın heç bir hüquqi əsası yoxdur. Bu günə kimi dəfələrlə müraciət etmələrinə baxmayaraq gösətərilən Sərəncamın hüquqi əsaslandırılması olmamışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 335 saylı sərəncamı ilə Şəxs MTK ilə yanaşı digər MTK- İara da tikinti üçün icazlər verilmişdir. Necə olur ki, Rasim Quliyevin imzaladığı sərəncamlarla digər MTK-ların tikinti işləri davam etdirilir, işlər başa çatırdır yalnız Şəxs MTK-nın işləri dayandırılır? Göründüyü kimi süni maneələrlə MTK-nın işi dayandırılıb və məhkəmə qətnamələrinin icrası bu səbəbdən qeyri-mümkün olmuşdur. Göründüyü kimi dövlət orqanları qanunsuz olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs MTK-nın fəaliyyətini məhdudlaşdırmışdır. Milyonlarla manat xərc çəkilərək tikintisi başlanan çoxmənzilli binanın inşasının dayandırılması eyni zamanda vətəndaşların da hüquqlarını pozmaqdadır. Belə ki, Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 3934/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(006)-4192/2021 saylı, xx.xx.2021-ci il tarixli. 2(006)-6128/2021 saylı, xx.xx.2022-ci il tarixli, e-2(006)-594/2022 saylı, xx.xx.2022-ci il tarixli, e-2(006)-1790/2022 saylı və Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli, 2(102)- 790/2017-ci il tarixli qərarı ilə Şəxs MTK-nın üzərinə öhdəliklər qoyulmuşdur. Bu öhdəliklər göstərilən ünvanda mənzillərin tikilərək təhvil verilməsindən ibarətdir. Hazırkı vəziyyətdə Bakı şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qanunsuz əməlləri ilə məhkəmə qərarlarının icrası qeyri mümkün olmuşdur. Bu öhdəliklər göstərilən ünvanda mənzillərin tikilərək təhvil verilməsindən ibarətdir. 350 000 manat məbləğində pulun tutulmasına dair məhkəmə qətnaməsi də eyni məzmunlu qətnamədir. MTK-a işləməsə öhdəliyini necə icra edə bilər? Şəxs MTK-nın göstərilən ünvanda tikintisinin dayandırılmasına görə təqdim edilən səbəblərdən biri də guya MTK-nın tarixi mədəniyyət abidəsini sökməsi olmuşdur. Məhkəmənin nəzərinə çatdırırıq ki, həmin ərazidə bütün söküntü işləri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılmışdır. Bunu təsdiq edən İcra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbovun imzaladığı xx.xx.2017-ci il tarixli, 7-94/17 saylı məktubun surəti əlavə edilir. Göründüyü kimi yalan və iftiralarla sahibkarlıq subyektinin işləri dayandırılıb və Cəmiyyətə milyonlarla manat zərər vurulmuşdur. Həmçinin həmin ərazidə söküntü işlərinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılmasını sübut edən başqa bir Məhkəmə qərarı da mövcuddur. Belə ki, “Ağayev və Xülfuqarzadə” firmasının cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı olan iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Qərarı ilə təmin edilmiş və Nəsimi rayonu, Dilarə Əliyeva küçəsindəki 149 saylı evin sökülməsi nəticəsində dəymiş zərərin Bakı şəhər İcra Hakimiyyətindən tutulması qət edilmişdir. Bununla da məhkəmə qətnaməsi ilə həmin ərazidə söküntü işlərinin İcra Hakimiyyəti tərəfindən aparılması təsdiq edilmişdir. 2018-ci il tarixindən Şəxs MTK-nın fəaliyyətinin qanunsuz olaraq dayandırılması, tikintinin davam etdirilinəsi dayandırıldığı üçün məhkəmə qərarlarının icrası mümkün olmamışdır. Bundan başqa, o bildirmişdir ki, sözü gedən qətnamələrin icrasını onlar hamıdan daha çox istəyirlər, lakin qanunsuzluq və özbaşınalıqlara məruz qaldıqları üçün tikintini onlardan asılı olmayan səbəblərdən inşa edə bilmirlər. Odur ki, Nəsimi rayon İcra Şöbəsinin təqdimatını əsassız hesab edirlər və icra şöbəsi onların hansı vəziyyətdə olduğunu hamıdan yaxşı bilir. Bu qətnamələrin icrası üçün də tələbkarlardan heç bir şikayət və tələblər daxil olmur. Çünki bütün tələbkarlar onlara qarşı olan bu özbaşınalığı bilir və anlayış göstərirlər. Hansı səbəbdən Nəsimi rayon İcra Şöbəsinin bu təqdimat verməsi onlara məlum deyil. Göstərilənləri nəzərə alaraq inzibati protokol üzrə başlanmış işin xitam edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüququ şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2011-ci il tarixli çıxarışının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən Şəxs MTK-nın təsisçiləri A.N.İbrahimova, T.İ.İbrahimova, T.S.Axundzadə və E.İ.Rzayev olmuş, xx.xx.2021-ci il tarixdə qanunu təmsilçi F.S.İbrahimovdur. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Şəxs MTKya ünvanladığı xx.xx.2017-ci il tarixli, 7-94/2017 saylı məktubunun surətindən görünür ki, ünvan 4 ünvanda və ətraf ərazilərdə söküntü işlərinin kim tərəfindən aparılması barədə məlumat verilməsi haqda Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanılmış xx.xx.2017-ci il tarixli, xx.xx.2017 saylı məktuba cavab olaraq bildirilmişdir ki, qeyd edilən ünvanda və ətraf ərazidə söküntü və abadlıq işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılmışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2012ci il tarixli, 335 saylı Sərəncamın surətindən görünür ki, Şəxs MTK-nın xx.xx.2012-ci il tarixli, 01 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə və Yasamal rayonu, İ.Səfərli, M.A.Əliyev, M.İbrahimov və D.Əliyeva küçələrinin kəsişməsindəki 228-ci məhəllədə ticarət mərkəzi, ofis və yaşayış binaları kompleksinin tikintisinin layihələndirilməsi üçün icarə əsasında həmin kooperativə icazə verilsin. 1.1. Ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin müvafiq qaydada köçürülməsi mövcud qanunvericilik əsasında Şəxs MTK-nın vəsaiti hesabına həyata keçirilsin. Sifarişçiyə tapşırılsın: 2.1. Ərazinin və tikiləcək obyektin şəhərsalma əsaslandırılmasına dair layihə sənədlərinin Şəhərsalma və Arxitektura Komitəsində təsdiq edilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etsin. 2.2. Sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin. 2.3.Ərazinin və obyektin memarlıqplanlaşdırmasının həllini layihələndirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırsın. Layihələndirmə başa çatdıqdan sonra işçi layihəsini tam həcmdə Baş idarəyə təqdim etsin. 2.4. Layihə təşkilatı layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə, Baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini Memarlıq və Şəhərsalma Baş İdarəsi və əlaqədar təşkilatlarla razılaşdırsın. 2.5. Tikinti ərazisindən prospekt və küçələrə çıxan nəqliyyat vasitələri təmiz vəziyyətə gətrilməli və hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq tədbirlər görülməlidir. 3.Sifarişçi, Azərbaycan Respublikası «Torpaq Məcəlləsi»nin 66,67 və 68-ci maddələrinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti nəzdində «İnterservis» müdiriyyəti ilə torpağın icarə müqaviləsinin bağlanmasını təmin etməli və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində torpaq sahəsi üzərində icarə hüququnu dövlət qeydiyyatına almalıdır. 4. Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş sənədlər qeydiyyatdan keçirilməsi və tikintiyə icazə verilməsi üçün Bakı Şəhər Tikintiyə İcazə və qeydiyyat Müfəttişliyinə təqdim edilsin. 5. Layihə sənədləri mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lisenziya əsasında ğul olan hüquqi və fiziki şəxslər tərəfindən-işlənməlidir. 6. Ayrıılmış torpaq sahəsinin sanitar vəziyyətinə nəzarət, həmin sahənin özbaşına zəbt olunmasının qarşısını almaq üçün tədbirlər getmək rayon icra hakimiyətinin başçısına tapşırılsın. 7. Yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməsə, sərəncamın ləğv edilməsi məsləsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin tikinti işlərinə başlanılması üçün əsas olan xx.xx.2015-ci il tarixli, 126 saylı xüsusi nişanın surətindən görünür ki, "xxxx" MTK-ya Bakı səhəri, Nəsimi rayonu, M.İbrahimov, D. Əliyeva, Ə.Topçubaşov və M. A. Əliyev küçələrinin kəsisməsindəki 318-ci məhəllə ünvanında Ticarət mərkəzi, ofis və vasavıs binası /Blok-1: 11 mərtəbəli (+ mansarda) 1 girisli 0-ci, 2-ci, 3-cü və 4-cü mərtəbələri qevri-vasavıs sahəsi, 2 səviyyəli zirzəmi mərtəbəsi yeraltı avtodavanacaq) tikilməsinə Memarlıq və Şəhərsalma Bas İdarəsinin 15 dekabr 2015-ci il tarixli, 18/04 - 516 saylı məktubu ilə razılaşmaqla, Bakı Səhər İcra Hakimiyyəti Başçısının 1 avqust 2012-ci il tarixli, 335 saylı və 21 oktyabr 2015-ci il tarixli. 438 saylı sərəncamlarına əsasən icazə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 7 ünvanda qanunsuz tikinti işlərinin aparılması barədə müraciəti Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə daxil olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydalarının 3.4-cü bəndinə uyğun olaraq M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki, 318-ci məhəllədəki sözügedən əraziyə tərəflərindən baxış keçirilmiş və həmin ərazidə Şəxs MTK tərəfindən tikinti işlərinin aparılması təsdiqlənmişdir. 1893-cü ildə tikilmiş ünvan 8 ünvanında yerləşən yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrə aid edilmişdir. Sözügedən tikinti işlərində həmin abidənin sökülməsi nəzərdə tutulur. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MTK-nın icazə sənədlərində ciddi nöqsanlar mövcuddur. Belə ki, həmin sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş formalara uyğun tərtib edilməmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.6-cı, 2.7-ci və 4.11.11.5-ci bəndindəki səlahiyyətli şəxslər tərəfindən imzalanmamışdır. Əksinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.10-cu maddəsinə uyğun olaraq sözügedən tikinti layihəsi və tikintiyə icazə barədə Tikintilərin Dövlət reyestrinə təqdim edilməsi barədə 7-241/21g nömrəli xx.xx.2018ci il tarixli müraciət Bakı şəhər İcra Hakimiyyətinin 7-344/21 g nömrəli xx.xx.2018-cı il tarixli məktubu ilə hüquqi qüvvəsini itirmiş hesab edilmişdir. Belə olan halda, sadalanan sənədlərin hüquqi qüvvəsi ümumiyyətlə ciddi şübhə yaradır. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununun 1-0.21-ci və 43.0.8-ci maddələrinə əsasən tariximədəni əhəmiyyətə malik binalar və tikililərin sökülməsinə yol verilmir. Həmin Qanunun 39.2-cı maddəsinə uyğun olaraq bu bina və tikililərin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə razılaşdırılmadan sökülməsi və ya məhv edilməsi qadağandır. Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”na uyğun olaraq təxiresalınmadan sözügedən tikinti işlərinin dayandırılması barədə müvafiq qərar qəbul etməyinizi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının müavinin xx.xx.2018-ci il tarixli, 451 saylı Sərəncamın surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2018-ci il tarixli, xx/xx-2198 saylı məktubunu nəzərə alaraq, Şəxs MTK-ya Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə. Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsındəkı 318-ci məhəllədə ofis və yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-cı tarixli, 346 saylı sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilsin. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin rəisinin xx.xx.2019-cu il tarixli, ********* saylı məktubunun surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ünvan 9 ünvanında yerləşən yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin qanunsuz sökülməsi və həmin ərazidə yaşayış binalarının tikintisinə dair Şəxs MTK-ya icazə verilməsi barədə sənədlərin hüquqi qüvvəsinin şübhəli olmasına dair daxil olmuş materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 246 və 308.1-ci maddələri ilə cinayət işi istintaq olunur. İstintaq zamanı müəyyən edilmişdir ki, D.Əliyeva küçəsi 141 ünvanında abidənin bir tərəfi söküldüyü üçün daxili divarlarda çatlar əmələ gəlmiş, abidəyə konstruktiv müdaxilə olunmuş, binanın bir tərəfinin damı tamamilə sökülmüş abidənin pəncərələri çıxarılmış giriş qapısı, pəncərələri və eyvanlara çıxan qapılar taxta lövhələrlə bağlanılmışdır. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki, 318-ci məhəllədə ofis və yaşayış binalarının tikintisinə dair Şəxs MTK-ya icazə verilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 346 nömrəli Sərəncamı xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir. Tikintiyə icazə verilməsinə dair sərəncamın ləğv edilməsinə baxmayaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyin verdiyi məlumata görə hazırda həmin ərazidə tikinti işləri davam etdirilir. Odur ki, cinayət işi üzrə yekun qərar qəbul edilənədək Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə aparılan tikinti işlərinin dayandırılması ilə bağlı zəruri tədbirlərinin görülməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş AR Baş Prokurorun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ünvanladığı xx.xx.2019-cu il tarixli, ********* saylı məktubunun surətindən görünür ki, ünvan 10 ünvanında yerləşən yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evində Şəxs MTK tərəfindən mövcud qanunvericiliyə zidd olaraq, müvafiq icra hakimiyyəti orqanlarına xəbərdarlıq etmədən söküntü işləri aparılması faktına dair Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 246 və 308.1-ci maddələri ilə cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318- ci məhəllədə sifarişçi Şəxs MTK və ya digər hüquqi və fiziki şəxslər tərəfindən qanuna zidd surətdə aparılan tikinti və söküntü işlərinin dayandırılması, ərazinin nəzarətə götürülməsi ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etməyinizi xahiş edirəm. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyinin tikinti işlərinin dayandırılması barədə xx.xx.2019-cu il tarixli, 0118 nömrəli qərarının surətindən görünür ki, tikinti obyektində aşkar olunmuş pozuntuların təsviri: BŞİH-nin xx.xx.2018-ci il tarixli, 346 nömrəli sərəncamı BŞİH-nin xx.xx.2018-ci il tarixli, 451 nömrəli sərəncamı ilə ləğv edilmişdir. Buna baxmayaraq tikintiquraşdırma işləri davam etdirilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-cu il tarixli, xx/xx-4252 saylı məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.Əliyev küçələrinin əhatə etdiyi ərazidə Şəxs MTK-ya Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 346 nömrəli sərəncamına əsasən istismaq vaxtı keçmiş binaların və qəzalı vəziyyətdə olan mənzillərin sökülərək yerində tikintisinə başlanılan ofis və çoxmərtəbəli yaşayış binasında aparılan tikinti işlərinin gedişinə müxtəlif şəxslər tərəfindən maneçilik törədilməsinə dair xx.xx.2019-cu il tarixli, 18/06/19 nömrəli müraciətinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Aparılmış araşdırmadan məlum olmuşdur ki, sözügedən ünvanda tikinti işlərinin aparılmasına əsas olan, yuxarıda qeyd edilən sərəncam Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 451 nömrəli sərəncamı ilə ləğv edildiyindən hazırda həmin ərazidə tikinti işlərinin aparılmasının hüquqi əsası yoxdur. Eyni zamanda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 451 nömrəli sərəncamı ilə ləğv edilməsi tələbinə dair iddia 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində məhkəmə mübahisəsinin predmeti olduğundan müraciətinə sözügedən məhkəmə prosesi yekunlaşdıqdan sonra Komitə tərəfindən baxıla bilər. Məhkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi, həmin sənədlərlə bağlı icra şöbəsi tərəfindən heç bir araşdırılma aparılmadan, yalnız zərərçəkmiş şəxslərin verdiyi şikayət əsasında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dizpozisiyasında məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulmşdir. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, məhkəmə qərarlarının icra edilməməsi cavabdehdən asılı olmayan səbəblərdən baş vermiş və bu hallar icra məmuru tərəfindən araşdırılmadan, yalnız zərərçəkmiş şəxslərin şikayətinin olmasının əsas gətirilməklə heç bir araşdırma aparmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Bununla da məhkəmə hesab edir ki, hazırki iş üzrə toplanmış materiallara əsasən icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MTK tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MTK-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MTK-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılsın. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2621/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2621/2022
05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver