Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2622/2024 24.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X10 tərəfindən qəbul edilmiş 05 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X4 05 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində 2 nəfər içkili şəxs "xxxx" MMC-nin Bakıxanov-5 filialına daxil olaraq işçilər və digər müştərilər ilə mübahisə etmişdir. Filialda olan Baş Satıcı vəzifəsində çalışan X7 içkili şəxslərə yaxınlaşaraq nəzakətli davranmağa çalışmış, lakin onların özlərini ictimai yerdə apara bilmədiklərini görüb, mühafizə polisinə məlumat verilmiş və içkili şəxslər şöbəyə aparılmışdır. Daha sonra polis əməkdaşları tərəfindən baş vermiş hadisəyə hüquqi qiymət verilməsi üçün X5 xx.xx.2024-cü il tarixində istirahət günündə X12 gedərək müayinə olunmasını tələb etmişlər. X7 heç bir xəsarətinin olmamasını bildirsə də, qanunvericiliyinin tələbi olması əsası ilə şəxsi müayinəyə göndərmişlər. Nəticədə xəstəxana tərəfindən Əmək Müfəttişliyinə hadisə ilə bağlı məlumat verilmişdir. Əmək Müfəttişliyi tərəfindən işin araşdırması aparılarkən işçi izahat verməsi üçün dəvət olunmuş və X7 yuxarıdakı məzmunda izahat vermişdir. Lakin baş vermiş hadisə istehsalatda baş vermiş qəza olmaması müəyyən olunsa da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin MN' seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qanunsuz və əsassız qərar qəbul etmişdir. Qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir: Belə ki, marketdə baş vermiş hadisə barədə dərhal hüquq mühafizə orqanına xəbər verilmişdir. Hadisə nəticəsində işçinin iş zamanı hər hansı xəsarət alması müəyyən olunmamışdır. Bu da öz təsdiqini xəstəxana sənədlərindən və işçininin izahatından tapır. Eyni zamanda işçi hər hansı xəsarət alması ilə əlaqədar xəstəxanaya müraciət etməmişdir. İşçinin xəstəxanaya müraciət etməsi polis əməkdaşının cinayət prosessual qanunverciliyin tələbləri əsasında hadisəni törətmiş şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün olmuşdur. Yəni polis əməkdaşının işçini xəstəxanaya yönləndirilməsində əsas məqsədi işçinin hər hansı xəsarət almamasını təsdiq etmək üçün xəstəxanadan hüquqi sənəd əldə etmək məqsədi daşımışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarı barəsində şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X11 verilmiş şikayətin təmin edilməməsini və Bakı şəhər İdarəsinin rəis müavini X10 tərəfindən qəbul edilmiş 05 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixdə, şikayətçi X6 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə müraciət edərək bildirmişdir ki, marketdə baş vermiş hadisə barədə dərhal hüquq mühafizə orqanına xəbər verilmişdir. Polis əməkdaşları şəxsin ictimai yerdə özünü idarə edə bilmədiyinin şahidi olduqları üçün şəxsi polis bölməsinə aparmışlar. Hadisə nəticəsində işçinin iş zamanı hər hansı xəsarət alması müəyyən olunmamışdır. Bu da öz təsdiqini xəstəxana sənədlərindən və işçininin izahatından tapır. Eyni zamanda işçi hər hansı xəsarət alması ilə əlaqədar xəstəxanaya müraciət etməmişdir. İşçinin xəstəxanaya müraciət etməsi polis əməkdaşının cinayət prosessual qanunverciliyin tələbləri əsasında hadisəni törətmiş şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün olmuşdur. Belə ki, şəxsin əməlində xuliqanlıq cinayət əməlinin və ya digər cinayət əməlinin olubolmamasının müəyyən olunması işin araşdırılmasının vacib xüsusatlarından biridir. Yəni polis əməkdaşının işçini xəstəxanaya yönləndirilməsində əsas məqsədi işçinin hər hansı xəsarət almamasını təsdiq etmək üçün xəstəxanadan hüquqi sənəd əldə etmək məqsədi daşımışdır. Qeyd olunanlar inzibati orqan tərəfindən nəzərə alınmadan əsassız qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq prosesin iştirakı olmadan keçirilməsini və qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, şikayətçi gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, "xxxx" MMC-nin işçisi X2 xx.xx.2024-cü il tarixində iş vaxtı xəsarət alması ilə nəticələnən bədbəxt hadisə barədə "xxxx" MMC-nin idarə heyətinin sədri X6 tərəfindən DƏMX-nə həmin gün deyil, xx.xx.2024-cü il tarixdə məlumat vermişdir. Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 555.1ci maddəsi üzrə təqsirli bilinərək 1200 manat məbləğində cərimə edilmişdir; "xxxx" MMC-də baş satıcı vəzifəsində çalışan X8 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış müraciətdə baş vermiş bədbəxt hadisə barədə məlumat təqdim edilir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını tədqiq edib belə nəticəyə gəlir ki, şikayət əsassız olduğundan rədd edilməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 1 hissəsinə uyğun olaraq işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X9 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X9 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir (əlavə 3). Beləliklə məhkəmə hesab edir ki, "xxxx" MMC-də işləyən X2 xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş vermiş və bu hadisə barədə "xxxx" MMC-nin sədri X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə onun araşdırılması üçün vaxtında məlumat vermədiyinə görə Xidmətin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 05 iyun 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1ci maddəsi üzrə təqsirli bilinərək 1.200 manat məbləğində cərimə edilmişdir. Yuxarıda sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən bədbəxt hadisələrin araşdırılması üçün məlumat verilməli dövlət orqanının iş vaxtının olub-olmamasından asılı olmayaraq belə məlumat dərhal həmin hadisə baş verən günü telefonla, teleqrafla və ya elektron formada verilməli idi. Buna görə də, "xxxx" MMC-nin idarə heyətinin sədri X1 hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun barəsində düzgün olaraq həmin maddə üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. "xxxx" MMC-nin idarə heyətinin sədri X1 hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun barəsində düzgün olaraq həmin maddə üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 05 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2622/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2622/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver