Məhkəmə qərarları › İş №3(006)-2622/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2622/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2622/2025 30.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayət vermiş X3, qərarından şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin TP ******* saylı, 11 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X5 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin TP ******* saylı, 11 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-768/2025 saylı, 07 mart 2025-ci il tarixli qərarı ilə X3 şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsinin 24 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş baxılması üçün yenidən həmin orqana göndərilmişdir Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixində idarə etdiyi **-SA-*** dövlət qeydiyyat nişanlı “KİA Forte” minik avtomobili ilə Qara Qarayev prospekti 51/57 istiqamətində yol hərəkəti qaydalarını pozmadan hərəkət edərkən, Bakı şəhər DYPİ Polis X1 tərəfindən saxlanılaraq, yol hərəkəti qaydasının pozulması (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) əsas göstərilərək ona qərarsız İXP ******* nömrəli protokol tərtib edilmişdir. Tərəfindən qayda pozuntusunun olmadığını bildirsə də, kamera görüntüsünə baxmalarına xahiş etsə də, əsassız onun İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi əsasında pozuntu olduğunu iddia edilmişdir. Qeyd edilən 327.2-ci maddə üzrə qayda pozuntuları tərəfindən törədilməmişdir. Eyni ilə YPX əməkdaşı Polis Haqqında Azərbaycan Respublikası Qanunun 13.3-cü bəndini kobud şəkildə pozmuşdur və özünü təqdim etməmişdir, adını və rütbəsini tərtib etdiyi İXP ******* saylı protokoldan əldə etmişdir. Həmçinin hal şahidləri dindirilməmiş və protokolda əks olunmamışdır. Bakı şəhər DYP İdarəsində təqdim edilən görüntüdə də İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə yol hərəkəti qaydasının pozulması aşkar gorunmur. Bununla əlaqədar olaraq Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixli İXP-6803621 saylı protokolu üzrə qəbul edilmiş TP ******* nömrəli qərarın əsassız hesab edilməsi və ləğv edilməsi haqqında Qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(006)-768/2025 nömrəli iş üzrə Qərarı əsasında TP ******* nömrəli qərar ləğv edilmiş və işə yenidən baxılması üçün həmin quruma göndərilmişdir. Lakin, buna baxmayaraq xx.xx.2025-ci il tarixində Bakı Şəhəri BPİ-nin X10 İdarəsi, Polis X1 tərəfindən eyni protokol üzrə yeni TP ******* nömrəli qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq, TP ******* saylı, 11 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq, onun avtomobilini işıqforun qırmızı işığında saxladığını, daha sonra işıqforun yaşıl işığı yanarkən hərəkətini davam etdirdiyini bildirərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqanın nümayəndəsi X4 məhkəmə iclasında verdiyi izahatında şikayətin dəlillərinin əsassız olduğunu və iş materiallarına əlavə edilmiş video diskdən də göründüyü kimi X3 inzibati xətanı törətməsi sübut olunduğundan verilmiş şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş TP ******* nömrəli, 11 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə idarə etdiyi “X12” markalı, **-SA-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Qara Qarayev prosspektində hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəməyə təqdim edilən CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, X5 idarə etdiyi “X12” markalı, **-SA-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, D.Əliyeva küçəsində hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 41-ci bəndinin tələbinə görə yol vermək — sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini və piyadaları qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edəbiləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir. Həmin Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 75-ci maddəsinin İİ hisssinin tələbinə görə əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.2024-cü il tarixdə idarə etdiyi “X12” markalı, **-SA-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, D.Əliyeva küçəsində hərəkətdə olarkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş TP ******* saylı, 11 aprel 2025-ci il tarixli qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinin TP ******* saylı, 11 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar