Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2630/2022 05.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi rayon İcra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1979-cu il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Mehtiabad qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 05 avqust 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəki Apellyasiya Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(107)-476/2019 saylı qətnaməsinə əsasən Yevlax rayon məhkəməsinin qətnaməsi dəyişdirilmiş, tərəflərin birgə nikahı dövründə əldə edilmiş, cavabdeh Şəxs adına qeydə alınmış, dəyəri 24000 manat olan 2013-cü il buraxılışlı “KİA” Sportage markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin ½ hissəsi, yəni 12000 manat cavabdeh Şəxs alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Lakin Şəxs icra sənədini üzrsüz səbəbdən icra etmir və bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi rayon İcra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(107)-476/2019 saylı qətnaməsinə əsasən Yevlax rayon məhkəməsinin qətnaməsi dəyişdirilmiş, tərəflərin birgə nikahı dövründə əldə edilmiş, cavabdeh Şəxs adına qeydə alınmış, dəyəri 24000 manat olan 2013-cü il buraxılışlı “KİA” Sportage markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin ½ hissəsi, yəni 12000 manat cavabdeh Şəxs alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. İcra sənədi üzrə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş və borcluya tələbin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Buna baxmayaraq, borclu icra sənədini icra etməmişdir. İcra sənədini bugünədək icra etməməsi borclu Şəxs icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(107)-476/2019 saylı qətnaməsinə əsasən dəyəri 24000 manat olan 2013-cü il buraxılışlı “KİA” Sportage markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin ½ hissəsi, yəni 12000 manat cavabdeh ondan alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Lakin, həmin qətnaməni avtomobili satdığından icra etmək mümkün olmamışdır. Bundan əlavə o hər ay aliment üzrə ödəniş edir və icra məmurunun hər hansı tələbini yerinə yetirməkdən məqsədli şəkildə yayınmır.. Hal-hazırda fərdi əməklə məşğul olur və borc üzrə ödənişləri hissə-hissə həyata keçirəcəkdir. Qeyd olunanları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 verdiyi izahatında göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(107)-476/2019 saylı qətnaməsinə Şəxs tərəfindən icra edilmir. Belə ki, Şəxs icra sənədi üzrə ödənişləri icra etməkdən yayınmış və onun böyük məbləğdə borcu mövcuddur. Şəxs aliment üzrə ödənişləri ödəsə də, avtomobilin yarısı dəyərində ödənişi yerinə yetirmir. Ona görə də, icra sənədinin icra edilməsini tələb edir. Göstərilənlərə əsasən məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra sənədi icra şöbəsinin icraatına daxil olduqdan sonra borclunun gəlirləri və əmlak vəziyyəti barədə heç bir araşdırma aparılmamışdır. Yəni, icra məmuru tərəfindən borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığortaolunan və ya əmək pensiyaçısı kimi qeydiyyata alınıb-alınmaması barədə aidiyyatı təşkilatlara sorğular verilməmiş, sonuncunun əmlak və gəlirlərinin müəyyən edilməsi istiqamətində heç bir icra tədbiri həyata keçirilməmiş, qeyd edilən araşdırmalar aparılmadığından icra məmuru tələbin borclu Şəxs əmək haqqısına yönəldilməsi ilə bağlı heç bir icra hərəkəti etməmişdir. Göstərilənlərə əsasən hazırki halda iş üzrə toplanmış materiallara əsasən icra sənədi üzrə tələbin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən qərəzli və ya üzürsüz səbəbdən icra edilməməsini məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədinin icrasından yayınmasının qərəzli olub-olmamasını müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qaytarılsın. Hakim Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2630/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2630/2022
05.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver