Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2630/2024 05.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs-nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X3 iştirakları ilə, Şəxs-nin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXMin) 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs-nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 02 iyul 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş, eyni tarixli MN seriyalı ******* nömrəli qərardadı ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, «Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş» informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən olunmuşdur ki, Şəxsnin Azərbaycan Respublikasındakı Filialı işğaldan azad olunmuş ərazilərə iş icazəsi aldığı şəxslər X8, X1, X9 xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək Nazirliyin «Əmək və məşğulluq» sistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmiş, həmin şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunmuşdur. Şəxsnin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X14 protokolun məzmununa uyğun çıxış edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən Şəxsnin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi məhkəməyə müraciət edərək bildirmişdir ki, X10 Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MN №1292089 saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən Şəxsnin Azərbaycan Respublikasındakı Filialının direktoru vəzifəli şəxs kimi inzibati qaydada cərimə edilmiş, belə ki, sözü gedən qərar onunla əsaslandırılmışdı ki, direktor üç nəfər vətəndaşlar X4, X9 və X5 işğaldan azad olunmuş ərazilərdə polis postlarından sərbəst keçməsi məqsədi ilə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemi üzərindən icazə almış, lakin həmin şəxslə şirkət arasında əmək müqaviləsi bağlanılmayıb. Bununla bağlı X10 Xidməti tərəfindən İnzibati tənbeh vermə haqqında protokola əsasən cərimələnəcəyi haqqında məlumatı heç vaxt bilməmiş məlumatları olmadan qeyri qanuni protokol tərtib edilmişdir. Şirkətin hüquqi ünvanı ünvan 1çın rayonu, Güləbird kəndi inzibati ərazisində istehsalat sahəsində salınmış düşərgədir. Həmin qərarla tanış olarkən məlum olmuşdur ki, şirkətin direktoru vəzifəli şəxs kimi İXM 192.1-ci maddəsinə əsasən inzibati qaydada 3000 (üç min) manat cərimə edilmişdir. Şifahi olaraq əldə edilən məlumata əsasən xəbərsiz ətərsiz şirkətin direktoru barəsində yazılmış Protokolda müəyyən edilib ki, direktor İXM 192.1-ci maddəsinin tələblərini pozaraq vətəndaşlar X4, X9 və X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərə cəlb etmişdir. Halbuki, adları qeyd olunanlardan Namiq Salahov mülki hüquqi müqavilə əsasında podratçı təşkilat kimi fəaliyyət göstərən fiziki şəxs X2 (VÖEN **********) rəsmi işçisidir. X11 “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən icazə alması səlahiyyəti olmadığından onun rəsmi işçilərinin həmin ərazilərə giriş icazələri şirkət üzərindən alınmışdır. Daha sonra qeyd olunun iki vətəndaşlar X4, X6 filialımız üzərindən icazələr alınmış lakin həmin şəxslər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş etməmişdirlər. Belə ki, həmin şəxslər Azərbaycan Respublikasının Konstitusiyasına əsasən sərbəst formada özlərinə iş yeri seçmək hüququndan istifadə etməklə Şəxsnin Azərbaycan Respublikasındakı Filialı ilə əmək münasibətləri yaratmaqdan imtina etmişlər. Qeyd etmək lazımdır ki, həmin şəxslərlə zorla əmək münasibətləri yaratmaq qanuna ziddir və qanunvericilikdə cəza məsuliyyəti nəzərdə tutulmuşdur. “DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirketf’nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun tikintisi və yenidən qurulmasında həyata keçirilən böyük layihələr çərçivəsində keyfiyyətli və yüksək standartlara cavab verən işlər görmüşdür. X10 Xidməti qanunsuz olaraq, heç bir araşdırma aparmadan şirkətin direktoru vəzifəli şəxs kimi inzibati qaydada İXM-nin 192.1 maddəsilə 3000 manat qanunsuz olaraq cərimə etmişdir. X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İnzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə zidd olduğu üçün məlikəmə tərəfindən ləğv edilməlidir. Şirkətin təklif etdiyi vəzifələrə işçi qüvvəsini təmin etmək məqsədi ilə yuxarıda qeyd olunan “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən icazə o məqsədlə alınır ki, vətəndaş iş sahələrində təklif olunan işlə, məişət şəraiti ilə, məvaciblə, əmək şəraiti və sair təminatlarla tanış olsun, əmək münasibətlərinin yaradılmasında maraqlı tərəflərdən biri olsun və konstitusiyon hüquqlarından istifadə etməklə sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququndan istifadə etsin. Qətiyyətlə bildiririk ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemi üzərindən alınan icazə iş icazəsi deyil bu həmin ərazilərə giriş icazəsidir. Qanunvericiliyin tələbləri tamamilə açıq və aydındır. X10 Xidməti inzibati icraat zamanı qanunvericiliyin tələblərini pozaraq mənə qarşı qanunazidd cərimə tətbiq ediblər. İXM-nin 3-cü maddəsində göstərilir ki, İnzibati məsuliyyətin əsasları - yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Halbuki, ümumiyyətlə heç bir rəsmi sübut olmadan, heç bir əsaslandırıcı arqument göstərmədən protokol tərtib edib cərimə yazıblar. Qeyd olunanlara əsasən, təqdim olunan protokol əsassız və qanunsuz olduğu üçün ləğv edilməsini başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs-nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X12 vəsatətin məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X4 tərəfindən notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Şəxsnin Azərbaycan Respublikasındakı Filialına iş üçün müraciət etmiş, onlar da Azərbayca Respublikası DİN-nin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş portalından həmin rayonlara getmək üçün giriş icazəsi almışlar. Təklif olunan işdən imtina etmiş və qeyd olunan rayonlara getməmişdir. Qeyd edir ki, onun Şəxs-nin Azərbaycan Respublikasındakı Filialı ilə heç bir əmək münasibəti olmamışdır. Ərizənin nəzərə alınmasını xahiş etmişdir. X9 tərəfindən notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Şəxsnin Azərbaycan Respublikasındakı Filialına iş üçün müraciət etmiş, onlar da Azərbayca Respublikası DİN-nin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş portalından həmin rayonlara getmək üçün giriş icazəsi almışlar. Təklif olunan işdən imtina etmiş və qeyd olunan rayonlara getməmişdir. Qeyd edir ki, onun Şəxs-nin Azərbaycan Respublikasındakı Filialı ilə heç bir əmək münasibəti olmamışdır. Ərizənin nəzərə alınmasını xahiş etmişdir. X8 mülki hüquqi müqavilə əsasında podratçı təşkilat kimi fəaliyyət göstərən fiziki şəxs X2 (VÖEN: **********) rəsmi işçisidir. X11 “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən icazə alması səlahiyyəti olmadığından onun rəsmi işçilərinin həmin ərazilərə giriş icazələri şirkət üzərindən alınmışdır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs-nin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi tərkibinin yaranması üçün şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməlidir. Sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq işçinin əmək qanunvericiliyində təsbit olunmuş əsas hüququ hesab olunur. İşçi əvvəlcə əmək şəraiti ilə tanış olmalı, daha sonra əmək müqaviləsinin bağlayıb-bağlamamaq barədə qərara gəlməlidir. Əmək müqaviləsi bağlamazdan əvvəl protokolda göstərilən şəxslərin əmək şəraiti ilə yaxından tanış olmaq məqsədilə icazə üçün elektron müraciət etməsi əmək münasibətlərinə daxil olma əsası kimi qiymətləndirilməməlidir. Məhkəmə qeyd edir ki, Şəxs-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs-nin Azərbaycan Respublikasındakı Filialının təqsirliliyini təsdiq etmir, həmin sübutlar sübutetmə predmetinə daxil olan bütün halların sübuta yetirilməsi üçün kifayət etmir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparmış orqan mötəbər sübutlara istinad etməyərək inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs-nin Azərbaycan Respublikasındakı Filialının qanunla müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlamadan Şəxs-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilmir. Beləliklə, hazırkı iş üzrə “fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi barədə pozuntuya yol verilməsi və işəgötürən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün olmayan hüquqi nəticəyə gəlmiş və Şəxs-nin Azərbaycan Respublikasındakı Filialı barəsində əsassız olaraq “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul etmişdir. Odur ki, Şəxs-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata Şəxs-nin Azərbaycan Respublikasındakı Filialının əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtiva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Məhkəmə qeyd edir ki, iş üzrə tədqiq edilmiş hallar məhkəmədə Şəxs-nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasındakı Filialının inzibati xətanın subyekti olmasına şübhə yaradır. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən isə məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində qərar qəbul edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırki iş üzrə sübutetmə predmetinə daxil olan əsas hallar iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. Hazırki iş üzrə səlahiyyətli orqanın təqdim etdiyi sübutlar şəxsin təqsirliliyi barədə nəticəyə gəlməyə imkan vermir. Yalnız belə sübutların mövcudluğu vəziyyətində isə şəxs barəsində başlanmış icraata xitam verilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs-nin Azərbaycan Respublikasındakı Filialının inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 02 iyul 2024-cü il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs-nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 02 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2630/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2630/2024
05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver