Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2632/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X7 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidməti tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 09 aprel 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlər əsasən Şəxs MMC tərəfindən X43 və digər 26 nəfər işçinin istehsalatd baş verən bədbəxt hadisələr nəticəsində icbari sığortalanmasının təmin edilməsi ilə bağlı DƏMX-nin 04 fevral 2025-ci il tarixli 3-17-5/2-9789/2025 nömrəli göstərişin icrası məcburi göstərişinə əməl edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X22 etiraz ərizəsi təqdim etmiş və etiraz ərazəsinə uyğun izahat verərək bildirmişdir ki, müəssisə barəsində məhkəməyə təqim olunan xx.xx.2025-ci il tarixli, ******* saylı protokol qanunsuz və əsassızdır. Belə ki, protokolda göstərilmişdir ki, xidmətin 04 fevral 2025-ci il tarixli, 3-17-5/2-9789/2025 nömrəli icrası məcburi göstərişinə əməl edilməmişdir. Bu protokolla birlikdə işçilərin siyahısı məhkəməyə təqdim edilmişdir. Halbuki, siyahıda göstərilən işçilərin hamısı 2025-ci ilin aprel ayında müəssisəyə işə qəbul edilmiş və sığortalanması təmin edilmişdir. Protokolun qəbul edilməsinə əsas olan 04 fevral 2025-ci il tarixli, 3-17-5/2-9789/2025 nömrəli göstərişdə “əmək və məşğulluq” altsistemində işçilərlə qüvvədə olan əmək müqaviləsinin olmasına baxmayaraq, həmin işçilərdən bəzilərinin qanunvericiliklə müəyyən olunmuş qaydada istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməsi məqsədilə sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanılmaması hallarının aşkar edildiyi qeyd edilmiş, icbari sığortalanmayan işçilərin icbari sığortalanmasının təmin edilməsi məcburi göstəriş kimi verilmişdir. Bu göstərişdə hansı işçilərin sığortalanmadığı qeyd edilmiş, bu barədə bizə hər hansı məlumat verilməmişdir. Həmin vaxt biz də əmək müfəttişliyi ilə əlaqə saxlayıb hansı işçilərin icbari sığortalanmadığını öyrənməyə çalışsalar da, buna nail ola bilməmişlər. Çünki onların işçilərinin hamısının icbari sığortalanması təmin edilir. Daha sonradan isə xidmət protokol tərtib etmiş və aprel ayında işə qəbul edilərək əmək müqaviləsi bağlanmış işçilərin siyahısını təqdim edərək, həmin işçilərə dair fevral ayından məcburi göstəriş verdiyini və buna tərəfimizdən əməl edilmədiyini qeyd etmişdir. Halbuki, bu işçilərlə bağlı sığortalama öhdəliyi məhz əmək müqaviləsi bağladıqdan sonra yaranır. Bu halda isə 2025-ci ilin fevral ayında verilmiş məcburi göstəriş həmin işçilərlə bağlı ola bilməz. Ümumiyyətlə, 2025-ci ilin fevral ayında verilmiş məcburi göstərişin hansı işçilərə görə olduğu məlum deyildir. Qeyd edilməlidir ki, protokolda məhz xidmətin 04 fevral 2025ci il tarixli məcburi göstərişinə əməl edilmədiyinə görə inzibati xətaya yol verildiyi qeyd edilmiş, bu göstərişin isə siyahıda göstərilən X43 və digər 26 nəfərin icbari sığortalanmasının təmin edilməməsinə görə olduğu qeyd edilmişdir. Artıq qeyd olunduğu kimi həmin işçilərin hamısı 2025-ci ilin aprel ayında işə qəbul edildiyi üçün həmin vaxtda sığortalanma həyata keçirilmişdir, fevral ayında əmək müqaviləsi bağlanılmamış işçilərin icbari sığortalanması da təmin edilə bilməzdi. Həmin şəxslərlə bağlanmış əmək müqavilələri və icbari sığortalanmaya dair sənədlər məhkəməyə təqdim edilir. İnzibati xətalar məcəlləsinin 539.1-1-ci maddəsi Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə inzibati hüquqpozuntusunu nəzərdə tutur. Hazırki halda tərəflərindən hər hansı pozuntuya, o cümlədən bu maddədə göstərilən pozuntuya yol verilməmişdir. Qeyd olunanlara əsasən, təqdim olunan protokol əsassız və qanunsuz olduğu iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin 04 fevral 2025ci il tarixli, 3-17-5/2-9789/2025 nömrəli “Azərbaycan Respublikası Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunması haqqında” Göstərişdən görünür ki, Şəxs MMC-nin 20 gün müddətində istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmayan işçilərin icbari sığortalanmasının təmin edilməsi qərara alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidməti tərəfindən Şəxs MMC-yə ünvanlanmış 10 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunması haqqında 04 fevral 2025-ci il tarixli, 3-17-5/2-9789/2025 nömrəli göstərişin icra olunması və nəticəsi barədə X26 Xidmətinə məlumat verilməsi üçün göndərilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X23 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X14 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X37 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X15 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X28 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X2 həmin tarixdə Şəxs MMCdə işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X3 həmin tarixdə Şəxs MMCdə işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X29 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X43 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X10 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X24 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X4 həmin tarixdə Şəxs MMCdə işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, Tekin Meltem XXX həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X1 həmin tarixdə Şəxs MMCdə işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X8 həmin tarixdə Şəxs MMCdə işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X5 həmin tarixdə Şəxs MMCdə işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X33 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X16 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X30 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X6 həmin tarixdə Şəxs MMCdə işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X17 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X25 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X11 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X38 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, XXX Rza Vahid oğlu həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X9 həmin tarixdə Şəxs MMCdə işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X12 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmişdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə illik QH**********/9 nömrəli əlavədən görünür ki, Şəxs MMC-də işləyən və inzibati xəta haqqında materialda qeyd olunmuş işçilərin sığorta olunması öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidməti tərəfindən qeyd edilən inzibati xəta haqqında protokolu tərtib edərək mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, tam hərtərəfli öyrənmək üçün zəruri tədbirlər görülmədən, qeyri-dəqiq məlumat əsasında protokol tərtib edilmiş, işçinin bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində istehsalatda peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasının təmin edilməsi və təmin edilməməsi barədə səthi araşdırma aparılaraq əsassız şəkildə protokol tərtib edilmişdir Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar Şəxs MMC-nin təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları və digər sübutlarla Şəxs MMC-nin təqsirliliyi təkzib olunur. Belə ki, X26 Xidməti tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə tərtib olunmuş 09 aprel 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokolda GLOBAL İNTERİORS GROUP» MMC tərəfindən X43 və digər 26 nəfər işçinin istehsalatd baş verən bədbəxt hadisələr nəticəsində icbari sığortalanmasının təmin edilməsi ilə bağlı DƏMX-nin 04 fevral 2025-ci il tarixli 3-17-5/2- 9789/2025 nömrəli göstərişin icrası məcburi göstərişinə əməl edilməməsi göstərilsə də, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X23 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X14 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmişdir. xx.xx.2025-ci il əmək müqaviləsinə əsasən X37 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X15 həmin tarixdə Şəxs MMCdə işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X28 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X2 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X3 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X29 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X43 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X10 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X24 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X4 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən Tekin Meltem XXX həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X1 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmiş, xx.xx.2025ci il tarixli əmək müqaviləsinə əsasən X8 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X5 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X33 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X16 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X30 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X6 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X17 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X25 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X11 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X38 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən XXX Rza Vahid oğlu həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən X9 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmiş, xx.xx.2025ci il tarixli əmək müqaviləsinə əsasənX12 həmin tarixdə Şəxs MMC-də işə qəbul edilmişdir. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş orqan tərəfindən 04 fevral 2025-ci il tarixli 3-17-5/2-9789/2025 nömrəli göstərişin icra olunmaması əsası ilə Şəxs MMC barəsində heç bir əsas və uyğunluq olmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla belə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə illik QH**********/9 nömrəli əlavədə Şəxs MMC-də işləyən və inzibati xəta haqqında materialda qeyd olunmuş işçilərin sığorta olunması öz əksini tapmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs MMC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidməti tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 09 aprel 2025-ci il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1- 1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 09 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2632/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2632/2025
06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver