Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2635/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 27 iyun 2024-cü il tarixli, 00700-00132/24 saylı ( EP № 0118845) inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt Gömrük İdarəsi X1 və təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-1800/012/002235 nömrəli raportun icrası zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti (VÖEN:**********) tərəfindən xx.xx.2023-cü il tarixli **********5731 sorğu nömrəli gömrük bəyannaməsi üzrə Sumqayıt Gömrük İdarəsində alqısatqı yolu ilə rəsmiləşdirilərək ixrac edilmiş malların müqabilində Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan 6868.16 (altı min səkkiz yüz altmış səkkiz dollar, on altı sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. DGK X2 Sistemi - hesabat və təhlillər Forma 3.9.2.1 - alqı- satqı və konsiqnasiva üzrə hesabat bölməsi informasiya sisteminə həyata keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Şəxs QSC ilə Türkiyə Respublikasında fəaliyyət göstərən “CHM KİMYA ÜRÜNLƏRİ A.S.” şirkəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli AFF-236-23 nömrəli müqaviləyə istinadən xx.xx.2023-cü il tarixli **********5731 sorğu nömrəli gömrük bəyannaməsi üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 6868.16 (altı min səkkiz yüz altmış səkkiz dollar, on altı sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti müvəkkil bankın hesabına köçürülməmişdir.İş materiallarına əlavə edilmiş Mərkəzi Bankın rəsmi internet səhifəsinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən 1 (bir) ABŞ dollarının Azərbaycan manatına qarşı rəsmi məzənnəsinin 1,70 manat olması müəyyən edilmişdir. 01 (bir) ABŞ dollarının Azərbaycan manatına qarşı məzənnəsinin 1,70 manat olmasını nəzərə alaraq, 6868.16 (altı min səkkiz yüz altmış səkkiz dollar, on altı sent) ABŞ dolları milli valyutaya nisbətdə 11675.87 (on bir min altı yüz yetmiş beş min manat, səksən yeddi qəpik) manat təşkil etdiyi müəyyən edilmişdir. Faktla bağlı araşdırma zamanı, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin gömrük işləri üzrə koordinator X3 izahatını alınmış, X4 öz izahatında bildirmişdir ki, Şəxs QSC ilə Türkiyə Respublikasında fəaliyyət göstərən “CHM KİMYA” ÜRÜNLƏRİ A.Ş.” şirkəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli AFF-236-23 nömrəli müqaviləyə istinadən xx.xx.2023-cü il tarixli **********5731 sorğu nömrəli gömrük bəyannaməsi üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 6868.16 (altı min səkkiz yüz altmış səkkiz dollar, on altı sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti müvəkkil bank hesablarına köçürülməmişdir. Bu fakt xx.xx.2024-cü il tarixli 3-33-1800/012/002235 nömrəli raport, xəbərdarlıq-bildiriş məktubları, DGK VAİS-dən çıxarış-hesabatlar, xx.xx.2023-cü il tarixli **********5731 sorğu nömrəli gömrük bəyannaməsi, xx.xx.2023-cü il tarixli AFF-236-23 nömrəli alqı-satqı müqavilələrlə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Bununla da, Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixdə, Şəxs QSC-nin nümayəndəsi Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, nümayəndənin iştirak etməsi üçün isə heç bir müraciət Sumqayıt Gömrük İdarəsindən onlara daxil olmamışdır. Buna görə də, barələrində tərtib olunmuş protokol qanunsuz və əsasızdır. Bütün bu göstərilən xüsusatlar onu deməyə əsas verir ki, "xxxx" QSC-nin hərəkətlərində inzibati xəta tərkibinin əlamətləri mövcud olmadığından iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs QSC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin hüquqi ünvanlarına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Şəxs QSC-nin yerləşdiyi ünvan 3 ünvanına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi tərəfindən inzibati xəta haqqında icraata başlanılacağı barədə məlumat göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 3-33-1800/012/0002235 saylı raportdan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli Qərarına görə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanuna və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxalixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Belə ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması məsuliyyət yaradır. "xxxx" QSC (VÖEN: **********) tərəfindən xarici valyuta vəsaitlərinin qaytarılmaması ilə əlaqədar müəssisənin ünvanına müvafiq bildiriş və xəbərdarlıq göndərilmişdir. Bununla yanaşı Dövlət Gömrük Komitəsinin X2 sistemində banklarla gömrük orqanları arasında olan elektron hesabat formasından (FORMA 3.9.2.1) alınmış məlumata "xxxx" QSC tərəfindən rəsmiləşdirilən **********5731 sorğu nömrəli gömrük bəyannaməsi üzrə (GB) 6868,16 ABŞ dolları məbləğində olan vəsait sözügedən hesabatda bu günədək öz əksini tapmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi konsiqnasiya yolu ilə ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərin müqabilində 6868.16 ABŞ dolları məbləğində qalıq vasaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsininin təmin edilməməsinin QSC-dən asılı olmayan səbəblərdən baş verməsinə dair dəlil təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Eyni zamanda, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunur ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs QSC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs QSC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın bilavasitə obyekti olmuş xarici valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 6868,16 ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 faizi – 2060,448 ABŞ dolları məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2635/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2635/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver