Məhkəmə qərarları › İş №3(006)-264/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-264/2021

08.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-264/2021 08.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, X1 “xxxx" MMC-nin icraçı direktoru X3 barəsində İXM-nin 211.1-ci maddəsi ilə, MMC-nin əməkdaşları Novruz Şərifzadə, Çingiz Abdullayev, Vüsal Məmmədov, Şaiq Əfəndiyev və Samir Abdullayev barələrində İXM-nin 211.2-ci maddəsi ilə və MMC-nin əməkdaşları X5, X6 və X4 barəsində xx.xx.2020-ci il tarixdə İXM-nin 211.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolların ləğv edilməsi barədə şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx" MMC-nin icraçı direktoru X3 barəsində İXM-nin 211.1-ci maddəsi ilə, MMC-nin əməkdaşları Novruz Şərifzadə, Çingiz Abdullayev, Vüsal Məmmədov, Şaiq Əfəndiyev və Samir Abdullayev barələrində İXM-nin 211.2-ci maddəsi ilə və MMC-nin əməkdaşları X5, X6 və X4 barəsində xx.xx.2020-ci il tarixdə İXM-nin 211.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə daxil olmuş şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edirəm ki, şikayətə baxılması qeyri mümkündür və ona görə də, geri qaytarılmalıdır. Belə ki, hazırki şikayət inzibati xəta haqqında iş üzrə qərardan deyil, inzibati xəta haqqında protokollardan verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində isə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqana (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Lakin indiki halda şikayətdə inzibati xəta haqqında protokolların ləğv edilməsi xahiş edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edirəm ki, inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nın 128-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 “xxxx" MMC-nin icraçı direktoru X3 barəsində İXM-nin 211.1-ci maddəsi ilə, MMCnin əməkdaşları Novruz Şərifzadə, Çingiz Abdullayev, Vüsal Məmmədov, Şaiq Əfəndiyev və Samir Abdullayev barələrində İXM-nin 211.2-ci maddəsi ilə və MMC-nin əməkdaşları X5, X6 və X4 barəsində xx.xx.2020-ci il tarixdə İXM-nin 211.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokollardan verdiyi şikayəti geri qaytarılsın. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar