Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-264/2025 13.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu Bakı Metropolitenində Polis İdarəsinin tərtib etmiş şəxs: İctimai təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru X2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Zərər çəkmiş şəxsin Qanuni nümayəndə qanuni nümayəndəsi: Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1995-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, Quba şəhəri, Fətəli Xan küçəsi, ev 117-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 13 yanvar 2025-ci il tarixdə, saat 09:10 radələrində metronun “28 May” stansiyasında Zərərçəkmiş şəxs qarşı xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı Metropolitenində Polis İdarəsinin İctimai təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru X3 izahatında göstərdi ki, polis əməkdaşları 13 yanvar 2025-ci il tarixdə, saat 09:10 radələrində metronun “28 May” stansiyasının platformasında xidmətdə olarkən bir qadın səs-küy saldığı üçün ona yaxınlaşmış, həmin qadın sonradan adı onlara məlum olan Şəxs ona qarşı qeyri-etik hərəkətlər etdiyini bildirmişdir. Buna görə də bu şəxs bölməyə gətirilmişdir. Onun əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlaməti olduğundan barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 13 yanvar 2025-ci il tarixdə metronun “İnşaatçılar” stansiyasından üzü Həzi Aslanov” stansiyası tərəfə gedən qatarda olan zaman arxasında dayanan tanımadığı şəxs əli ilə bir neçə dəfə onun arxa yan hissəsinə toxunmuşdur. O, ilk öncə bunun təsadüfən olduğunu zənn etmiş, bu zaman qatarda çox da sıxlıq olmamış, həmin şəxsin ondan bir az kənarda dayana bilməyi üçün yer də olmuşdur. Lakin bu şəxs öz qeyri-etik hərəkətlərinə davam etdiyindən o, buna iradını bildirmişdir. Həmin şəxs metronun “28 May” stansiyasında qatardan düşəndə o, yüksək səslə qışqırdığı üçün polis əməkdaşları ona yaxınlaşmışdır. O da hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məsələnin həllini məhkəmənin mülahizəsinə təqdim etdi. Məhkəmədə Bakı Metropolitenində Polis şöbəsinin manqa komandiri Şahid qismində izahatında bildirdi ki, o, 13 yanvar 2025-ci il tarixdə xidmətdə olan zaman metronun “28 May” stansiyasının platformasında bir qadın səs-küy saldığı üçün ona yaxınlaşmışlar. Həmin qadın bir nəfər şəxsin ona qarşı qeyri-etik hərəkətlər etdiyini bildirmişdir. Faktla bağlı həmin şəxs bölməyə gətirilmiş və onun şəxsiyyəti müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və s. halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda iş materiallarından aydın olur ki, Şəxs azadlığı 13 yanvar 2025-ci il tarixdən, saat 09:10-dan məhdudlaşdırılmışdır. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək ona 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 13 yanvar 2025-ci il tarixdə, saat 09:10-dan hesablansın. Qərarın icrası Bakı Metropolitenində Polis İdarəsinin İctimai təhlükəsizlik bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-264/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-264/2025
13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver