Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2646/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1963-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin baş təhqiqatçısı X3 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* (00100-01174/24) nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Bas Gömrük İdarəsinin Skanlaşdırma şöbəsindən daxil olmuş olmuş 3-33-1100/014/005997 saylı, xx.xx.2024-cü il tarixli raporta əsasən xx.xx.2024-cü il tarixdə saat 09:35 radələrində Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun 3-cü anbarında İran İslam Respublikasından ayrıayrı şəxslərə məxsus yükləri daşıyan 42BL556/42ZA456 dövlət qeydiyyat nişanlı yük avtomobilinə “Hİ-SCAN 180180-2is pro” markalı rentgen qurğusu tətbiq etməklə Skanlaşdırma Şöbəsinin əməkdaşları İbrahimov Vüsal və Hüseynov Natiq tərəfindən aparılan yoxlama zamanı rentgen qurğusunun monitorunda dördkünc formalı 2 ədəd karton qutuda şübhəli cizgilər göründüyündən həmin qutulara fiziki yoxlama aparılması qərarı verilmiş və nəticədə avtomobilin yük hissəsində X1 adına **********7804 sorğu nömrəli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində 3 yer ətir bəyan olunduğu halda, həmin qutulardan 2-nin içərisində gömrük orqanına bəyan edilməyən ümumilikdə 1498 ədəd (çəkisi 7.650 kq) gümüşə bənzər üzlüklər aşkar edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2024-cü il tarixdə daxil olmuş, xx.xx.2024-cü il tarixli, № 3-16-16/2-6/1596-9/2206 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş adda əşyaların ümumilikdə xx.xx.2024-cü il tarixə orta bazar qiyməti 1420.20 qram kütləli, üzərində müxtəlif rəngli və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli, 925 əyarlı gümüşdən hazırlanmış 280 ədəd üzük - 7121 manat; 5981.28 qram kütiəli, üzərində müxtəlif rəngli və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1218 ədəd üzük təxminən 4872.00 manat müəyyən edilir. Nəticə etibarilə təqdim edilmiş 2 adda əşyaların ümumilikdə orta bazar qiyməti 11993.00 manat müəvvən edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2024-cü il tarixdə daxil olmuş, xx.xx.2024-cü il tarixli, № 3-16-16/2-4/481-5/395 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş "xxxx" MMC ilə X2 arasında bağlanılmış SAİ/2024 nömrəli xx.xx.2024-cü il tarixli müqavilənin reproqrafik surətində “Sifarişçi” qrafasındakı imza tədqiqi hissədə qöstərliən səbəbə görə tədqiqat üçün yararsız olduğundan Azərbaycan Respublikası CPM-nin 97.4.2-ci və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddələrinə əsasən bildirirlər ki, həmin imzanın X2 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəv vermək mümkün deyildir. Caspian Broker” MMC ilə X2 arasında bağlanılmış SAİ/2024 nömrəli xx.xx.2024-cü il tarixli müqavilənin reproqrafik surətinin 4-cü səhifəsində olan “X2”nun qrafasındakı imzanın təsviri yerləşdiyi - hissəyə montai edilmişdir. Aparılan araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinin tərkib əlamətləri olduğu müəyyən edilmişdir. Belə ki, Şəxs tərəfindən 11993,00 (on bir min doqquz yüz doxsan üç) manat məbləğində mallar gömrük orqanına bəyan edilməmiş, bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib olunmuş protokola etiraz edərək bildirmişdir ki, ekspert tərəfindən bijuteriyaların 4 manat qiymətləndirilməsi ilə razı deyildir. Belə ki, o, həmin bijuteriyaları 0,50 qəpiyə almış, ölkədə isə 2 manata satır. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə protokolu tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, № 3-16-16/2-6/1596-9/2206 nömrəli ekspert rəyindən görünür ki, tədqiqatına təqdim edilmiş 1420.20 qram kütləli, üzərlərində müxtəlif rəngli və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli, 280 ədəd üzüyün 925 əyarlı gümüşdən hazırlanmışdır. Üzüklərin üzərində olan qaşlar qiymətli qaşlara aid deyil, tərkibləri silisium, xrom və digət metal oksidlərinə uyğundur; 5981.28 qram kütləli, üzərlərində müxtəlif rəngli və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1218 ədəd üzüyün hər biri qiymətsiz metal ərintisindən (mis, sink, alüminium və.s) hazırlanmışdır. Üzüklərin üzərində olan qaşlar qiymətli qaşlara aid deyildir, tərkibləri silisium, xrom və digət metal oksidlərinə uyğundur. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə görə ekspertiza tədqiqatına təqdim edilən əşyaların əyarı, modeli və digər göstəriciləri nəzərə alınmaqla 05 mart 2024-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir: - 1424.20 qam kitləli, üzərlərində müxtəlif rəngli və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli, 925 əyarlı gümüşdən hazırlanmış 280 ədəd üzük - 7121,00 (1424.20 qram x 5,0 manat) manaf, -5981.28 qram kütsii, üzərlərində müxtəlif rəngli və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1218 ədəd üzük - 4872.00 (1218 ədəd x 4,0 manat) manat. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi məbləğində cərimə edilməsi növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların gömrük dəyəri - 11993,00 (on bir min doqquz yüz doxsan üç) manat məbləğinin qırx faizi məbləğində, yəni 4797,20 (dörd min yeddi yüz doxsan yeddi manat, iyirmi qəpik) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2646/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2646/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver