Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2648/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızı “KOLİN İNŞAAT TURİZM SANAYİ VE TİCARET ANONİM ŞİRKETİNİN” Azərbaycan Respublikasındakı Nümayəndəli, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və “6-Cİ MƏRTƏBƏ MÜSTƏQİL ŞİRKƏTİ” tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİM: “KOLİN İNŞAAT TURİZM SANAYİ VE TİCARET ANONİM ŞİRKETİNİN” Azərbaycan Respublikasındakı Nümayəndəli, "xxxx" Şirlkətinin Azərbaycan Respublikasındakı Filialı və “6-Cİ MƏRTƏBƏ MÜSTƏQİL ŞİRKƏTİ” tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə protokollar baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialı araşdırıb belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin 02 iyul 2024-cü il tarixli, 3-17-5/2-42152-2024 saylı müşahidə məktubunda görünür ki, üç hüquqi şəxs barəsində tərtib edilmiş protokollar bir iş üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmiş və 3(006)-2648/2024 saylı adı altında inzibati iş açılmışdır. Lakin, üç hüquqi şəxs barəsində tərtib edilmiş protokollara ayrı-ayrılıqda müşahidə məktubu yazılmaqla, ayrı-ayrı inzibati iş açılmalıdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, üç hüquqi şəxs barəsində tərtib edilmiş protokollara bir iş üzrə baxılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəlişəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-cü maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: “KOLİN İNŞAAT TURİZM SANAYİ VE TİCARET ANONİM ŞİRKETİNİN” Azərbaycan Respublikasındakı Nümayəndəli, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı və “6-Cİ MƏRTƏBƏ MÜSTƏQİL ŞİRKƏTİ” tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətindən daxil olmuş inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2648/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2648/2024
12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver