Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2651/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024cü il tarixdə saat 06:40-da “VAZ 21061 minik” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 546 nömrəli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 07:04-də DİN-in 102 çağrı mərkəzindən daxil olmuş məlumata əsasən TŞ3-009 operator Səmədova Nəsimi rayonu, 28 May küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsində “TOYOTA PRİUS” markalı **-BZ- *** dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ 21061 minik” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsindı qarşı tərəfin xəsarət almasını bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 08:07-də Travmatologiya İnstutundan tibb bacısı Məmmədova, xx.xx.2001-ci il təvəllüdlü, X1 diz oynağının əzilməsi xəsarəti almasını bildirmişdir. İş materiallarına əsasən izahatı alınmış Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 06:40 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ 21061 minik” markalı **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrostansiyası istiqamətindən üzü Nizami kinoteatrı istiqamətinə 28 May küçəsi ilə 4 zolaqlı yolun soldan 2-ci zolağı ilə təxminən 60 km/saat sürətlə hərəkət edirdi. 28 May küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsində fikirli olduğuna görə işıqforun hərəkəti qadağan edən qırmızı işığında yol ayırıcına daxil olmuşdur və soldan hərəkət edən sonradan ona məlum olan “TOYOTA PRİUS” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 idarə etdiyi avtomobil ilə toqquşmuşdur. “TOYOTA PRİUS” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında olan səkiyə dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində olan “TOYOTA PRİUS” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 və həmin avtomobildə sərnişin qismində əyləşmiş X4 qızı xəsarət aldıqları üçün TYY çağırılmışdır və həkimlər gələrək X4 qızına tibbi yardım göstərib hadisə yerindən evə buraxılmışdır və X3 isə xəstəxanaya aparılmışdır. İş materiallarına əsasən izahatı alınmış zərər çəkmiş şəxs X3 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 06:40 radələrində etibarnamə ilə idarə “TOYOTA PRİUS” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Sahil metrostansiyası istiqamətindən üzü Mərkəzi Bank istiqamətinə R. Behbudov küçəsi ilə 4 zolaqlı yolun soldan 1-ci zolağı ilə işıqforun hərəkətə icazə verən yaşıl işığında təxminən təxminən 40 km/saat sürətlə hərəkət edərək 28 May küçəsi ilə R.Behbudov küçəsinin kəsişməsində yol ayırıcına daxil olmuşdur və bu zaman sağdan hərəkət edən sonradan ona məlum olan “VAZ 21061 minik” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs idarə etdiyi avtomobil ilə işıqforun qırmızı işığında yol ayırıcına daxil olduğuna görə toqquşmuşdur və idarəetməni itirərək yol kənarında olan səkiyə dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində o və həmin avtomobildə sərnişin qismində əyləşmiş X4 qızı xəsarət aldıqları üçün TYY çağırılmışdır və həkimlər gələrək X4 qızına tibbi yardım göstərib hadisə yerindən evə buraxılmışdır və o isə xəstəxanaya aparılmışdır. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 xx.xx.2024-cü il tarixli, 692 nömrəli rəyindən görünür ki, 2001-ci il təvəllüdlü X2 bədənində aşkar edilmiş xəsarət – sol diz oynağı nahiyəsimnin həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan qançırşişkinliyi bərk küt əşyanın təsirindən müayinədən 1-2 gün əvvələ əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 xx.xx.2024-cü il tarixli, 704 nömrəli rəyindən görünür ki, X4 qızı xx.xx.2024-cü il tarixdə müraciət etmiş və ona alın nahisənin səyərlmış yarası diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlmişdir və qərarda göstərilən şəraitdə əmələ gələ bilməsi istisna olunmur və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ-si vasitəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55, 105, 114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2651/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2651/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver