Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2652/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən İXP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:30-da idarə etdiyi “OPEL ASTRA minik” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 20:30 radələrində özünə məxsus idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “OPEL ASTRA minik” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə 28 May küçələrinin kəsişməsində işıqforun qadağan edici qırmızı işığında dayanıb gözləmiş və yaşıl işığa keçməsini zənn edib hərəkətə başlayaraq yolayırıcını düzünə keçərkən sol tərəfdən 28 May küçəsi ilə düzünə hərəkətdə olan sonradan marka və nişanını gördüyü “TOYOTA COROLLA FİELDER” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ hissəsindən idarə etdiyi avtomaşının ön hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində avtomobillərə maddi ziyan dəymiş, ehtiyatsızlıq nəticəsində baş vermişdir. O yol ayırıcında gözlədikdən sonra hərəkətə başlayıb yolayırıcına daxil olarkən avtomobilin hərəkət sürəti təxminən 40 km/saat olardı. Hadisə yolayırıcında qəfildən baş verdiyi üçün əyləcdən yalnız toqquşma anında istifadə edə bilmişdir. Məsafə az olduğu üçün toqquşma qaçılmaz olmuşdur. Dəymiş maddi ziyanı sığorta şirkəti öz üzərinə götürmüşdür. Barəsində yüngül inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Nəsimi RPİ-nin növbətçi hissəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 536 nömrəli raportdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:33-də DİN-in 102 xidmətindən daxil olmuş məlumata əsasən, Azadlıq prospekti ilə 28 May küçəsi kəsişməsi “OPEL ASTRA minik” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə “TOYOTA COROLLA FİELDER” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması bildirdi. 1 saylı KTM-dən daxil olmuş məlumata əsasən, xx.xx.1961-ci il təvəllüdlü Kotsuya Watanabe baən və boynun küt travması, xx.xx.1963-ci il təvəllüdlü, Tokako Watanabe başın və boyunun küt travması ilə müayinə olunması bildirilmişdir. İş materiallarına əsasən izahatı alınmış Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 20:30 radələrində özünə məxsus idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “OPEL ASTRA minik” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə 28 May küçələrinin kəsişməsində svetaforun qadağan edici qırmızı işığında dayanıb gözləmiş və yaşıl işığa keçməsini zənn edib hərəkətə başlayaraq yolayırıcını düzünə keçərkən sol tərəfdən 28 May küçəsi ilə düzünə hərəkətdə olan sonradan marka və nişanını gördüyü “TOYOTA COROLLA FİELDER” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ hissəsindən idarə etdiyi avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində avtomobillərə maddi ziyan dəymişdir. O heç bir xəsarət almamışdır. Lakin idarə etdiyi “TOYOTA COROLLA FİELDER” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan iki nəfər Yaponiya vətəndaşları yüngül xəsarət aldıqları üçün hadisə yerinə təcili tibbi yardım çağırılmışdır. Təcili tibbi yardım həkimlərinin ilkin tibbi yardımı ilə 1 saylı KTM-nə aparılmışdır. O da xəstəxanaya sonradan gedərək onların səhhəti ilə maraqlanmışdır. Hadisə ehtiyatsızlıq nəticəsində baş vermişdir. O yol ayırıcında gözlədikdən sonra hərəkətə başlayıb yolayırıcına daxil olarkən avtomobilin hərəkət sürəti təxminən 40 km/saat olardı. Hadisə yolayırıcında qəfildən baş verdiyi üçün əyləcədn yalnız toqquşma anında istifadə edə bilmişdir. Məsafə az olduğu üçün toqquşma qaçılmaz olmuşdur. Dəymiş maddi ziyanı sığorta şirkəti öz üzərinə götürmüşdür. İş materiallarına əsasən izahatı alınmış X1 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 20:00 radələrində “Bolt” mobil tətbiqindən ünvan 1 ünvanından Xan Şuşinski küçəsində yerləşən X7 kompleksinə iki nəfər müştəri sifarişi qəbul etmişdir. Həmin ünvana gəlib Yapon vətəndaşları olan bir qadən və bir kişi müştəriləri götürüb təyinat yerinə aparırdı. Hər iki sərnişin arxa oturacada əyləşmişdilər. O özünə məxsus idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “TOYOTA COROLLA FİELDER” markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, 28 May küçəsi ilə üzü R.Behbudov istiqamətində hərəkət edirdi. Həmin vaxt 28 May küçəsi ilə Azadlıq prospektinin kəsişməsinə çatdıqda yol kəsişməsində quraşdırılan svetaforun yaşıl işığı yanıb söndüyü anda o hərəkətinə davam edib yolayırıcını keçərkən sağ tərəfdən Azadlıq prospekti ilə sürətlə hərəkətdə olan sonradan marka və nişanını gördüyü “OPEL ASTRA minik” markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü gəldiyi sürətlə yolayırıcının orta hissəsində avtomobilin ön hissəsi onun idarə etdiyi avtomobilin sağ hissəsindən toqquşmuşdur. Zərbənin təsirindən avtomobildə olan hər iki Yaponiya vətəndaşları yüngül xəsarət almışdılar. O heç bir xəsarət almamışdır. Hadisə barədə 102 xidmətinə məlumat verilmişdir və daha sonra hadisə yerinə təcili tibbi yardım çağırılmışdır. Təcili tibbi yardım həkimləri Yaponiya vətəndaşlarına ilkin yardım edərək onları müayinə olunmalarından ötrü xəstəxanaya aparmışdılar. Hadisə “OPEL ASTRA minik” markalı avtomobilin sürücüsünün ehtiyyatsızlığından baş vermişdir. Dəymiş maddi ziyanı sığorta şirkəti öz üzərinə götürmüşdür. Onun hadisə ilə bağlı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əsasən Yaponiya Respublikasının vətəndaşı X2 səfirliyinin əməkdaşı tərcüməçi qismində dəvət olunmuş Vəkilova Natəvan Bahadur qızının iştirakı ilə izahat verərək bildirmişdir ki, o Yaponiyanın Azərbaycandakı səfirliyinin əməkdaşı və səfir köməkçisi işləyir. O, həyat yoldaşı Katsuya Watanabenin izahatında qeyd etdiklərini tam təsdiq edir və əlavə olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə həyat yoldaşı Katsuya Watanabe ilə birlikdə taksi avtomaşınında olarkən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində baş, boyun və bədəninin müxtəlif nahiyələrindən xəsarət almışdır. Həkim müayinələrindən sonra müalicəsi davam edir. Hazırda səhhəti yaxşıdır. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 xx.xx.2024-cü il tarixli, 686 nömrəli rəyindən görünür ki, Takako Watanabenin bədənində aşkar edilmiş xəsarət- boyun nahiyəsinin qançır və şişkinlik ilə əlaqədar hərəkət funksiyasının ağrı hesabına nisbi məhdudluğu bərk küt əşyanın təsirindən müayinədən 2-3 gün əvvəl əmələ gəlmişdir, onun tibbi yardım üçün müraciət etdiyi və qərarın təsviri hissəsinə göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərd və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Takako Watanabenin bədənində aşkar edilmiş xəsarətin xarakterinə və lokalizasiyana əsasən demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 xx.xx.2024-cü il tarixli, 745 nömrəli rəyindən görünür ki, Katsuya Watanabenin adına X3 tərtib olunmuş 2844 saylı tibbi arayışdan görünür ki, Katsuya Watanabenin xx.xx.2024-cü il tarixdə müraciət edərkən ona başın və boynun səthi travması diaqnozu qoyulması qeyd olunmuşdur. Qeyd olunan xəsarət küt əşyanın təsirindən, onun tibbi yardım üçün X6 müraciət etdiyi xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə toplanmış materialın Nəsimi RPİ-nin DYPŞ-si vasitəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işin hallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən o, Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, həmçinin belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55, 105, 114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-2652/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2652/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver