Məhkəmə qərarları › İş №3(006)-2664/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2664/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2664/2024 16.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X8 İnzibati xəta haqqında X12 Xidmətinin protokolu tərtib etmiş: nümayəndəsi X10 Barəsində inzibati xəta Şəxs MMC-nin nümayəndəsi haqqında iş üzrə icraat Nümayəndə2 aparılan: iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 73; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi üzrə tərtib olunmuş 03 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC tərəfindən işğaldan azad olunmuş ərazilərə iş icazəsi aldığı şəxslər X2 və X15 2024-cü ilin iyun ayının 04-dən avqust ayının 01-dək, X5 isə 2024-cü ilin iyun ayının 26-dan avqust ayının 01-dək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X16 izahatında göstərdi ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında müəyyən olunmuşdur ki, Şəxs MMC işğaldan azad olunmuş ərazilərə iş icazəsi aldığı şəxslər X2 və X15 2024-cü ilin iyun ayının 04-dən avqust ayının 01-dək, X5 isə 2024-cü ilin iyun ayının 26-dan avqust ayının 01-dək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunmuşdur. Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş siyahıda həmin işçilərin yalnız iş icazələrinin başlama və bitmə vaxtları qeyd olunmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, şirkət işğaldan azad edilmiş Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar LOT-5-23, 24, 25, 26, 27, 28 və 29 nömrəli yaşayış binalarının tikinti işlərinin satınalınması üzrə keçirilmiş açıq tenderdə iştirak etmiş və qalib elan olunmuşdur. Həmin ərazilərdə tikinti işləri ilə məşğul olması üçün işçilər işə götürülmüşdür. Bu işçilərdən X5 xx.xx.2024cü il tarixdən “rəngsaz”, X15 xx.xx.2024-cü il tarixdən və X2 xx.xx.2024-cü il tarixdən “fəhlə” vəzifəsində çalışmışlar. Adıçəkilən və digər işçilərlə bağlı işğaldan azad edilmiş ərazilərə buraxılmasından ötrü icazələrin alınması və həmin icazələrin ləğvinə dair olan məsələləri Azərbaycan Respublikasının Mənzil X9 tabeliyində "xxxx" MMC-nin həll etdiyi üçün bununla bağlı şirkət tərəfindən həmin quruma elektron qaydada müvafiq sorğular göndərilmişdir. X5 ilə əmək münasibətlərinə xx.xx.2024-cü il tarixdə, X2 və X15 ilə xx.xx.2024-cü il tarixdən xitam verilmiş və həmin şəxslərə işğaldan azad edilmiş ərazilərə buraxılmasından ötrü verilmiş icazələrin ləğvi ilə bağlı da vaxtında Azərbaycan Respublikasının Mənzil X9 tabeliyində "xxxx" MMC-yə müraciət olunmuşdur. Göründüyü kimi, X2 və X15 2024-cü ilin iyun ayının 04-dən avqust ayının 01-dək, X5 isə 2024-cü ilin iyun ayının 26-dan avqust ayının 01-dək şirkətdə heç bir işə cəlb edilməmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: • “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” əmək müqaviləsi bildirişlərindən görünür ki: • X5 xx.xx.2024-cü il tarixdən Şəxs MMC ilə bağlanmış əmək müqaviləsi əsasında həmin MMC-də “rəngsaz” vəzifəsində çalışmış, onun əmək münasibətlərinə xx.xx.2024-cü il tarixdə; • X15 xx.xx.2024-cü il tarixdən Şəxs MMC ilə bağlanmış əmək müqaviləsi əsasında həmin MMC-də “fəhlə” vəzifəsində çalışmış, onun əmək münasibətlərinə xx.xx.2024-cü il tarixdə; • X2 xx.xx.2024-cü il tarixdən Şəxs MMC ilə bağlanmış əmək müqaviləsi əsasında həmin MMC-də “fəhlə” vəzifəsində çalışmış, onun əmək münasibətlərinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 3(006)-2664/2024 saylı qərarına əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib edilmiş 03 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir; • Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-2220/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, eyni inzibati xətanın törədilməsi ilə bağlı vəzifəli şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Hüquq İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərar hüquqi şəxs tərəfindən mübahisələndirilməyərək müvafiq inzibati xətaya görə təyin edilmiş inzibati cərimə üzrə ödənişlər edilmişdir. Şəxs MMC-nin nümayəndəsi isə qeyd edilən faktı təsdiq edib bunun iştirak etmək istədikləri tenderlə bağlı olduğunu bildirmişdir. Məhkəmə hazırkı halda eyni inzibati xətanın törədilməsi ilə bağlı vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb edildiyi halda hüquqi şəxsin həmin xəta üzrə təqsirinin olmaması ilə bağlı gəlinən nəticə arasında uyğunsuzluq olduğu qənaətinə gəlmiş və belə olduğu təqdirdə birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iş üzrə tam, hərtərəfli və müqayisəli araşdırmanın aparılması, Şəxs MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edilməsinə dair materialın tələb edilərək öyrənilməsi, həmin materialda hüquqi şəxs tərəfindən inzibati xəta haqqında protokolda qeyd edilən işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilib-edilməməsi, hüquqi şəxsin təqsirli hesab edilibedilməməsinə dəlalət edə biləcək dəlillərinin olub-olmamasının yoxlanılması məqsədilə inzibati xəta haqqında materialın baxılmaq üçün birinci instansiya məhkəməsinə qaytarılmasını zəruri hesab etmişdir; • Məhkəmə tərəfindən verilmiş 05 dekabr 2024-cü il tarixli sorğuya cavab olaraq Azərbaycan Respublikası Mənzil X9 16 dekabr 2024-cü il tarixli, 11- 6-8/2-1727/2024 saylı məktubda qeyd olunur ki, "xxxx" MMC-yə Cəbrayıl şəhəri ərazisində ayrılmış 7,87 ha torpaq sahəsində 33 binadan ibarət çoxmənzilli yaşayış kompleksinin tikintisi davam etməkdədir. Yaşayış kompleksinə daxil olan binaların tikintisi məqsədilə Lot 5 üzrə keçirilən tenderin qalibi Şəxs MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023 tarixli, MİDA/2023/018 nömrəli müqavilə ilə baş plan üzrə 23, 24, 25, 26, 27, 28 və 29 nömrəli 7 yaşayış binasının tikintisi Şəxs MMC tərəfindən aparılmaqdadır. “Hovers Group" MMC tərəfindən əmək müqavilələri təqdim edilərək tikinti işləri ilə məşğul olmaq üçün işğaldan azad olunmuş ərazilərə buraxılış icazəsi tələb olunan 03 nəfər işçisinin: X4 (rəngsaz), X1 (fəhlə) və X11 (fəhlə) “İşğaldan azad olunmuş ərazilərə buraxılış” informasiya sistemindən icazələri və onlara verilən xitamlarla bağlı məlumatlar mövcuddur. Bu icazələr 02 ay müddətində qüvvədə olur və icazə müddətinin uzadılması ilə bağlı podratçı təşkilat tərəfindən təkrar müraciətlər əsasında yenilənir. Belə ki, “İşğaldan azad olunmuş ərazilərə buraxılış” informasiya sistemindən çıxarışdan aydın olur ki, Şəxs MMC tərəfindən işçilər X5, X3 və X15 barəsində xx.xx.2024-cü il tarixdə iş icazəsi ilə bağlı müraciətlər olunmuş, icazənin başlama vaxtı xx.xx.2024-cü il tarix, X3 və X15 barəsində icazənin bitmə vaxtı xx.xx.2024-cü il tarix, X5 barəsində icazənin bitmə vaxtı xx.xx.2024-cü il tarix qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixdə X3 və X15 ilə, xx.xx.2024-cü il tarixdə isə X5 ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs MMC işğaldan azad edilmiş Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar LOT-5-23, 24, 25, 26, 27, 28 və 29 nömrəli yaşayış binalarının tikinti işlərinin satınalınması üzrə Azərbaycan Respublikası Mənzil X14 tərəfindən keçirilmiş açıq tenderdə iştirak etmiş və qalib elan olunmuşdur. Şəxs MMC-də X5 xx.xx.2024-cü il tarixdən “rəngsaz”, X15 xx.xx.2024-cü il tarixdən və X2 xx.xx.2024-cü il tarixdən “fəhlə” vəzifəsində çalışmış və onlar barəsində işğaldan azad edilmiş ərazilərə buraxılmasından ötrü icazələrin alınması və həmin icazələrin ləğvinə dair olan məsələlər Azərbaycan Respublikasının Mənzil X9 tabeliyində "xxxx" MMC tərəfindən həll edilmişdir. X5 ilə əmək münasibətlərinə xx.xx.2024-cü il tarixdə, X2 və X15 ilə xx.xx.2024-cü il tarixdən xitam verildiyi üçün də bu şəxslərə işğaldan azad edilmiş ərazilərə buraxılmasından ötrü verilmiş icazələrin ləğvi ilə bağlı Şəxs MMC tərəfindən vaxtında Azərbaycan Respublikasının Mənzil X9 tabeliyində "xxxx" MMC-yə müraciət olunmuşdur. Göründüyü kimi, X2 və X15 2024-cü ilin iyun ayının 04-dən avqust ayının 01-dək, X5 isə 2024-cü ilin iyun ayının 26-dan avqust ayının 01-dək şirkətdə heç bir işə cəlb edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: - Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur (3cü maddə); - Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir (53.2ci maddə); - Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır (114.2.1-ci maddə). Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin baş verməsi hər hansı mötəbər dəlillərlə öz təsdiqini tapmadığından Şəxs MMC barəsində başlanılmız iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 114-117-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar