Məhkəmə qərarları › İş №3(006)-2676/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2676/2022

18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2676/2022 18.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, X1 Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ 10429297 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X1 Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ 10429297 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi K.F.Məmmədov məhkəməyə vəsatət ünvanlayaraq bildirmişdir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3- cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd etmişdir ki, onun rəsmi qeydiyyatı Xətai Rayon ərazisinə aiddir. Göstərilənləri nəzərə alaraq onun tərəfindən Bakı şəhəri BPİ-nin DYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ10429297 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə mahiyyəti üzrə baxılması xx.xx.2022-ci il tarixə, saat 12:00-a onun iştirakı olmadan keçirərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində və həmin Məcəllənin 110.1-ci maddəsində istinad edərək Bakı şəhəri BPİ-nin DYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ 10429297 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə baxılması üçün onun rəsmi qeydiyyatda olduğu inzibati ərazinin məhkəməsinə, yəni, Xətai Rayon məhkəməsinə göndərilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş “myGov” veb portalından çıxarışdan görünür ki, K.F.Məmmədovun yaşayış yeri Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 64, mənzil 82-dir. Məhkəmə K.F.Məmmədovun Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ 10429297 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati xəta haqqında aidiyyəti üzrə baxılması üçün Bakı Şəhər Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Bakı şəhər BPİ-nin DYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ 10429297 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar