Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-268/2021 11.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin sahə inspektoru X1, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs oğlunun və onun vəkili X4 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs oğlu barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri üzrə tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs oğlu xx xxxxxx 2021-ci il tarixdə, saat 23:40 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Qış parkı” deyilən ərazidəki “50 Qəpik” adlı restoranda karantin rejimini pozmuş və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin sahə inspektoru X3 izahat verərək göstərdi ki, 2021-ci il yanvarın 09-dan 10-dək olan müddət ərzində 51 saylı marşrutda iş yoldaşları ilə birlikdə xidmətdə olarkən saat 23:40 radələrində “Qış parkı” deyilən ərazidəki “50 Qəpik” adlı restoranda 09 nəfər müştəriyə yerində ximət göstərilməsi faktı aşkar edilmişdir. Restoranın işçilərinə yaxınlaşaraq bu halın karantin qaydalarının pozulmasına yol verdiyi bildirilsə də, özünü oranın adminstratoru olaraq təqdim edən Cavidan adlı şəxs müdriyyətin göstərişi əsasında xidmət göstərdiklərini söyləmişdir. Bununla bağlı həmin restoranın qarşısında tibbi maskadan istifadə etməyərək sosial məsafəni gözləmədən sıx toplaşıb qida qəbul edən 09 nəfər polis bölməsinə dəvət olunaraq barələrində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla yanaşı, Cavidan adlı şəxsə xx.xx.2021-ci il tarixdə karantin qaydalarını pozduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi bildirilərək polis bölməsinə dəvət olunsa da, sonuncu polisin qanuni tələbinə tabe olmaqdan imtina etmişdir. Eyni zamanda Cavidan və onun iş yoldaşı xx.xx.2021-ci il tarixdə karantin rejiminin tələblərini pozduqlarına görə bölməyə dəvət olunduqlarında ictimai yerdə açıqca hörmətsizlik nümayiş etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışlar. Polis bölməsinə gətirildikdən sonra bu şəxslərin xx.xx.1993-cü il təvəllüdlü Şəxs oğlu və xx.xx.1986-cı il təvəllüdlü X2 məlum olmuşdur və onların barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahat verərək göstərdi ki, o, “Qış parkı” deyilən ərazidəki “50 Qəpik” adlı restoranda kuryer vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə restoranda iş yoldaşı Renatla birlikdə müştərilərin sifarişləri əsasında çatdırılma xidmətini həyata keçirən zaman polis əməkdaşları küçədəki müştərilərə və onlara yaxınlaşıb karantin qaydalarını pozduqlarını bildirərək polis əməkdaşları onları barələrində inzibati xəta haqqında protokol tərtib olunması məqsədilə bölməyə dəvət etmişdir. O isə polisə müqavimət göstərməmiş və onlarla birlikdə polis maşınına əyləşmişdir. Sonradan Renatla birlikdə bölməyə gətirilmişdir. Qeyd olunanların nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili X6 hüquqlarını müdafiə etdiyi Şəxs oğlu kuryer olara işlədiyi restoranda qanuni olaraq müştərilərə çatdırılma xidməti göstərdiyindən və polis əməkdaşlarının tələblərinə tabesizlik etmədiyindən onun əməllərində inzibati xəta tərkibi olmadığını bildirmişdir. Həmçinin müdafiə etdiyi şəxsin izahatının zorla alındığını, izahatındakı arxa vərəqəsində imzasının olmadığını, hətta müdafiəçinin polis şöbəsinə buraxılmadığınıda qeyd etmişdir. O, həmçinin məhkəməyə video görüntü təqdim edərək bildirmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilmiş şəxslər heç biri karantin rejim qaydasını pozmamış və polisin qanuni tələbələrinə tabe olmuşdurlar. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs oğlu işlədiyi restoranda kuryer olaraq müştərilərə çatdırılma xidməti üzrə fəaliyyətinə karantin rejimi dövründə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən qanuni olaraq icazə verildiyindən onun tərəfindən karantin rejiminin tələblərinin pozulması faktı müəyyən edilmir. Eyni zamanda xx.xx.2021-ci il tarixdə polis işçilərinin qanuni tələblərinə tabesizlik nümayiş etdirməmiş, onlara müqavimət göstərməmişdir. Sonradan onlarla birlikdə bölməyə öz xöşu ilə getmişdir. Bununla da aydın olur ki, Şəxs əməllərində İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrinin tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 488 saylı Qərarına müvafiq olaraq 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Həmin Qərarın 1 nömrəli Əlavəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısına xüsusi xidmət növləri üzrə: çatdırılma xidmətləri də daxildir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən karantin qaydalarının pozulması və polisin qanuni tələblərinə tabe olmama faktları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №3(006)-268/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-268/2021
11.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver