Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-2680/2024 08.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Əbdülhəsənova Aytən Ələsgər qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, "xxxx" MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş informasiya sistemi üzərindən əldə edilmiş məlumatlara əsasən işğaldan azad olunmuş ərazilərə iş icazəsi alınmış X2 xx.xx.2024-cü il tarixindən, X6 və X3 xx.xx.2024-cü il tarixindən hal-hazıradək "xxxx" MMC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X4 tərtib edilmiş protokolu müdafiə edərək "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, tərtib edilmiş protokol tam əsassızdır. Belə ki, şirkət tərəfindən portalda adları qeyd edilən işçilər ilə əmək müqaviləsinə xitam verilmişdir. Bundan başqa, inzibati xəta ilə bağlı araşdırma aparılarkən onlara rəsmi qaydada bildiriş göndərilməmiş və yaxud hər hansı əlaqə vasitəsilə məlumat verilməmişdir. Göstərilənlər nəzərə alınmaqla inzibati xəta haqqında protokolun geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdim olunmuş materialları nəzərdən keçirib məhkəmə hesab edir ki, X5 Xidməti tərəfindən protokol tərtib edilərkən iş üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, işlə bağlı bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi tədbirlər görülməmiş, protokolda adları qeyd olunan vətəndaşların izahatları alınmamış, yalnız Daxili İşlər Nazirliyindən daxil olan məlumatlar əsas götürülməklə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bununla da hüquqi şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmamış, prosesual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən nöqsanlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması mümkün deyil və bu səbəbdən də protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2680/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-2680/2024
08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver