Məhkəmə qərarları › İş №3(006)-269/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-269/2021

11.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-269/2021 11.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin sahə inspektoru X2, zərər çəkmiş şəxs X1, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1963-cü ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (xxxxxxx), evli, Bakı şəhəri, Nəsimi rayonu. S.Əsgərova küçəsi, ev 187, mənzil 22-də qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, İ.Həmidov küçəsi, 16 saylı ünvanda qonşusu X1 ağız nahiyəsinə yumruqla zərbə endirərək sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirərək onu döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin sahə inspektoru X5 izahat verərək göstərdi ki, X1 şikayəti əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, İ.Həmidov küçəsi, 16 saylı ünvanda qonşusu X1 ağız nahiyəsinə yumruqla zərbə endirərək ona bədən xəsarəti yetirmişdir. Onun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş və müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 izahatında göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, İ.Həmidov küçəsi, 16 saylı ünvanda onunla Eldar adlı şəxs arasında mübahisə yaranmış, sonuncu onu təhqir edərək ona qarşı kobud ifadələr işlətmişdir. Bu zaman Şəxs onun ağız nahiyəsinə yumruqla vuraraq ona xəsarət yetirmişdir. Baş vermiş hadisə ilə bağlı 102 xidmətinə məlumat vermişdir. Barəsində icraat aparılan Şəxs şikayətçidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, İ.Həmidov küçəsi, 16 saylı ünvanın qarşısındakı həyətdə nərd oynayarkən qonşusu Azər Məmmədov ona yaxınlaşıb ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etməyə başlamışdır. Bu zaman əsəbi olduğundan özündən uzaqlaşdırmaq məqsədilə A.Məmmədovu itələmiş, sonuncu isə ona cırmaq atmışdır. Daha sonra isə A.Məmmədov yüksək səslə qışqırıb onunla kobud danışaraq barəsində istədiyi yerə şikayət edə biləcəyini bildirmişdir. O, heç kimi döyməmiş, heç kimə bədən xəsarəti yetirməmişdir. Əksinə zərərçəkmiş şəxsin onu vurduğunu qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji ETT Anatomiya Elmi-Təcrübi və X4 rayon şöbəsinin xx xxxxxxx 2020-ci il tarixli, 890 saylı rəyinə əsasən X1 bədən səthində aşkar olunmuş xəsarətlər – üst dodağın selikli qişasına qansızma, sol gicgah nahiyəsinin və sağ əlin İİ barmağının qançır-şişkinliyi küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən hal kimi zərərçəkmiş şəxsin pisixi təsiri altında qeyd oluna xətanı törətməsi, yaşının yuxarı olmasını müəyyən edilmişdir. Ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar