Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2693/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Azərbaycan Dillər Universitetində baş mühasib işləyən, Bakı şəhəri, Binəqədi rayonu, X11 küçəsi, ev 2A, mənzil 59 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri, Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Tovuz rayon məhkəməsinin 2(62)-83/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək verdiyi izahatında göstərdi ki, Tovuz rayon məhkəməsinin 2(62)- 83/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh olaraq X6 xx xxxxxx 2010-cu il tarixdən başlayaraq xx xxx 2010-cu il tarixdə anadan olmuş İlkinin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqının dörddə bir hissəsi miqdarında alimentin tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. xx xxxx 2011-ci il tarixli məktubdan ümumiyyətlə onun xəbəri olmamış və həmin dövr üçün qətnamənin icrasına o nəzarət etməmişdir. Yalnız xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Dillər Universitetinə daxil olmuş məktubu təhvil almış və xx xxxxxxx 2019-cu il tarixdə həmin məktubu icra edilməsi onunla birlikdə işləyən aparıcı mühasib Anar Hüseynliyə vermişdir. Lakin sonradan həmin sənədin icrasına nəzarət etməyi unutmuş və Anar Hüseynli özü aliment ödəyən şəxs olduğu üçün qətnamənin icrasını təmin etməmişdir. Sonradan alimentin ödənilmədiyini bilmiş və Anar Hüseynliyə bu barədə xəbərdarlıq etdikdən sonra həmin aliment üzrə vəsaitin müəyyən bir qisminin yəni, 5000 (beş min) manatının ödənilməsinə nail olmuşdur. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X5 bildirdi ki, Tovuz rayon məhkəməsinin 2(62)-83/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh olaraq X6 xx xxxxxx 2010-cu il tarixdən başlayaraq xx xxx 2010-cu il tarixdə anadan olmuş İlkinin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqının dörddə bir hissəsi miqdarında alimentin tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2011-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada icrasının təmin edilməsi üçün borclunun ünvanına bildiriş göndərilmişdir. Lakin icra sənədi 2013-cü il tarixdən icra edilməmiş və 2019-cu ildə yenidən həmin qətnamənin icra edilməsi üçün Azərbaycan Dillər Universitetinə məktub göndərilmiş və həmin məktuba cavab olaraq Şəxs həmin məktubu təhvil aldığını və icrasına onun nəzarət edildiyi bildirilmişdir. Lakin Şəxs cavabdeh şəxslə yaxın münasibətdə olduğundan icra sənədini icra etməmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq zərərçəkmiş şəxs X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxs X1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Tovuz rayon məhkəməsinin 2(62)-83/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh olaraq X6 xx xxxxxx 2010-cu il tarixdən başlayaraq xx xxx 2010-cu il tarixdə anadan olmuş İlkinin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqının dörddə bir hissəsi miqdarında alimentin tutularaq X1 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin Mərkəzi filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, X1 bank hesabına X9 tərəfindən 5000 (beş min) manat ödənilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin Mərkəzi filialı tərəfindən verilmiş qəbzdən görünür ki, xx.xx.2020-ci il tarixdə X9 tərəfindən 250 (iki yüz əlli) manat X1 bank hesabına köçürülmüşdür. İş materiallarında olan “xxxx” ASC-nin Tovuz filialından verilmiş xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, X1 bank hesabına 222 (iki yüz iyirmi iki) manat pul köçürülmüşdür. İş materiallarında olan Şəxs xx.xx.2020-ci il tarixli izahatından görünür ki, Azərbaycan Dillər Universitetində 2017-ci ilin dekabr ayının baş mühasib kimi çalışır. xx.xx.2011-ci il tarixli məktubun icrasından onun xəbəri olmamış, xx.xx.2019-cu il tarixli məktubla bağlı bildirir ki, həmin məktubu ümumi şöbədən xx.xx.2019-cu il tarixdə təhvil almış və icrasının təmin edilməsi üçün xx.xx.2019-cu il tarixdə aparıcı mühasib Anar Hüseynliyə vermişdir (aliment tutulmalı olan şəxs). Sənədin icrasına nəzarət etməyi yaddan çıxarmış, Anar Hüseynli aliment ödəyən şəxs olduğu üçün öz əmək haqqından tutulma etməmişdir. Bundan sonra sənədin icrasına nəzarəti özü şəxsən edəcəkdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən böyük icra məmuru Azər Heydərov tərəfindən Azərbaycan Dillər Universitetinə ünvanlanan xx.xx.2019-cu il tarixli, 17627/4199/2011-5-3 nömrəli məktubdan görünür ki, Tovuz rayon məhkəməsinin 2(62)-83/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə, alimentin X2 əmək haqqından tutulması üçün xx.xx.2011-ci il tarixdə 26-1725/16-10 saylı təkliflə müraciət olunmuşdur. X2 əmək haqqından tutulmalar barədə məlumat verilməsi xahiş olunur. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Yavər Allahverdiyev tərəfindən Azərbaycan Dillər Universitetinə ünvanlanan xx.xx.2020-ci il tarixli, 13579/4199/2011-5-3 nömrəli məktubdan görünür ki, Tovuz rayon məhkəməsinin 2(62)-83/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə, alimentin X2 əmək haqqından tutulması üçün xx.xx.2011-ci il tarixdə 26-1725/16-10 saylı təkliflə müraciət olunmuşdur. X2 əmək haqqından tutulmalar barədə məlumat verilməsi xahiş olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, bu barədə möhtəbər sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin müəyyən edilmişdir ki, icra sənədinin təmin edilməməsi birbaşa olaraq cavabdeh şəxs X7 alimentdən yayınmaq cəhdi nəticəsində baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2693/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2693/2020
11.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver