Məhkəmə qərarları › İş №3(006)-2696/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2696/2020

02.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2696/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X4 qızının katibliyi, şikayətçi “xxxxxxxxxxx” MMC-nin vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Fövqalladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından “xxxxxxxxxxx” MMC-nin direktoru X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxxxxxxxxx” MMC-nin direktoru X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Fövqalladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsi tərəfindən göndərilmiş bildirişlə bizə məlum olmuşdur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən “xxxxxxxxxxx” MMC xx xxxxxx 2020-ci il tarixli ******* inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 397.0.4-cü maddəsinə əsasən 15.000 (on beş min) manat məbləğində cərimə edilib. Aşağıdakılara əsasən hesab edirik ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli ******* inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, Cəmiyyət barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparıldığından xəbərsiz olmuşlar, bu barədə onlara heç bir məlumat verilməmiş, hər hansı sənəd təqdim edilməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və elirazlar vermək hüquqlarından istifadəyə qəsdən imkan yaradılmamışdır. İnzibati xəta haqqında protokol tərtib edilərkən onlara məlumat verilməmiş, izahatları alınmamış, protokolun surəti təqdim edilməmişdir. Tikinti işlərinin dayandırılması barədə xx xxxx 2020-ci il tarixli, 0245 saylı qərarında qeyd olunmuşdur ki, guya “xxxxxxxxxxx” MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov, S.Rüstəm, İmran Qasımov və Xan Şüşünski küçələrinin kəsişməsində inşa edilmiş çoxmənzilli yaşayış binasının “A” blokunda fasadda və daxildə hörgü suvaq işləri, “C” blokunun 16-cı mərtəbəsində və “C” blokuna bitişik əlavə tikinti-quraşdırma işləri aparılır. 160680 saylı texniki baxış aktı. Lakin xx xxxx 2020-ci il tarixli qərarda yalnız bir texniki baxış aktı (160680 saylı) göstərilib. Halbuki qərarda guya layihədən kənar bir neçə işin (“A "blokunda fasadda və daxildə hörgü suvaq işləri, “C” blokunun 16-cı mərtəbəsində və “C” blokuna bitişik əlavə tıkinti-quraşdırma işləri) görülməsi göstərilmiş, həmin aktın tərtib edilməsində şirkətin məsul şəxsləri iştirək etməmişdir. Bundan başqa, qərarda tikinti obyekti barəsində tərtib olunmuş göstərişlərin rekvizitləri qeyd olunmuş xx xxxxxx 2018-ci il tarixli 0746 saylı, xx xxxxxx 2018-ci il tarixli 0803 saylı, xx xxx 2019-cu il tarixli 0200 saylı və xx xxxx 2020-ci il tarixli 0146 saylı. Bununla da, səlahiyyətli orqanın protokolu tərtib etməsində yol verdiyi hüquq pozuntusu özünü göstərir. Azərbaycan Respublikası İXM-nin 101-ci maddəsinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə tərtib olunmuş protokol isə xx xxxxxx 2020-ci il tarixdə - yəni Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən pozuntuların aradan qaldırılması üçün verilmiş ilk göstərişdən (xx xxxxxx 2018-ci il 0746 saylı) 1 il 6 aydan artıq vaxt keçdikdən sonra tərtib edilmişdir. Belə ki, nə inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, ******* saylı qərar, nə inzibati xətanın törədilməsinə görə tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli ******* saylı protokol, nə də ki xx xxxx 2020-ci il tarixli, 0245 saylı qərar cəmiyyətə istər sifarişli poçt göndərişi, istərsə də səlahiyyətli orqanın əməkdaşı tərəfindən çatdırılmamışdır. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli ******* inzibati tənbeh vermə haqqında qərarının İəğv edilməsi və “xxxxxxxxxxx” MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi “xxxxxxxxxxx” MMC-nin vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə lazımi qaydada məlumat verilsə də (xx xxxxxxx 2020-ci il tarixli reyestrin 16 sıra nömrəsi ilə, xx xxxxxxx 2020-ci il tarixli reyestrin 10 sıra nömrəsi ilə), Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri haqqında məhkəməyə məlumat verməmiş və ondan məhkəmə baxışının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxx 2020-ci il tarixli, 0245 saylı tikinti işlərinin dayandırılması barədə qərardan görünür ki, “xxxxxxxxxxx“ MMC tərəfindən “C” blokuna bitişik layihədən kənar əlavə tikinti-quraşdırma işləri aparılmasına görə tikinti işləri dayandırılmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, hüquqi şəxs “xxxxxxxxxxx” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə təqsirli bilinərək 15.000 (on beş min) manat miqdarında cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx xxxx 2020-ci il tarixli, 0245 saylı tikinti işlərinin dayandırılması barədə qərara əsasən “xxxxxxxxxxx” MMC-yə ilkin olaraq xx.xx.2018-ci il, ikinci dəfə xx.xx.2018-ci il, üçüncü dəfə xx.xx.2019-cu il və sonuncu dəfə xx.xx.2020-ci il tarixdə “C” blokuna bitişik layihədən kənar-quraşdırma işlərini apararkən pozuntuları aradan qaldırılması üçün 30 gün vaxt verilmişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixli protokola əsaslanaraq xx xxxxxx 2020-ci il tarixdə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini X1 tərəfindən “xxxxxxxxxxx” MMC barəsində MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə təqsirli bilinərək 15.000 (on beş min) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüquqları vardır. Həmin Məcəllənin 101.1 və 101.2-ci maddələrinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Məhkəmə yuxarıda göstərilənləri araşdıraraq hesab edir ki, xx xxxx 2020-ci il tarixli, 0245 saylı tikinti işlərinin dayandırılması barədə qərarda “xxxxxxxxxxx” MMC-yə sonuncu dəfə yəni xx.xx.2020-ci il tarixdə “C” blokuna bitişik layihədən kənar-quraşdırma işlərini apararkən pozuntuları aradan qaldırılması üçün 30 gün vaxt verilsə də inzibati xəta haqqında protokol xx.xx.2020-ci il tarixdə tərtib olunduğu halda tərəfin iştirakı təmin olunmadan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.1 və 101.2-ci maddələrinin tələbləri pozularaq xx xxxxxx 2020-ci il tarixli tərtib olunmuş və bundan sonra həmin Məcəllənin 18.5 və 38-ci maddələrinin tələbləri kobud şəkildə pozularaq hüquqi şəxs barəsində inzibati xətanın törədildiyi gündən üç ay keçdikdən sonra, həmçinin inzibati tənbeh yalnız hakim tərəfindən çıxarıldığı halda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini T.M.Hüseynli tərəfindən xx xxxxxx 2020-ci il tarixdə, səlahiyyəti olmayan şəxs tərəfindən “xxxxxxxxxxx” MMC barəsində MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə təqsirli bilinərək 15.000 (on beş min) manat miqdarında cərimə edilmişdir. Bundan əlavə, MMC barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparıldığından xəbərsiz olmuş, hüquqi şəxsə heç bir məlumat verilməmiş, hər hansı sənəd təqdim edilməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və elirazlar vermək hüquqları pozulmuşdur. Həmin qərarlar yalnız icra şöbəsinə icra üçün göndəriləndən sonra MMC-nin barəsində qərar qəbul edildiyi məlum olmuşdur. Bundan başqa, inzibati tənbeh vermə haqqında qərar subyekt düzgün müəyyən edilmədən və səlahiyyəti olmayan şəxs tərəfindən qəbul edilmişdir. Göstərilən səbəblərdən də, məhkəmə belə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclaslarında iki dəfə ardıcıl təxirə salınmasına baxmayaraq iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, «İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin “b” bəndinə əsasən öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; “c” bəndinə əsasən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etməsinə yol verilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi “xxxxxxxxxxx” MMC-nin şikayəti təmin edilməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxxxxxxxxx” MMC-nin direktoru X2 oğlunun şikayəti təmin olunsun. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və “xxxxxxxxxxx” MMC-nin barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar