Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2697/2020 16.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: 26.08.186-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, Şamaxı şəhəri, Nizami küçəsi, ev 08-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(074)-742/2016 saylı icra sənədinə əsasəncavabdeh Şəxs X1 xeyrinə 67.000 ABŞ dolları əsas borc, 558 ABŞ dolları faiz, cəmi 67.558 ABŞ dolları məbləğində pul tutulmalıdır. Borclu öz üzərinə düşən vəzifələrini icra etməmiş, icra sənədi üzrə yaranmış borcunu tam ödəməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(074)-742/2016 saylı icra sənədinə əsasən cavabdeh Şəxs X1 xeyrinə 67.000 ABŞ dolları əsas borc, 558 ABŞ dolları faiz, cəmi 67.558 ABŞ dolları məbləğində pul tutulmalıdır. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Müxtəlif tarixlərdə borclu tərəfindən 2.400 ABŞ dolları məbləğində ödəniş edilmişdir Eyni zamanda icra sənədinin icrasının təmin edilməsi üçün borclunun mülkiyyətində olan Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, bazar dəyəri 7.800 manat olaraq müəyyən edilmiş 0,12 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuş və əmlak borcun əvəzi olaraq tələbkara təklif edilmiş və borcun bir qismi də ona yönəldilmişdir. Lakin qalan borcun ödənilməsi ilə bağlı icra sənədinin icrası üzrə borclu şöbəyə dəvət olunaraq ona bu barədə məlumat verilmiş və borcun ödənilməsi tələb olunmuşdur. Lakin bu günə qədər ödəniş edilməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, icra sənədi üzrə yaranmış borcdan məlumatı var. Müxtəlif vaxtlarda 2.408 ABŞ dolları məbləğində ödəniş etmişdir. Borcunun bir qismi də adına olan torpaq sahəsinə yönəldilmişdir. Lakin həmin torpaq sahəsinin bazar dəyəri 7.800 manat müəyyən edilsə də, 40.000-ə yaxın dəyəri var idi. Bununla bağlı Salyan Rayon Məhkəməsinin qərarından da apellyasiya şikayəti vermişdir. Karantinlə əlaqədar heç bir yerdə işləmədiyinə görə qeyd olunan icra sənədi üzrə yaranmış borcunu ödəməkdə çətinlik çəkmişdir. İcra vərəqəsinin icra olunmasından yayınmır. Qısa müddət ərzində borcunu bağlamağa çalışacaq. Barəsində yüngül tənbehin tətbiq edilməsini xahiş etdi. Beləliklə müəyyən olunur ki, Şəxs Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(074)-742/2016 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini tam olaraq yerinə yetirməmiş və qalıq qalan borcu üzrə heç bir ödəniş etməmiş, üzrsüz olaraq icra sənədini icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə xx xxxx 1997-ci il tarixli Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə x xxx 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, əmlak vəziyyətini, xəstəliyini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-2697/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2697/2020
16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver