Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2701/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 23 aprel 2025-ci il tarixli qərar məhkəməyə daxil olmuşdur. Həmin qərardan görünür ki, X8 Şəxs MMC-nin direktoru olaraq ünvan 1 ünvanında yerləşən 21 mərtəbəli binanın fasad sahəsində söküntü işlərini aparan zaman ona həvalə edilmiş texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət etmək vəzifəsini icra etmədiyinə görə bu qaydaların pozulması nəticəsində xx.xx.2024-cü il tarixdə həmin işlərin icrasına cəlb etdiyi X1 ehtiyatsızlıqdan az ağır zərər vurulmuş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığna az ağır zərər vurulması inzibati xətasını törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, işə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, X8 tərəfindən Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan kommersiya qurumunun dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, X8 Şəxs MMC-nin qanuni təmsilçisidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 xx.xx.2025-ci il tarixli, 87 nömrəli rəyindən görünür ki, Q.Ə.Sadıqlının bədən səthində aşkar edilmiş xəsarət- sağ əlin V daraq sümüyünün qəlpəli, yerdəyişmiş sınığı bərk küt əşyanın təsirindən, onun tibbi yardım üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu PHŞ-yə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Q.Ə.Sadıqlının bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hər hansı çəkiyə malik küt əşyanın (ola bilsin ki, daş parçasının) zərblə həmin nahiyəyə düşməsi nəticəsində əmələ gələ bilməsi istisna edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2025-ci il tarixli, 10/988 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən 21 mərtəbəli binanın fasad sahəsində söküntü işləri icra edilərkən istifadə edilmiş qaldırıcı qurğunun yuxandan təsadüfən düşən əşyaların qarşısını alan qoruyucu ilə təmin edilməməsi baş vermiş hadisəyə səbəb olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 13.10-cu bəndinin, “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə”nin 6-cı bəndinin və “İİİ-4-80 Tikinti Norma və Qaydaları”nın 1 saylı əlavəsinin 10-cu bəndinin “a” abzasının tələbi pozulmuşdur. Həmin binanın fasad sahəsində söküntü işləri icra edilərkən yuxandan təsadüfən düşən əşyaların qarşısını alan qoruyucu ilə təmin edilməmiş qaldırıcı qurğudan istifadəsinə yol verildiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 13.10-cu bəndinin və İİİ-4-80 Tikinti Norma və Qaydaları”nın 1 saylı əlavəsinin 10-cu bəndinin “a” abzasının tələbi həmin işlərin təhlükəsiz aparılmasına cavabdeh olan iş icraçısı (yaxud briqadir) tərəfindən pozulmuşdur. X3 qabaqcadan əməyin mühafizəsi üzrə təlimatlandırılması keçirilmədən əmək funksiyasının icrasına başlamasına yol verildiyinə görə, “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə”nin 6-cı bəndinin tələbi işçini binanın fasad hissəsində söküntü işlərinin icrasına cəlb etmiş şəxs (-lər) tərəfindən pozulmuşdur. Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda zərərçəkmiş Q.Sadıqlı tərəfindən qayda və təlimatların pozulması halı müəyyən edilməmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 aprel 2025-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon prokurorluğunda toplanmış 25-3- 2-2/315-0249 nömrəli material üzrə X7 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi, X7 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3cü maddəsinin tərkib əlamətləri mövcud olduğundan barələrində inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nəsimi rayon prokuroruna məlumat verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vəzifəli şəxs X8 Şəxs MMC-nin direktoru kimi üzərinə İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxsdir. Məhkəmə iclasında tədqiq edilmiş “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 23 aprel 2025-ci il tarixli qərar, məhkəmə-tibbi ekspertiza rəyi, məhkəmə təhlükəsizlik texnikası ekspertizası rəyi və inzibati materialda olan digər sənədlərlə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, X8 həmin maddələrlə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 törətdiyi xətanı etiraf edib əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə tərəfindən X7 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2701/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2701/2025
21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver