Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2706/2022 29.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, EQ 10742843 saylı inzibati tənbeh vermə haqqında qərarından "xxxx" QSC-nin direktoru X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, EQ 10742843 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin X2 tərəfindən xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş inzibatı xətaya görə "xxxx" QSC-nin mülkiyyətində olan “İsuzu NPR66L” yük markalı **- AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X1 barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsinə uyğun olaraq EQ 10742843 nömrəli elektron qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avto nəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati xəta tərkibini nəzərdə tutur. Lakin həmin nəqliyyat vasitəsi Bakı Sığorta ASC-də icbari qaydada sığortalanmışdır və sığortası hal hazırda qüvvədədir (Sığorta şəhadətnaməsinin nömrəsi PBA**********). Bakı Sığorta ASC-dən elektron qaydada sığorta şəhadətnaməsinin surətinin əldə edilməsi üçün müraciət edilmişdir. Sığorta şəhadətnaməsinin surəti əldə edildikdən sonra məhkəməyə təqdim ediləcəkdir. Hazırkı ərizəsi ilə qərardan şikayət edərək səhvən qəbul edilən həmin qərarın ləğv edilməsini xahiş edirik. Şikayət ərizəsinə əlavə edilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, İsuzu NPR66L” yük markalı **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" QSC-nin mülkiyyətindədir. Ərizəyə əlavə edilən məlumatdan görünür ki, sözügedən nəqliyyat vasitəsi Bakı Sığorta ASC-də icbari sığorta olunmuşdur. Buradan aydın olur ki, texniki səhv olaraq hazırkı qərar qəbul edilmişdir və nəqliyyat vasitəsi sığortalandığı üçün burada inzibati xətanın tərkibi yoxdur. Hesab edir ki, göstərilənlərə əsasən qəbul edilmiş qərar ləğv edilərək nəqliyyat vasitəsi barəsində 50 manat məbləğində inzibati cərimə silinməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPl-nin X2 tərəfindən elektron qaydada qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 10742843 nömrəli qərarını inzibati xəta tərkibi olmadığına görə ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçiyə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə lazımi qaydada və məlumat verilsə də, şikayətçinin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan portaldan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə X1 “İSUZU NPR 66L” yük markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə inzibati xəta törətmiş və törədilmiş xəta nəticəsində o, həmin maddə ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin direktoru Z.Y.Məmmədovun İcbari Sığorta Bürosuna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" QSCnin mülkiyyətində olan “İSUZU NPR 66L” yük markalı, **-AG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyəti icbari qaydada hansı tarixdə sığortalanması barədə məlumat verilməsi və sığorta şəhadətnaməsinin surətinin təqdim edilməsi İcbari Sığorta Bürosundan xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Müqaviləsinə dair məlumatın surətindən görünür ki, "xxxx" QSC-nin balansında olan “İSUZU NPR 66L” yük markalı, **-AG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyəti icbari qaydada xx.xx.2022-ci il tarixdə müqavilə bağlanılmış və müqavilənin qüvvəyə minmə tarixi xx.xx.2022-ci il və qüvvədən düşmə tarixi xx.xx.2023-cü il göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" QSC-nin balansında olan “İSUZU NPR 66L” yük markalı, **-AG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü S.M.Kərimov qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə barəsində Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında o, həmin maddə ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" QSC-nin balansında olan “İSUZU NPR 66L” yük markalı, **-AG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Bakı Sığorta ASC-də icbari qaydada sığortalanmışdır və nəqliyyat vasitəsinin sığortası hal hazırda qüvvədədir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, S.M.Kərimov barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, S.M.Kərimov barəsində xx.xx.2022-ci il tarixli, EQ 10742843 saylı inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar "xxxx" QSC-nin balansında olan “İSUZU NPR 66L” yük markalı, **-AG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin Bakı Sığorta ASC tərəfindən icbari qaydada sığortalanması nəzərə alınmadan qəbul edilmişdir. Yuxarıda göstərilən səbəblərdən də, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və S.M.Kərimov barəsində əsassız qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, "xxxx" QSC-nin balansında olan “İSUZU NPR 66L” yük markalı, **-AG-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü S.M.Kərimov əməlində inzibati xəta tərkibi olmadığından "xxxx" QSCnin Z.T.Məmmədovun şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, EQ 10742843 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" QSC-nin direktoru X3 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, EQ 10742843 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2706/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2706/2022
29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver