Məhkəmə qərarları › İş №3(006)-2710/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2710/2020

28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2710/2020 28.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi «X13 ve X9»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş «X13 ve X9»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru X2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: «X13 ve X9»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X7 xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən «X13 ve X9»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1000 manat məbləğində cərimə yazılmışdır. Sözügüdən Məcəllənin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin «X13 ve X9»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ünvanladığı xx xxxx 2020-ci il tarixli, **********0 saylı sorğusuna cavab olaraq bildirilmişdi ki, X8 «X13 ve X9»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək boruçu vəzifəsində işləmişdir. Qeyd edilmişdir ki, işçi E.Əleyxanlı şirkətə ərizə yazaraq xx.xx.2020-ci il tarixdən işdən çıxmağını xahiş etmişdir. İşçinin xahişini nəzərə alaraq, onunla şirkət arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. İşçinin son haqq-hesabının ödənilməsi bəzi obyektiv səbəblərdən cəmi iki gün müddətinə gecikdirilərək xx.xx.2020-ci il tarixdə bank hesabına köçürükmüşdür. Dövlət Əmək Müfəttişliyi Xidmətinə gecikmənin obyektiv səbəbləri haqqında məlumat verilməsinə baxmayaraq sözügedən dövlət qurumu tərəfindən inzibati tənbeh vermə haqqında qərar verilmiş və həmin qərara əsasən nə az nə çox 1000 manat məbləğində cərimə yazılmışdır. Dövlət Əmək Müfəttişliyi Xidməti sözügedən inzibati tənbeh vermə haqqında qərar qanunsuz, əsassız və ədalətsizdir və bu səbəbdən də ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər barəsində inzibati tənbeh tıtbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yengülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şərh olunalardan göründüyü kimi şirkət hələ Dövlət Əmək Müfəttişliyi Xidməti şikayəti araşdırmağa başlamazdan əvvəl işçinin işdən çıxdığı günün növbəti ikinci günündə son haqq-hesabı bank hesabına köçürülmüşdür. Qeyd edir ki, gecikmənin səbəbi həmin gün mühasibin işdən icazə alaraq, getməsi olmuşdur ki, işçinin əməmk haqqısı və digər ödənişlərinin hesablanması bir gün gecikmişdir. Lakin sadalanan xüsusatlar təəssüf ki, sözügedən orqan tərəfindən məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şikayət vermiş «X13 ve X9»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq barəsində şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə barəsində şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən «X13 ve X9»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru X1 Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 1000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, X8 xx xxxxxx 2020-ci il tarixdə X13 ve X9»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən işdən azad olunmasını xahiş etmiş və həmin şəxs xx xxxxxx 2020-ci il tarixdə işdən azad olunsa da, ona əmək qanunvericiliyinə uyğun olaraq ödənilməli olan son haqq-hesab xx xxxxxx 2020-ci il tarixdə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, «X13 ve X9»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru X6 tərəfindən X4 xx xxxxxx 2020-ci il tarixdə ödənilməli olan pul vəsaiti verilmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində qərar qəbul edilərək 1000 manat məbləğində cərimə edilmişdir. Halbuki əmək qanunvericiliyinə uyğun olaraq həmin şəxsə ödəmə məhz xx xxxxxx 2020-ci il tarixdə ödənilməli olduğu halda, xx xxxxxx 2020-ci il tarixdə ödənilmişdir. Məhkəmə hesab edir ki, «X13 ve X9»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından və şikayətin məzmununda qeyd olunan qərarın əsassız olaraq tərtib edilməsi ilə bağlı sübutlar təqdim edilmədiyindən şikayətin dəlilləri əsassızdır və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş «X13 ve X9»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar