Məhkəmə qərarları › İş №3(006)-2710/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2710/2023

25.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2710/2023 25.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 İnzibati xəta haqqında iş üzrə Lənkəran rayon prokurorluğunun icraatın başlanması haqqında müstəntiqi X18 qərarı qəbul etmiş orqan: Barəsində icraat aparılan “X20” MMC-nin hüquqi şəxs: nümayəndəsi X12 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 191, mənzil 26; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” Lənkəran rayon prokurorunun xx.xx.2023-cü il tarixli qərarına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC ünvan 2 ünvanda fəaliyyət göstərən anbarında X6 ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi bağlamadan sonuncunu müəyyən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasında Lənkəran rayon prokurorluğunun müstəntiqi X24 bildirdi ki, xx.xx.2023-cü il tarixdə X1 rayon prokurorluğuna müraciət edərək bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdən Lənkəran rayonu ərazisində fəaliyyət göstərən Şəxs MMC-də ekspeditor vəzifəsi üzrə işə götürülmüşdür. Onun vəzifəsi istehsal olunan malları Masallı, Cəlilabad və Biləsuvar rayonlarında olan dükanlara aparmaqdan ibarət olmuş və aylıq 1.200 manat məbləğində əlbəəl əmək haqqı almışdır. xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu üzrə satış müdiri Ramal Bağırov ona bildirmişdir ki, region üzrə satış müdiri Rasim müəllim onu işdən çıxarıb, buna səbəb də onun 500 manat yeyintiyə yol verməsidir. O, R.Bağırova yeyinti etmədiyini bildirdikdə isə sonuncu təkidlə onun işdən çıxmalı olduğunu, əks təqdirdə barəsində toplanmış sənədləri hüquq mühafizə orqanlarına göndərəcəyini demiş, həmçinin ona aprel ayı üzrə 1.200 manat əmək haqqını verməyərək həmin 500 manatı yeyintinin əvəzi kimi özlərinə götürəcəklərini bildirmişdir. M.Kazımlı bu şəxslər barəsində qanuni tədbirin görülməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC hüquqi şəxs kimi cəmiyyətin ünvan 2 ünvanda fəaliyyət göstərən anbarında X5 ilə 2023-cü ilin fevral ayının 01-dən may ayının 02-dək olan müddət ərzində əmək müqaviləsi bağlamadan sonuncunu müəyyən işlərin yerinə yetirilməsinə cəlb etmiş və bununla da İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar şahidlər X15, X13, X9, X14 izahatları və digər sənədlərlə təsdiq edilmişdir. Faktla əlaqədar Lənkəran rayon prokuroru tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Şirkətin məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X16 izahatında göstərdi ki, Şəxs MMC ilə X5 arasında əmək münasibətləri mövcud olmamışdır. Aralarında xidmət müqaviləsi mövcud olmuş və müqaviləyə əsasən Məhəmmədbağır Kazımlı şirkətə məxsus malların təhvil-təslim aktı əsasında cəmiyyət tərəfindən tələb olunan ünvanlara çatdırılması işinin icrasını, cəmiyyət isə razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürmüşdür. Kazımlı Məhəmmədbağır zərurət yarandıqda qeyd olunan işləri cəmiyyətin sifarişi əsasında özünə məxsus avtomobillə icra etmişdir. Özü də bununla bağlı izahat verə bilər. Prokurorluqda onun müraciəti üzrə ətraflı araşdırma aparılmamış, şikayətçinin şikayəti geri götürməsinin səbəbləri tam aydınlaşdırılmamışdır. Şəxs MMC barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icaatın başlanması haqqında xx.xx.2023-cü il tarixli qərarla razı deyillər. X8 MMC üçün podrat müqaviləsində qeyd olunan işləri yerinə yetirdiyi göstərilmiş, lakin əmək müqaviləsi olmadan işləməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndinə əsasən podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir. Göründüyü kimi Əmək Məcəlləsi mülkihüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə şamil edilmir. Lakin prokurorluq inzibati xəta haqqında iş üzrə əmək münasibətlərinin mövcud olduğunu sübut etməli olduğu halda, bunu sübut edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan: • X6 tərəfindən xx.xx.2023-cü il tarixdə Lənkəran rayon prokurorluğuna ünvanlanmış müraciətdə göstərilmişdir ki, o, xx.xx.2023-cü il tarixdən Lənkəran rayonu ərazisində fəaliyyət göstərən Şəxs MMC-də ekspeditor vəzifəsi üzrə işə götürülmüşdür. Onun vəzifəsi istehsal olunan malları Masallı, Cəlilabad və Biləsuvar rayonlarında olan dükanlara aparmaqdan ibarət olmuşdur. O, aylıq 1.200 manat məbləğində əlbəəl əmək haqqı almışdır. xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu üzrə satış müdiri Ramal Bağırov ona bildirmişdir ki, region üzrə satış müdiri Rasim müəllim onu işdən çıxarmışdır. Buna səbəb isə onun 500 manat yeyintiyə yol verdiyi olmuşdur. O, R.Bağırova yeyinti etmədiyini bildirdikdə isə təkidlə onun işdən çıxmalı olduğunu, əks təqdirdə barəsində toplanmış sənədləri hüquq mühafizə orqanlarına göndərəcəyini demiş, həmçinin ona aprel ayı üzrə 1.200 manat əmək haqqını verməyərək həmin 500 manat yeyintinin əvəzi kimi özlərinə götürəcəklərini bildirmişdir. Həmin şəxslər barəsində qanuni tədbirin görülməsini xahiş etmişdir; • X2 xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, xx.xx.2023-cü il tarixdən Lənkəran rayonu ərazisində fəaliyyət göstərən Şəxs MMC-də ekspeditor vəzifəsi üzrə işə götürülmüşdür. Belə ki, o, “Azərsun” Holdinq”də xx.xx.2023-cü il tarixdə işdən azad edildikdən sonra iş axtarmağa başlamışdır. Əvvəlcədən tanıdığı Ramal adlı şəxs ona zəng edərək işlədiyi yerdə işlə təmin edilə biləcəyini deyərək onu oraya dəvət etmişdir. Ramal onu region üzrə satış təmsilçisi Rasim müəllimlə tanış etmişdir. Həmin şəxs ona aylıq 1.200 manat əmək haqqı verəcəyini, vəzifəsinin isə Masallı, Cəlilabad və Biləsuvar rayonları üzrə ekspeditor olacağını bildirmişdir. O, işə götürülərkən cəmiyyətlə arasında hər hansı bir əmək müqaviləsi və ya digər sənədləşmə işləri aparılmamışdır. O, xx.xx.2023-cü il tarixdə işə başlamışdır. Ona hər ay əmək haqqını filial müdiri Elxan müəllim əlbəəl 1.200 manat olmaqla vermişdir. Elxan müəllim sonradan işdən azad edilmişdir. Onun satış müdiri Ramin adlı şəxs olmuşdur. xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu üzrə satış müdiri Ramal Bağırov region üzrə satış müdiri Rasim müəllimin onu işdən çıxardığını bildirmişdir. Buna səbəb isə onun 500 manat yeyintiyə yol verdiyi olmuşdur. O, R.Bağırova yeyinti etmədiyini bildirdikdə sonuncu təkidlə onun işdən çıxmalı olduğunu, əks təqdirdə barəsində toplanmış sənədləri hüquq mühafizə orqanlarına göndərəcəyini demiş, həmçinin ona aprel ayı üzrə 1.200 manat əmək haqqını verməyərək həmin 500 manat yeyintinin əvəzi kimi özlərinə götürəcəklərini bildirmişdir; • X9 xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, 2019-cu il tarixdən Lənkəran rayonu ərazisində fəaliyyət göstərən Şəxs MMC-də ekspeditor vəzifəsi üzrə işə götürülmüşdür. O, üç ay orada işlədikdən sonra onunla rəsmi qaydada əmək müqaviləsi bağlanılmışdır. Ona əmək haqqının bir hissəsini, yəni 400-500 manatını "xxxx" ASC-yə məxsus kartla, bir hissəsini, yəni 500-600 manatını isə əlbəəl sabiq filial müdiri Elxan müəllim vermişdir. O, Masallı, Cəlilabad və Biləsuvar rayonlarına özünə məxsus “Vaz-2107” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobillə şirktədə istehsal olunan qeyri-qida məhsulları aparmışdır. Onunla birgə orada Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdən işləmişdir. Onlar bəzi vaxtlar onun avtomobili ilə, bəzi vaxtlar isə Məhəmmədbağır Kazımlıya məxsus “Vaz-2107” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin rayonlara gedərək məhsulları satmışlar. Onlar avtomobillərə benzini şirkətə məxsus kart vasitəsi ilə vurmuşlar. 2023cü ilin aprel ayının sonlarında şirkət onunla əmək müqaviləsinə xitam vermiş, son hesablaşmaları da edərək onun əmək haqqını vermişlər; • X15 xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, 2019-cu il tarixdən Şəxs MMC-də insan resursları üzrə direktor vəzifəsində işləyir. Onun vəzifəsi işçilərin işə götürülməsi, işdən azad olunması, əmək haqqı verilməsi, ezam, məzuniyyətlərlə bağlı sənədləşmə işlərinin aparılmasından və buna nəzarət etməkdən ibarətdir. Şəxs MMC-nin Şəki, Lənkəran, Xaçmaz, Gəncə, Göyçay və Şirvan rayonlarında filialları vardır. Şirkət qeyri-qida məhsullarının satışını həyata keçirir. Hər hansı məhsul istehsal etmir, yerli və xarici qeyri-qida məhsullarını alaraq onların satışını həyata keçirir. O, əmək müqaviləsinə əsasən "xxxx" ASC-yə məxsus kartla 1.030 manat əmək haqqı alır. Filial müdirlərinin işə götürmək səlahiyyəti yoxdur. X5 Şəxs MMC-nin Lənkəran rayon filialında işləyib-işləməməsini bilmir, o, şirkətlə əmək müqaviləsi bağlamamışdır; • X14 xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, xx.xx.2023-cü il tarixdən hazırkı vaxtadək Lənkəran rayon ərazisində fəaliyyət göstərən Şəxs MMC-nin Lənkəran rayon filialında satış təmsilçisi vəzifəsində işləyir. O, X5 ilə birgə Lənkəran rayon ərazisində fəaliyyət göstərən Şəxs MMC-nin Lənkəran rayon filialında ekspeditor vəzifəsində işləmişdir. Şirkətə işə götürülərkən onunla şirkət arasında əmək müqaviləsi bağlanılmamışdır. M.Kazımlı xx.xx.2023-cü il tarixdə işə götürülmüşdür. O, Masallı, Cəlilabad və Biləsuvar rayonları üzrə ekspeditor vəzifəsində işləyirdi. M.Kazımlı onun dəvəti ilə işə götürülmüşdür. Şirkətdaxili yoxlamalar zamanı onun 500 manat yeyinti etməsi müəyyən edilmiş, o, xx.xx.2023-cü il tarixdə M.Kazımlıya region müdiri Rasim Əliyevin sonuncu ilə işləmək istəmədiyini, onu işdən azad etdiyini, həmçinin aprel ayının əmək haqqısının 06-07 may tarixlərində veriləcəyini bildirmişdir; • X13 xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, 2020-cu ilin iyun ayından 2023-cü ilin aprel ayının 30-dək olan müddət ərzində Şəxs MMC-nin ünvan 5 ünvanında fəaliyyət göstərən anbarında baş menecer (filial müdiri) vəzifəsində işləmişdir. X5 xx.xx.2023-cü il tarixdən etibarən həmin anbarda ekspeditor vəzifəsində işləmişdir. M.Kazımlını işə o dəvət etməmişdir. Belə ki, bölgə üzrə satış müdiri Rasim müəllim onu işə dəvət etmişdir. M.Kazımlı ilə əmək müqaviləsi bağlanılmamışdır. Buna səbəb onun sənədlərini (sağlamlıq haqqında arayış və s.) təqdim etməməsi olmuşdur. Lakin buna baxmayaraq M.Kazımlı anbarda işləmiş və sonuncuya hər ay əlbəəl təxminən 1.000 manat məbləğində pulu o vermişdir. Sonradan bildiyi qədər aprel ayının sonlarında onu işdən çıxarmışlar; • X6 tərəfindən xx.xx.2023-cü il tarixdə Lənkəran rayon prokurorluğuna ünvanlanmış müraciətdə göstərilmişdir ki, onun ərizəsində və izahatında göstərdikləri doğru olsa da, hazırda şirkətlə barışmış, onlardan heç bir şikayət və tələbi yoxdurr; • Lənkəran rayon prokurorunun 22 may 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 191, mənzil 26-da yerləşən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır; • “Xidmətlərin göstərilməsi haqqında” xx.xx.2023-cü il tarixli, X01/23 saylı müqaviləyə əsasən Şəxs MMC (“Sifarişçi”) malların çatdırılması xidmətlərinin göstərilməsini sifariş verib X3 (“İcraçı”) razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada malların çatdırılması xidmətlərini (bundan sonra “Xidmət”) göstərməyi öhdəsinə götürür. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Məhkəmədə müəyyən edilir ki, işəgötürən Şəxs MMC tərəfindən ünvan 2 ünvanda fəaliyyət göstərən anbarda X6 ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan və hüquqi qüvvəsini almadan müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və bu fakt M.Kazımlının Lənkəran rayon prokurorluğuna xx.xx.2023-cü il tarixli müraciəti əsasında aşkar edilmişdir. Eyni zamanda məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin X6 ilə şirkət arasında əmək münasibətlərinin olmaması, sadəcə olaraq xidmət müqaviləsinin mövcud olması, M.Kazımlının şirkətə məxsus malların təhvil-təslim aktı əsasında cəmiyyət tərəfindən tələb olunan ünvanlara çatdırılması işinin icrasını, cəmiyyətin isə razılaşdırılmış muzd ödəməyi öz öhdəsinə götürməsinə dair gətirdiyi dəlillə bağlı məhkəmə qeyd edir ki, işin faktiki hallarına əsasən X6 ilə şirkət arasında əmək müqaviləsi bağlanılmasa da, onlar arasında real olaraq əmək münasibətləri mövcud olmuşdur. Belə ki, Lənkəran rayon prokurorluğunda M.Kazımlının və digər şəxslərin verdiyi izahatlardan aydın olur ki, M.Kazımlı Şəxs MMC-də ekspeditor vəzifəsi üzrə işləri yerinə yetirmiş və onun vəzifəsi malları Masallı, Cəlilabad və Biləsuvar rayonlarında olan dükanlara aparmaqdan ibarət olmuşdur. Bu iş şirkətin birbaşa fəaliyyəti ilə bağlı olduğundan, belə münasibətlər xidmət müqaviləsi üzrə yaranan münasibətlərinə aid edilə bilməz. Çünki, xidmət müqaviləsi hər hansı xidmətin, işin göstərilməsi məqsədilə sifarişçi və icracı arasında bağlanılan mülki-hüquqi müqavilədir və həmin müqavilələrdən irəli gələn məsələlər mülki qanunvericiliklə tənzimlənir (məsələn, tapşırıq, kirayə, icarə, borc, lizinq, podrat müqaviləsi və s.). Yəni bu cür müqavilələrlə işləyən işçilərlə işəgötürən təşkilat arasında hər hansı əmək münasibətləri yaranmır və Əmək Məcəlləsində işçilər üçün nəzərdə tutulan sosial hüquqlar həmin şəxslərə şamil olunmur. Halbuki, Əmək Məcəlləsinə əsasən hər bir işçi ilə əmək müqaviləsi bağlanmalıdır və müqavilədə iş rejimi, əmək haqqı, əmək haqqına əlavələr, istirahət və məzuniyyət müddəti, iş rejiminin zərərli olub-olmaması haqqında məlumatlar, işçinin və işəgötürənin vəzifə öhdəlikləri təsbit edilir. Əmək müqaviləsi isə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək münasibətlərində və əmək müqaviləsində nəzərdə tutulan məsələlər əmək qanunvericiliyi ilə tənzimlənir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək müqaviləsi ilə xidmət müqaviləsi arasındakı əsas fərqlər bunlardır: əmək müqaviləsinin tərəfləri işçi və işəgötürən olduğu halda, mülki-hüquqi müqavilələrin, başqa sözlə xidmət müqavilələrinin tərəfləri sifarişçi və icraçıdır; əmək müqaviləsində işçi ilə işəgötürən arasında olan münasibətlər digər prinsiplərlə yanaşı tabeçilik prinsipinə əsaslandığı halda, xidmət müqaviləsi üzrə yaranan münasibətlər tərəflərin müqavilə ilə müəyyən edilmiş öhdəliklərinə uyğun olaraq bərabərlik prinsipinə uyğun qurulur; əmək müqaviləsinin əsasını işçinin əmək fəaliyyəti təşkil edirsə, xidmət müqavilələrində isə yerinə yetirilən işin və xidmətin nəticəsi əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən: • Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir (3-cü maddə); • Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır (7-ci maddənin 2-ci hissəsi); • Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir (49-cu maddənin 1-ci hissəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, qurum İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək aşağı həddə cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar