Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2711/2020 27.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X4 qızının katibliyi, şikayətçi X1 iştirakları ilə, Azərbaycan Respublikası DİN-nin əməkdaşları tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin əməkdaşları tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN-ninəməkdaşları tərəfindən Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı barəsində “inzibati tənbeh vermə haqqında” “Volkswagen Touareg” markalı, **-XJ-*** dövlətnömrə nişanlı minik avtomobilinə münasibətdə EQ ******* nömrəli, xx.xx.2020-ci il tarixli elektron qərar tərtib edilmişdir. Belə ki, X5 küçəsində yol sonradan təxminən 2005-ci il tarixində genişləndirilmiş və durma qadağandır yol nişanı isə 2019-cu il tarixində quraşdırılmışdır. Yol nişanı quraşdırıldıqdan sonra Bakı Nəqliyyat Agentliyinin müfəttişləri tərəfindən sözügedən küçədə yaşayan sakinlərə məxsus və onların istifadəsində olan avtonəqliyyat vasitələrinə müxtəlif vaxtlarda protokol tərtib edib, cərimə yazırdılar. Həmçinin, şəxsən Azadlıq prospekti ilə Xan Şuşinski küçəsinin kəsişməsində 2019-cu il tarixində durma qadağandır yol nişanı quraşdırdırıldıqdan sonra Agentliyin mailto:info@bna.azElektron ünvan saytına elektron müraciət göndərmiş, lakin buna baxmayaraq ona heç bir rəsmi cavab 2019-cu ildən bəri göndərilməmişdir. Onlar Agentliyə rəsmi müraciət etmiş, cavab məktubunda isə parklanma yerlərinin təşkili ilə bağlı təhlillərin aparıldığı, layihə hazırlandığı və aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra parklanma məsələsinin öz həllini tapacağı rəsmi bildirilmişdir.Artıq, bir ildən çox müddət keçməsinə baxmayaraq parklanma problemləri hələ də həll edilməmiş, bir tərəfdən də gün aşırı sakinlərə Polis əməkdaşları tərəfindən elektron qərarlar tərtib edilir.“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə”Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1104 nömrəli, xx xxxx 2020-ci il tarixli fərmanının 1.2-ci bəndinə edilən dəyişikliyə əsasən həmin Məcəllənin 346, 346-1.2 - 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının DİN və ya Bakı Nəqliyyat Agentliyi baxır.Fərmana edilən dəyişiklikdən sonra, DİN-nin Yol Patrul Xidmətinin əməkdaşları ilə sakinlər arasında durma qadağandır yol nişanına görə problemlər yaşanır.Belə ki, ərazidə yaşayan sakinlərin alternativ parklanma yerləri olmadığı üçün məcburi şəkildə nəqliyyat vasitələrini öz qapılarının ağzında, yolun kənarında saxlayırlar. İndi çıxılmaz bir vəziyyət yaranıb, sakinlərin nəqliyyat vasitələrini alternativ yer olmadığına görə küçədə saxlayır, hər iki qurumun əməkdaşları da qanunvericiliyin tələblərinin yerinə yetirilməsini əsas gətirərək protokol tərtib edib cərimə yazırlar.Tərəfimizdən bu məsələ ilə bağlı Azərbaycan Resubliksının Daxili işlər Nazirliyinə xx.xx.2020-ci il tarixində kollektiv müraciət ünvanlanmışdır. Hələdə bir aydan artıq müddət keçməsinə baxmayaraq cavab verilməmişdir. Polis əməkdaşlarının işi cərimə yazıb getmək olmamalıdır ən azından sakinləri də nəzərə almalıdırlar, axı onlarında bu ölkənin vətəndaşları olmasını nəzərə alaraq, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin əməkdaşları tərəfindən tərtib olunmuş EQ ******* nömrəli, xx.xx.2020-ci il tarixli elektron qərarın ləğv olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi A.S.Balakişiyev şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, onların yaşadıqları evin qabağında maşın saxlamağa yer yoxdur. Hər gün ya polis əməkdaşları ya da BNA-nın əməkdaşları tərəfindən cərimə yazılır. Həmçinin AR DİN və BNA-nın əməkdaşları tərəfindən 2019-cu il tarixdə durma qadağandır yol nişanı quraşdırılmışdır. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayətçi Azərbaycan Respublikası DİN-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki,şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş portaldan çıxarıdan görünür ki, A.S.Balakişiyev EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarla 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AR DİN-ə və BNA-ya ünvanlanmış kollektiv müraciətin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsinin sakinləri tərəfindən imza edilərək yaşadıqları küçə Azadlıq prospekti ilə Xan Şuşinski küçəsinin kəsişməsində 2019cu il tarixdə durma qadağandır yol nişanı quraşdırılması qeyd edilmişdir. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyi tərəfindən göndərilmiş xx xxxxxx 2019-cu il tarixli, 08-4321/N-3045, 08-4372/Ə-3104 saylı məktubların surətindən görünür ki, X5 küçəsində dayanma və durma qadağandır yol nişanlarının götürülməsi barədə Bakı Nəqliyyat Agentliyinə ünvanladığınız müraciətə baxılmış, mütəxəssislər tərəfindən əraziyə baxış keçirilmiş araşdırmalar aparılmış, qeyd edilən küçədə avtomobillərin parklanma yerlərinin təşkil edilməsi istiqamətində təhlillər aparıldığını, yol hərəkətinin təhlükəsizliyi, nəqliyyat vasitələrinin rahat hərəkəti nəzərə alırynaqla yanaşı optimal parklanma yerlərinin təşkil edilməsi çərçivəsində layihə hazırlandığını, layihə aidiyyəti dövlət qurumları ilə razılaşdırıldıqdan sonra aparılacaq dəyişikliklər müəyyən vaxt ərzində icra ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, A.S.Balakişiyev xx xxxxxxxx 2020-ci il tarixdə X5 küçəsində özünə məxsus avtomobili saxladığı üçün barəsində həmin tarixdə, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin əməkdaşları tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, EQ ******* saylı qərarı qanuni və əsaslı olduğundan A.S.Balakişiyevin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN-nin əməkdaşları tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, EQ ******* saylı qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2711/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2711/2020
27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver