Məhkəmə qərarları › İş №3(006)-2712/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2712/2020

20.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2712/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi YNH üzrə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1979-cu ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhər Nəsimi Rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 18:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi Nissan Xtrail markalı ** SL *** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsində stop nişanının tələblərini pozaraq Ş.Əzizbəyov küçəsi ilə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi Mercedes Benz E 270 CDİ markalı ** FM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə ilə toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 18:30 radələrində anası X3 məxsus Nissan Xtrail markalı **-SL-*** dövlət nömrə nişanlı avtomaşını idarə edərkən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi ilə Ş.Əzizbəyov küçəsinin kəsişməsində hərəkət edən Zərərçəkmiş şəxs2 idarə etdiyi «Mercedes Benz E 270 CDİ Minik» markalı, **-FM-*** dövlət nömrə nişanlı avtomobili ilə toqquşmuş və nəticədə həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarəti almışdır. Həmin vaxt o, Nissan Xtrail markalı **-SL-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən ona məxsus sürücülük vəsiqəsinin müddətinin bitməsini bilməmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanın ödənilməsini bildirərək, barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi YNH üzrə inspektoru X4 izahatında bildirdi ki, Şəxs barəsində tərtib edilmiş protokol düzgün araşdırma nəticəsində tərtib edilmişdir. Həmin protokol qanuni və əsaslıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə Zərərçəkmiş şəxs1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan AB 368751 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs avtomobil idarə etmək üçün sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx xxxxx 2020-ci il tarixə kimi olmuşdur. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X7 tərəfindən verilən 788 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzabat xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafı, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi YNH üzrə inspektoru X4 tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar