Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2713/2022 12.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə inspektoru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Latviya Respublikasının, Yelqava şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, taksi sürcüsü, evli, himayəsində bir azyaşlı uşağı olan, Zərdab rayonu, Aşağı Seyidlər kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə inspektoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2022-ci il tarixdə, saat 08:20 radələrində “Park-20” ticarət mərkəzinin qarşısında İ variant tədbiri zamanı polisin qanuni tələbinə tabe olmayıb iş rejimini pozmuş və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə inspektoru X5 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 08:20 radələrində “Park-20” ticarət mərkəzinin qarşısında İ variant tədbiri zamanı avtomaşınını yolun hərəkət hissəsində saxlayaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. Şəxs tədbirlə əlaqədar olaraq avtomaşınını oradan götürüb uzaqlaşması tələb edilmişdir. Lakin o, avtomaşınından düşərək polis əməkdaşlarına qarşı əl-qol atmağa başlamış və onların ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də o, tabesizlik göstərərək avtomaşına minməkdən imtina etmişdir. Polis əməkdaşları onu avtopatrul maşınına əyləşdirərək 20-ci Polis Bölməsinin növbətçi hissəsinə təhvil vermişlər. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, taksi sürücüsü kimi fəaliyyət göstərir və hər gün də 25 manat icarə pulu ödəyir. Himayəsində 1 insult xəstəsi olan uşağı vardır. xx.xx.2022-ci il tarixdə “20 Yanvar” dairəsinin yaxınlığındakı dayanacağın qarşısına gələrək orada dayanmışdır. Həmin vaxt polis əməkdaşı yaxınlaşaraq onu söyüb yerə yıxmış və təpiklə üzünə vurmuşdur. O, polis əməkdaşından söyüş söyməməsini tələb etsə də polis əməkdaşı onu söyməyə davam etmişdir. Buna görə də o, polis əməkdaşını cavab olaraq söymüşdür. O, dayanacağın qarşısına gələrkən orada ondan başqa da avtomobillər olmuşdur və həmin avtomobillərin hərəkətinə icazə verilirdi. Həmin vaxt orda heç bir tədbir də olmamışdır. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin PPX bölüyü polis nəfəri X6 izahatında göstərmişdir ki, Şəxs taksi fəaliyyəti ilə məşğul olur. O, xx.xx.2022-ci il tarixdə səhər saatlarında avtomobili ilə dayanacağın qarşısına gəldikdə həmin vaxt orada boş yer olmadığı üçün ondan oradan getməsini istəmişlər. Lakin Şəxs avtomobilindən düşərək onlara əl-qol atmağa başlamış və onları söymüşdür. Onu nizam-intizama dəvət etsələr də o, avtomobilinə əyləşməkdən imtina etmişdir. Bu səbəbdən də onu avtopatrul maşınına əyləşdirərək 20-ci Polis Bölməsinə aparmış və növbətçi hissəyə təhvil vermişlər. Hadisə zamanı nə o, nə də digər polis əməkdaşları Şəxs vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin PPX bölüyü polis nəfəri X4 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında avtomobili ilə dayanacağın qarşısına gəldikdə Prezident kortecinin yaxınlaşması səbəbindən ondan orada dayanmamasını tələb etmişlər. X11 Behbudov avtomobilindən düşərək onlara əl-qol atmağa başlamış və onları söymüşdür. Onu nizamintizama dəvət etsələr də o, avtomobilinə əyləşməkdən imtina etmişdir. Bu səbəbdən də onu avtopatrul maşınına əyləşdirərək 20-ci Polis Bölməsinə aparmış və növbətçi hissəyə təhvil vermişlər. Hadisə zamanı nə o, nə də digər polis əməkdaşları Şəxs vurmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 08:20 radələrində “Park-20” ticarət mərkəzinin qarşısında İ variant tədbiri zamanı polisin qanuni tələbinə tabe olmamış, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş məlumata əsasən Şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X8 adlı uşağı var. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə inspektoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cı maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Behbudov X3 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin xətalardan daha ciddi xətanın sanksiyası həddində, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cı maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 12 avqust 2022-ci il tarixdən saat 12:15-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X1 Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2713/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2713/2022
12.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver