Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2717/2025 28.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis polkovnikleytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1982-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 5ında yaşayan, Şəxs barəsində Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı onun barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs qanunsuz olaraq narkotik vasitədən istifadə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis polkovnik-leytenantı X2 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 12:30-da ÇPA-nın 9-cu Patrul Bölüyünün əməkdaşları ünvan 3 ünvanda Avrasiya klinikasının qarşısında bir nəfər şəxsin nizamsız addımlarla hərəkət etməsini və davranışlarının qeyri-adekvatlığını görüb ona yaxınlaşaraq şəxsiyyətini dəqiqləşdirmək istədikdə həmin şəxs cibindən çıxardığı salfet bükümünü yerə tullayaraq qaçmaq istədikdə saxlanılmış və saxlanılarkən yerə tulladığı salfet bükümünün içərisində 3 bükümdə siqaretin gümüşü kağızların içərisində maddələr aşkar edilmiş və sorğu zamanı həmin şəxs maddələrin narkotik vasitə marixuana olmasını etiraf etməsi səbəbindən şübhəli bilinib saxlanılmaqla həmin maddələr şəxsin özü tərəfindən götürülərək birlikdə Nəsimi RPİ-nə gətirilmişdir. Nəsimi RPİ-də gətirilmiş şəxslərin qeydiyyatı ilə bağlı müvafiq kitabda qeydiyyat aparıldığı zaman həmin şəxsin xx.xx.1982-ci ildə Naxçıvan MR-da anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olan, ünvan 5ında yaşayan Şəxs olması müəyyən edilmişdir. X4 Əliyevin üzərində qanunla dövriyyəsi və ya gəzdirilməsi qadağan edilən əşya və maddə olub-olmadığı soruşulduqda o, üzərində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Nəsimi RPİ-nə gətirilmiş və sonuncunun üstündə cinayət məsuliyyətinə səbəb ola biləcək qanunla qadağan edilmiş hər hansı bir əşya, eləcə də narkotik vasitə olması güman edildiyindən şəxsi axtarış keçirilib barəsində qanuni tədbir görülməsi üçün Nəsimi RPİ-nin rəhbərliyinə raportla müraciət edilmişdir. Şəxsnın barəsində şəxsi axtarış aparılmasına zərurət yarandığından xx.xx.2025-ci il tarixdə Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 7/562 saylı ekspert rəyinə əsasən Şəxs üzərindən aşkar edilən - təmiz çəkisi 0,21 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi yaranmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş, Şəxs faktiki xx.xx.2025-ci il tarixdə saat 12:30 dəqiqədən hesablanmaqla, onun tutulduğu vaxtdan 24 saat müddət keçənədək cinayət işinin başlanması haqqında qərar qəbul edilmədiyi və cinayət əməlini törətməsi barədə şübhələr təsdiq edilmədiyindən o, şübhəli şəxs qismində tutulması ilə əlaqədar saxlanıldığı Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlandığı yerdən dərhal azad olunmuş, lakin əməlində inzibati xətanın tərkib əlamətləri olduğundan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Həmçinin Şəxs Respublika Narkoloji Mərkəzə aparılmış və müayinədən keçirilmiş, nəticədə məlum olmuşdur ki, Şəxs narkotik vasitədən istifadə edir və sidiyində MTD, AMP və MET aşkar olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona istinad edilən əməli törətdiyini etiraf edərək bildirmişdir ki, o, narkotik vasitə olan marixuanadan istifadə edir. xx.xx.2025-ci il tarixdə saat təxminən 12:30 radələrində Nəsimi rayonu, Həsən Əliyev küçəsində Avrasiya klinikasının qarşısında saxlanılan zaman üzərindən narkotik vasitə marixuana aşkar edilmişdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 2022 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniydan məcburi müalicəyə ehtiyacı vardır. Şəxs xx.xx.2021-ci il tarixindən Respublika Narkoloji Mərkəzində “F11.2” (Opioidlərin qəbulu) diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 7/562 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 03 (üç) ədəd qızılı rəhgli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,08 qram, 0,06 qram, 0,07 qram, ümumi çəkisi 0,21 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Nəsimi RPİ-nin 20-ci PŞ-nə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi, məhkəmə-bioloji ekspertizasının rəyi, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə inzibati xəta törətmiş şəxsin əməlindən səmimi peşman olmasını, məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin, iş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun xx.xx.2021-ci il tarixindən Respublika Narkoloji Mərkəzində dispanser qeydiyyatda olması nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2717/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2717/2025
28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver