Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2719/2021 15.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi, ev 10, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə tərtib olunmuş 14.07.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş AP seriyalı ******* nömrəli, 14.07.2021-ci il tarixli inzibati xəta haqqında protokola görə "xxxx" MMC mülkiyyətində olan «X2 LC200» minik markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobillə 21.04.2021ci il tarixdə saat 12:16-da inzibati xətanı törətmiş fiziki şəxs barəsində olan sorğuya qanunvericiliklə müəyən edilmiş 5 gün müddətində məlumat verməmişdir. GENETİK.AZ MMC məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, Cəmiyyətin ünvanına 30.04.2021-ci il tarixində Nəsimi RPİ-nin DYPŞ tərəfindən 3 ədəd sorğu göndərilmiş, sorğulardan hər biri, həmçinin 447352 saylı sorğu tərəflərindən 04.05.2021-ci il tarixində cavablandırılmış, hər 3 sorğuya cavab eyni tarixdə və eyni zərfdə Nəsimi RPİyə göndərilmişdir. Ərizəyə əlavə edilmiş xəbərnamədən də göründüyü kimi, cavab məktubu 04.05.2021-ci ildə tarixində "xxxx" MMC-nin əməkdaşına təqdim edilmiş, 07.05.2021-ci il tarixində isə Nəsimi RPİ tərəfindən qəbul edilmişdir. Cavab məktubu 04.05.2021-ci il tarixində təqdim edildiyindən və qanunvericiliklə nəzərdə tutulmuş 5 (beş) günlük müddət ötürülmədiyindən inzibati xəta tərkibi yaranmamışdır. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Tərəflərin məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin 447352 saylı məktubu və müvafiq poçt qəbzindən aydın olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus «X2 LC200» minik markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 21.04.2021-ci il tarixdə saat 12:16-da İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törədən şəxs barəsində şöbəyə 5 gün ərzində məlumat verilməsi xahiş olunmuş və bu sorğu 30.04.2021-ci il tarixdə həmin cəmiyyətə çatdırılmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 03.05.2021ci il tarixli məktubla Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə ünvanlanmış cavabda «X2 LC200» minik markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobili X1 idarə etdiyi qeyd olunmuş və "xxxx" Məktub və bağlamaların daşınması xidmətinin poçt qəbzinə əsasən bu məktub polis şöbəsinə 07.05.2021-ci il tarixdə çatdırılmışdır. Beləliklə aydın olur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan «X2 LC200» minik markalı, ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobillə 21.04.2021-ci il tarixdə saat 12:16-da inzibati xətanı törətmiş fiziki şəxs barəsində məlumat qanunla müəyyən edilmiş vaxtda Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinə təqdim edilmişdir. Belə olan halda isə iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 367-ci, 425-ci və 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2719/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2719/2021
15.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver