Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2720/2023 25.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, protokolu tərtib edən şəxs Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin sahə inspektoru X1 iştirakları ilə, 09 avqust 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən «Park 20 Shoping» ticarət mərkəzində Zərərçəkmiş şəxs sahibkarlıq etdiyi kişi geyimləri mağazasının piştaxtasında sərgilənən 360 manat dəyərində 12 ədəd kişi şalvarlarını oğurlamışdır. Məhkəmə iclasında Bakı şəhər Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin polis sahə inspektoru X4 izahatında göstərmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 17:25 radələrində sahibi olduğu kişi geyimləri mağazasından Şəxs tərəfindən 360 manat dəyərində 12 ədəd kişi şalvarlarını oğurlamış və həmin şəxsin yenidən analoji hadisəni törətmək üçün mağazanın qarşısından keçdiyi vaxt polis əməkdaşlarına xəbər verərək Kamaran Şükürovun saxlanılmasına şərait yaratmışdır. Polis bölməsində baş təhqiqatçı Nazim Qədirov tərəfindən araşdırma aparılaraq, cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti ərazi aidiyyatı üzrə əməkdaşa göndərilmişdir. Bundan sonra, Şəxs əməlini etiraf etdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində ünvan 2 ünvanda yerləşən “Park 20 shopping” ticarət mərkəzində fəaliyyət göstərən kişi paltar geyim mağazasının qarşısından keçərkən içəridə satıcı olmadığını görüb mağazaya daxil olaraq giriş qapısından sol tərəfdə rəfdə sərgilənən şalvarlardan 12 ədəd şalvarı götürüb əlində olan sellofan torbaya qoyaraq mağazanı tərk etmişdir. O, həmin şalvarları “Şamaxinka” adlanan ərazidə yoldan keçən tanımadığı şəxslərə sataraq əldə etdiyi 70-80 manat pulu öz ehtiyacına sərf etmişdir. Daha sonra “Park 20 shopping” ticarət mərkəzində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılmış və orada törətdiyi əməli etiraf etmişdir. Özü uzun müddətdir narkotik maddələrdən istifadə edir. İzahatının sonunda törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, uzun müddətdir ünvan 2 ünvanda yerləşən “Park 20 shopping” ticarət mərkəzində fəaliyyət göstərən kişi paltar geyim mağazasını işlədir. xx.xx.2023-cü il tarixdə həmişə olduğu kimi saat 09 radələrində mağazanı açaraq işə başlamış, həmin gün saat 17:20 radələrində mağazanın giriş qapısını bağlamayaraq sanitar qovşağına getmiş, təxminən 5 dəqiqə sonra mağazaya qayıdarkən mağazanın piştaxtasında sərgilənən 12 ədəd kişi şalvarlarının naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Həmin hadisə nəticəsində ona 360 manat maddi ziyan dəymişdir. Sonradan Şəxs “Park 20 shopping” ticarət mərkəzində görmüş və onun barəsində müvafiq polislərə müraciət etmişdir. Şəxs başqa şəxslərin də mağazalarından oğurluq etmişdir. Hal-hazırda ona dəymiş zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir və sonuncu barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan 24 may 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 24 may 2023-cü il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası DİN-nin Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin baş təhqiqatçısı Nazim Qədirov tərəfindən araşdırma aparılaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış materiallar Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin aidiyyəti əməkdaşına göndərilmişdir. Məhkəmə, Bakı şəhər Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin polis sahə inspektoru X4 tərəfindən tərtib edilmiş 25 may 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 24 may 2023-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X3 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2720/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2720/2023
25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver