Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2726/2024 26.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin qanuni təmsilçisi X1 iştirakı ilə, MÜSTƏQİL «ELÇİN» KİÇİK MÜƏSSİSƏSİ (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, AK Mirəli Qaşqay, ev 36, mənzil 42; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 485.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* (00100-01651/24) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: MÜSTƏQİL «ELÇİN» KİÇİK MÜƏSSİSƏSİ-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, EP ******* (00100-01651/24) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/011899 saylı xx.xx.2024-cü il tarixli raporta əsasən MÜSTƏQİL «ELÇİN» KİÇİK MÜƏSSİSƏSİ-nin ünvanına 93913192 nömrəli vaqonla ölkə ərazisinə daxil olmuş və **********8568 nömrəli xx.xx.2024-cü il tarixli GB ilə bəyan olunan yük üçün əvvəlcədən təqdim edilmiş **********1270 nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafasında ümumi invoys dəyəri ******* Rusiya rublu bəyan olunduğu halda, gömrük bəyannaməsində faktiki təqdim olunmuş sənədlərə uyğun olaraq ümumi invoys dəyəri ******* Rusiya rublu, **********270 nömrəli qısa idxal bəyannaməsinin 31-ci qrafasında malların kubu 130 kub metr bəyan olunduğu halda, gömrük bəyannaməsində faktiki təqdim olunmuş sənədlərə uyğun olaraq 92.28 kub metr olaraq bəyan edilmişdir. Tərəflərindən **********8568 nömrəli gömrük bəyannaməsinə, **********1270 nömrəli qısa idxal bəyannaməsinə baxış keçirilmiş, baxış nəticəsində gömrük bəyannaməsində göstərilən məlumatların düzgün, qısa idxal bəyannaməsində qeyd edilən ümumi invoys dəyərinin və kub metrin doğru olmadığı aşkar edilmişdir. Bununla da, MÜSTƏQİL «ELÇİN» KİÇİK MÜƏSSİSƏSİ Azərbaycan Respublikasının İXMnin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən « MÜSTƏQİL «ELÇİN» KİÇİK MÜƏSSİSƏSİ-nin qanuni təmsilçisi X2 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə onlara mal sahibi sənədlər paketi göndərmiş və içərisində də invoys da əlavə etmişdir. İnvoysda 130 kub yazılmışdır. Həmin invoys əsasında qısa idxal bəyannaməsi yazılmışdır. Lakin vaqon gələndə məlum olmuşdur ki, malların həcmi 92 kubdur. Şirkət Rusiya Federasiyasından gömrük oraqanına məktub yazılaraq səhvən 92 kub mal göndərildiyi bildirilmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs MÜSTƏQİL «ELÇİN» KİÇİK MÜƏSSİSƏSİ-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarında olan **********1270 nömrəli gömrük bəyannaməsində görünür ki, bəyannamənin 22-ci qrafasında valyuta və malların ümumi invoys dəyəri ******* Rusiya rublu göstərilmişdir. Həmçinin 31-ci qrafada malın kubu 92,28 kub göstərilmişdir. Belə ki, iş materiallarında olan **********1270 nömrəli qısa idxal bəyannaməsində görünür ki, bəyannamənin 22-ci qrafasında valyuta və malların ümumi invoys dəyəri ******* Rusiya rublu göstərilmişdir. Həmçinin 31-ci qrafada malın kubu 130 kub göstərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs MÜSTƏQİL «ELÇİN» KİÇİK MÜƏSSİSƏSİ-nin Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir. Buna görə də cəmiyyət həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında MÜSTƏQİL «ELÇİN» KİÇİK MÜƏSSİSƏSİ-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə hüquqi şəxs MÜSTƏQİL «ELÇİN» KİÇİK MÜƏSSİSƏSİ-yə həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: MÜSTƏQİL «ELÇİN» KİÇİK MÜƏSSİSƏSİ Azərbaycan Respublikasının İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2726/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2726/2024
26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver