Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2727/2024 26.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X1 və tələbkar X4 iştirakları ilə, "xxxx" MMC-nin direktoru Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə görə Nəsimi Rayon Məhkəməsinin 3(006)-2037/2021 nömrəli, xx.xx.2021-ci il 1 tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 600 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 3(006)-1455/2023 nömrəli, xx.xx.2023cü tarixli icra sənədinə esasən borclu "xxxx" MMC-dən 4000 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 3(006)- 3369/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 3(006)-1886/2023 nömrəli, xx.xx.2023 cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 300 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2727/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən itirilmiş iPhone 12 Pro Max 256 GB markalı telefonun dəyəri olan 1.280 manat, bağlamanın "xxxx" MMC-nin xarici anbarına çatdırılması üçün ödənilmiş 18,15 ABŞ dollarının bu günün ekvivalentinə uyğun olaraq 30,80 manat və "xxxx" MMC-yə ödənilmiş 5,95 ABŞ dolları bu günun ekvivalentinə uyğun olaraq 10,10 manat, telefonun qiymətləndirilməsinə görə 50 manat xidmət haqqının dəyəri, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35 manat dövlət rüsumu, 99,78 manatmalın gömrük bəyamnaməsinin dövlət rusumu olmaqla, ümumilikdə 1.505,68 manat pul vəsaiti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən tutularaq iddiaçı X2 ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2570/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 196.9 (bir yüz doxsan altı dollar doxsan sent) ABŞ dolları tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) iddiaçı X6 ödənilməli, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı X6 ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2804/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 424.98 manat ziyan və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq X15 ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3068/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 284.99 ABŞ dolları və 30 manat dövlət rüsumu məbləğində pul vəsaiti tutularaq tələbkar X8 xeyrinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2926/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 221.29 ABŞ dolları məbləğində pul vəsaiti və 41 manat dövlət rüsumu tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-4360/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 8049.5 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4731/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 209.60 (iki yüz doqquz dollar altmış sent) ABŞ dolları tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) iddiaçı X9 ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2- 2(103)-537/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMCdən iddiaçı "xxxx" QSC-nin xeyrinə cavabdeh "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli Exx/xx-0001 nömrəli saziş üzrə 50000 manat əsas, 6800,56 manat komissiya borcu və 699,44 manat cərimə cəmi 57500 manat, xx.xx.2021-ci il tarixli E-xx/xx-0002 nömrəli saziş üzrə isə 270.000 manat əsas, 28044,11 manat komissiya və 5955,89 manat cərimə cəmi 304.000, ümumlikdə 361.500 manat, həmçinin 400 manat mediasiya xərci, 261,08 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 5700/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclular Şəxs və "Mover” MMC-dən birgə qaydada - DC00073197-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 92478,85 manat əsas borc, 12456,64 manat faiz borcu, 3536,35 manat cərimə borcu:-DC00073197-10 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 59448,05 manat əsas borc, 8786,74 manatfaiz borcu, 2028,87 manat cərimə borcu, ödənilmiş 469 manat dövlət rüsumu, ümumilikdə 179204,50 (bir yüz yetmiş doqquz min iki yüz dörd manat əlli qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2900/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu tərəfindən ödənilməyən 1533 (min beş yüz otuz üç) manat məbləğində iki aylıq əmək haqqı və 929 (doqquz yüz iyirmi doqquz) manat məbləğində son haqq-hesabı və iş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci, ümumilikdə 2512 (iki min beş yüz on iki) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı X12 ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-795/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 200 (iki yüz) ABŞ dolları məbləğində pul tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) iddiaçı X10 ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-308/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 2020 Apple MacBook Air Laptop model notebook-a görə ödənilmiş 799 ABŞ dolları, yükün çatdırılması haqqı qismində ödənilmiş 20 ABŞ dolları 67 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, 236 manat 14 qəpik məbləğində xərclər (44 manat 17 qəpik idxal gömrük rüsumu, 166 manat 97 qəpik əlavə dəyər vergisi, 15 manat gömrük yığımları və 10 manat elektron xidmət haqqı) və hüquqi yardıma görə vəkilə ödənilmiş 150 manat pul vəsaiti cavabdeh "xxxx" MMC-dən iddiaçı X3 xeyrinə tutulmuş, İddiaçı, X11 tərəfindən dövlət rüsumu qismində ödənilmiş 48 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən iddiaçıya geri qaytarılmış, cavabdeh "xxxx" MMC-dən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 38 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-802/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 282.07 manat vurulmuş maddi ziyanın əvəzi və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq X13 ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-151/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən məhsullara görə ödənilmiş 246 ABŞ dolları və yükün çatdırılması üçün ödənilmiş 11 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla cavabdeh "xxxx" MMC-dən iddiaçı X4 xeyrinə tutulmalı, tələbkar X14 tərəfindən dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pul vəsaiti Dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalı, cavabdeh "xxxx" MMC-dən 30 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Lakin "xxxx" MMC-nin direktoru Şəxs oğlu icra sənədlərinin icrasını təmin etməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X7 bildirmişdir ki, "xxxx" MMC-nin direktoru Şəxs barəsində icra sənədləri icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək müvafiq bildirişlə birlikdə borclunun icra sənədlərində qeyd olunan ünvanına göndərilmişdir. Lakin tələb borclu tərəfindən tam şəkildə icra edilməmişdir. Görülmüş tədbirlərə baxmayaraq, borclu icra sənədlərinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X14 bildirmişlər ki, o, borclu tərəfindən icra sənədinin tam icra edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq borclu barəsində müvafiq inizbati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 3(006)-2037/2021 nömrəli, xx.xx.2021-ci il 1 tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 600 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 3(006)-1455/2023 nömrəli, xx.xx.2023-cü tarixli icra sənədinə esasən borclu "xxxx" MMC-dən 4000 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 3(006)-3369/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 3(006)-1886/2023 nömrəli, xx.xx.2023 cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 300 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2727/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən itirilmiş iPhone 12 Pro Max 256 GB markalı telefonun dəyəri olan 1.280 manat, bağlamanın "xxxx" MMC-nin xarici anbarına çatdırılması üçün ödənilmiş 18,15 ABŞ dollarının bu günün ekvivalentinə uyğun olaraq 30,80 manat və "xxxx" MMC-yə ödənilmiş 5,95 ABŞ dolları bu günun ekvivalentinə uyğun olaraq 10,10 manat, telefonun qiymətləndirilməsinə görə 50 manat xidmət haqqının dəyəri, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35 manat dövlət rüsumu, 99,78 manatmalın gömrük bəyamnaməsinin dövlət rusumu olmaqla, ümumilikdə 1.505,68 manat pul vəsaiti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən tutularaq iddiaçı X2 ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2570/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 196.9 (bir yüz doxsan altı dollar doxsan sent) ABŞ dolları tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) iddiaçı X6 ödənilməli, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı X6 ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2804/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 424.98 manat ziyan və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq X15 ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 3068/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 284.99 ABŞ dolları və 30 manat dövlət rüsumu məbləğində pul vəsaiti tutularaq tələbkar X8 xeyrinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2926/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 221.29 ABŞ dolları məbləğində pul vəsaiti və 41 manat dövlət rüsumu tutularaq tələbkar X5 xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4360/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 8049.5 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4731/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 209.60 (iki yüz doqquz dollar altmış sent) ABŞ dolları tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) iddiaçı X9 ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-537/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən iddiaçı "xxxx" QSC-nin xeyrinə cavabdeh "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 nömrəli saziş üzrə 50000 manat əsas, 6800,56 manat komissiya borcu və 699,44 manat cərimə cəmi 57500 manat, xx.xx.2021-ci il tarixli E-xx/xx-0002 nömrəli saziş üzrə isə 270.000 manat əsas, 28044,11 manat komissiya və 5955,89 manat cərimə cəmi 304.000, ümumlikdə 361.500 manat, həmçinin 400 manat mediasiya xərci, 261,08 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" QSC-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5700/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclular Şəxs və "Mover” MMC-dən birgə qaydada - DC00073197-09 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 92478,85 manat əsas borc, 12456,64 manat faiz borcu, 3536,35 manat cərimə borcu:-DC00073197-10 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 59448,05 manat əsas borc, 8786,74 manatfaiz borcu, 2028,87 manat cərimə borcu, ödənilmiş 469 manat dövlət rüsumu, ümumilikdə 179204,50 (bir yüz yetmiş doqquz min iki yüz dörd manat əlli qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2900/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu tərəfindən ödənilməyən 1533 (min beş yüz otuz üç) manat məbləğində iki aylıq əmək haqqı və 929 (doqquz yüz iyirmi doqquz) manat məbləğində son haqq-hesabı və iş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci, ümumilikdə 2512 (iki min beş yüz on iki) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı X12 ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-795/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 200 (iki yüz) ABŞ dolları məbləğində pul tutularaq (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) iddiaçı X10 ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-308/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 2020 Apple MacBook Air Laptop model notebook-a görə ödənilmiş 799 ABŞ dolları, yükün çatdırılması haqqı qismində ödənilmiş 20 ABŞ dolları 67 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla, 236 manat 14 qəpik məbləğində xərclər (44 manat 17 qəpik idxal gömrük rüsumu, 166 manat 97 qəpik əlavə dəyər vergisi, 15 manat gömrük yığımları və 10 manat elektron xidmət haqqı) və hüquqi yardıma görə vəkilə ödənilmiş 150 manat pul vəsaiti cavabdeh "xxxx" MMC-dən iddiaçı X3 xeyrinə tutulmuş, İddiaçı, X11 tərəfindən dövlət rüsumu qismində ödənilmiş 48 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən iddiaçıya geri qaytarılmış, cavabdeh "xxxx" MMC-dən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 38 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-802/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 282.07 manat vurulmuş maddi ziyanın əvəzi və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq X13 ödənilməlidir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-151/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən məhsullara görə ödənilmiş 246 ABŞ dolları və yükün çatdırılması üçün ödənilmiş 11 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla cavabdeh "xxxx" MMC-dən iddiaçı X4 xeyrinə tutulmalı, tələbkar X14 tərəfindən dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pul vəsaiti Dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalı, cavabdeh "xxxx" MMC-dən 30 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməlidir. İcraata başlamaq haqqında qərarların və bildirişlərin surətindən görünür ki, yuxarıda göstərilən icra sənədləri əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərarlar dərhal icra olunması üçün bildirişlərlə birlikdə borclu "xxxx" MMC-nin direktoru Şəxs təqdim edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "xxxx" MMCnin direktoru Şəxs məhkəmə qərarları ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını tam təmin etməmiş, icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "xxxx" MMC-nin direktoru Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında "xxxx" MMC-nin MMC-nin direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, "xxxx" MMC-nin direktoru Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-2727/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2727/2024
26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver