Məhkəmə qərarları › İş №3(006)-2731/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2731/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2731/2024 05.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3, Barəsində inzibat xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 iştirakları ilə Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş MN ******* saylı, 05 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN №1933405 saylı, 05 iyul 2024-cü il tarixli protokola əsasən, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixində bağlanılmış əmək müqaviləsi bildirişi Əmək Məcəlləsinin tələbini pozularaq xx.xx.2024-cü il tarixdə “Əmək və Məşğulluq” altsisteminə daxil edilərək rəsmiləşdirilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X6 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətin tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, vətəndaş X7 şikayəti əsasında Şəxsndə araşdırma aparılmış və araşdırma nəticəsində X11 ilə xx.xx.2023-cü il tarixində bağlanılmış əmək müqaviləsi bildirişinin Əmək Məcəlləsinin tələbi pozularaq xx.xx.2023-cü il tarixində «Əmək və Məşğulluq» altsisteminə daxil edilərək rəsmiləşdirilməsi faktı aşkar olunduğundan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibat xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X10 izahatında bildirdi ki, AR ƏƏSMN yanında X9 Xidmətinin Bakı şəhəri İdarəsinin əmək müfəttişi X2 tərəfindən nümayəndəsi olduğu Şəxs MMC barəsində AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə xx.xx.2024-cü il tarixli, MN № ******* saylı protokol tərtib edilmişdir. Nüybar Cəbrayılova tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli protokol tamamilə qanunsuz və əsassızdır. Sözügedən qərarda AR İXMnin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinin əsası kimi Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X7 Şəxs MMC-də həkim stomatoloq vəzifəsində işlərə cəlb edilməyi göstərilmişdir. Lakin həmin inzibati xəta haqqından protokol heç bir araşdırma aparılmadan tərtib olunmuşdur. X11 ilə Şəxs MMC arasında xx.xx.2023-cü il tarxidə əmək müqaviləsi bağlanmışdır. Belə ki, Emin Muradovla bağlanmış əmək müqaviləsi texniki problemlərdən dolayı həmin gün yox, xx.xx.2023-cü il tarixdə elektron sistemə daxil edilmişdir. Bu barədə onun özünə də məlumat verilmişdir. Buna görə də qanunvericiliyin tələbinə uyğun olaraq Emin Muradov Şəxs MMC-də xx.xx.2023-cü il tarixdən işlərə cəlb edilmişdir. Emin Muradov ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi qüvvəyə minən günədək olan müddət ərzində, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Emin Muradov Şəxs MMC tərəfindən heç bir işə cəlb edilməmişdir. Belə ki, həmin müddət ərzində X11 ilə Şəxs MMC arasında hər hansı işəgötürən-işçi münasibəti olmamış, hər hansı bir iş görməsi ilə bağlı ona heç bir əmr verilməmiş, onun hər hansı əmək şəraiti, şərtləri və ya əmək funksiyası müəyyən edilməmiş, həmin müddət ərzində onun işə gəlməsi üçün hər hansı iş vaxtı müəyyən edilməmiş, o bu müddət ərzində işə gəlib getməmiş, ümumiyyətlə Şəxs MMC ilə heç bir iş münasibətində olmamışdır. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Maddənin tələbinə əsasən hüquqi şəxs öz maraqları və xeyri üçün törədilmiş inzibati xətalar görə məsuliyyətə cəlb edilir. Şəxs MMC tərəfindən onun xeyrinə və maraqlarının qorunması üçün heç bir inzibati xəta törədilməmişdir. Belə ki, Emin Muradov ilə əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanılmış, elektron sistemdə olan problemlərdən dolayı onunla bağlanılan əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə elektron sistemə daxil edilmiş, Emin Muradov isa xx.xx.2023-cü il tarixdən Şəxs MMC də işlərə cəlb edilmişdir. Emin Muradov xx.xx.2023-cü il tarixdən Şəxs MMC də işləməyə başlasa da, MMC tərəfindən onun əmək haqqısı işlərə başladığı gündən yox, onunla əmək müqaviləsi bağlanıldığı gündən hesablanaraq ödənilmişdir. Yəni MMC tərəfindən ona artıq əmək haqqı ödənilmişdir. Buradan da açıq-aydın görünür ki, Şəxs MMC tərəfindən xeyrinə və ya onun maraqlarının qorunması üçün heç bir inzibati xəta törədilməmişdir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. İnzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan ibarət olsa da, lakin DƏMX-nin Bakı şəhəri İdarəsinin baş əmək müfəttişi X2 hazırki mövcud vəziyyəti hərtərəfli, tam, obyektiv araşdırmadan qərar qəbul etmişdir. İşəgötürən kimi Şəxs MMC ilə X11 arasında hər hansı işəgötürən-işçi münasibətinin olmadığı halda, habelə Emin Muradova işəgötürən qismində əmrlər verilməsi, iş vaxtı, əmək şəraiti, əmək funksiyası müəyyən etməsi sübuta yetirilmədiyi halda Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi əsasında qanunsuz və əsassız inzibati xəta haqqından protokol tərtib edilməsi təqsirsizlik prezumpsiyasının da pozulmasına gətirib çıxarmışdır. Belə ki, heç bir təqsiri olmadığı halda əsassız şəkildə Şəxs MMC barəsində inzibati xəta haqqından protokol tərtib edilmişdir. Şəxs MMC barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinin əsas kimi göstərilən X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi məsələsi işin hallarını əks etdirməməklə yanaşı, eyni zamanda bu halın mövcudluğu sübuta yetirilə bilməmişdir. Bununla da DƏMX-nin Bakı şəhəri İdarəsinin əmək müfəttişi X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* protokol ilə inzibati xəta hadisəsi, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta törətmiş şəxs sübuta yetirilməyərək İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələbləri pozulmuşdur. AR ƏƏSMN yanında X9 Xidmətinin Bakı şəhəri İdarəsinin əmək müfəttişi X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN № ******* protokol tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməli və Şəxs MMC barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxs X1, özü də Şəxs işçisidir. X11 ilə onun kabineti yanbayan olmuş, şahid xx.xx.2023-cü il tarixdə işə gələndə otağının yanında əşyalar olduğunu görmüş, həmin əşyaların nə olduğunu soruşanda yeni işçinin əşyaları olduğu bildirilmişdir. Bundan iki-üç gün sonra X11 işə gəlmiş və onunla yanbayan kabinetdə işləmişdir. İş materiallarında olan: - Şəxs MMC tərəfindən verilmiş № 06/23 əmrdən görünür ki, X11 xx.xx.2023-cü il tarixində əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə cəmiyyətə həkim-stomatoloq vəzifəsinə işə qəbul edilmişdir. - X11 "xxxx" ASC-yə müraciət edərək, iyul-avqust aylarında klinikada işlədiyi müddətdə ona məxsus bank kartı ilə bağlı mədaxil-məxaric cədvəlinin təqdim edilməsini həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsindən işə qəbul və işdən azad edilmə proseduru ilə bağlı araşdırma aparılmasını və əmək müqaviləsinin surətini, əmək kitab kitabçasının alınıb ona verilməsinə köməklik edilməsini xahiş etmişdir. - Şəxs MMC tərəfindən verilmiş № 09/23 əmrdən görünür ki, X11 ilə müqaviləyə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi həmin Məcəllənin XXİ fəslinə, yəni siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətalara daxil edilir. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinə görə siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı xüsusi norma göstərilmədiyindən, bu müddət 3 ay müəyyən edilmişdir. 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə müəyyən edildi ki, X11 01 avqust 2023-cü il tarixdən 03 avqust 2023-cü il tarixədək Şəxs MMC-də əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işləmiş, işə məhkəmədə baxılan zaman artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətsə də, müddətin keçməsi ilə bağlı hüquqi şəxs inzibati məsuliyyətdən azad edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar