Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2735/2025 12.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 1991-ci ildə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" şirkətində sürücü işləyən, Göygöl rayonu, Sabir küçəsi ev 17A-da qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsi ev 32/4-də yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 15 noyabr 2024-cü il tarixdə saat 09 radələrində "xxxx" MMC-nə məxsus “BMC" markalı, **-JV-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsində yerləşən «28 May» nəqliyyat mübadilə məntəqəsində avtobusun parklanması zamanı «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hadisənin qarşısını almağa texniki imkanı olduğu halda yolun hərəkət hissəsinə çıxmış piyada Zərərçəkmiş şəxs avtobusun sağ təkəri ilə sonuncunun sol ayaq nahiyyəsinə çıxaraq ona daraqlararası sahələrinin posttravmatik aralanması və hərəkət funksiyasının pozulması ilə müşayiət olunan sol ayaq pəncəsinin əzilməsi xəsarətlərini yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, "xxxx" MMC-də sürücü kimi işləyir. 15 noyabr 2024-cü il tarixdə saat 09 radələrində “28 May” nəqliyyat mübadilə məntəqəsində 21 saylı xətt üzrə hərəkət edən “BMC” markalı **-JV-*** dövlət nömrə nişanlı avtobusu sonuncu dayanacaqda park edərkən sağ güzgüdən bir nəfər qadının avtobusa yaxınlaşdığını və sol ayağını avtobusa tərəf atdığını görüb avtobusun əyləcini sıxmışdır. Hərəkət zamanı surəti 3-5 km/saat olduğundan əyləci sıxdıqda avtobusu dayandırmışdır. Avtobusdan düşdükdə qadının yerə yıxıldığını və sol ayağından xəsarət aldığını görmüşdür. O dərhal həmin qadını ilkin tibbi yardım göstərmək üçün avtobusa mindirmiş və təcili tibbi yardım çağıraraq onunla birlikdə xəstəxanaya getmişdir. Həmçinin o, DİN-nin 102 xidmətinə və çalışdığı yerə məlumat vermişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Qeyd olunanları nəzərə alaraq, barəsində olan inzibati iş üzrə cərimə cəzasının verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024cü il tarixdə saat 09 radələrində “28 May” metrostansiyasmdan çıxıb Dəmiryolu Xəstəxanasına doğru Puşkin küçəsindən keçərkən işə tələsdiyi üçün və fikirli olduğundan yola baxmadan sol ayağını avtomobillərin hərəkət hissəsinə qoymuş və həmin an parkalanma həyata keçirən avtobusun sağ təkəri onun sol ayağının üstündən keçmişdir. Bundan sonra sürücü ona yaxınlşaraq avtobusa mindirmiş və təcili yardım çağıraraq xəstəxanaya aparmışdır. Baş vermiş hadisə onun diqqətsizliyindən olmuşdur. Hal-hazırda Şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 tərəfindən verilən xx.xx.2025-ci il tarixli 110 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - daraqlararası sahələrinin posttravmatik aralanması və hərəkət funksiyasının pozulması ilə müşayiət olunan sol ayaq pəncəsinin əzilməsi bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, onun tibbi yardım üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində qeyd olunan və zərərçəkmiş şəxsin göstərdiyi şəraitdə, yəni hərəkətdə olan avtomaşının təkərinin Zərərçəkmiş şəxsnm ayağının üzərindən keçməsi nəticəsində əmələ gələ bilməsi mümkündür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Elşən İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK-185 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYPŞ-nin polis mayoru X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmədə Şəxs zərərçəkmiş şəxslə barışmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-2735/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2735/2025
12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver