Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-2736/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Baş X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Baş X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 03 fevral 2023-cü il tarixində +**********27 mobil nömrədən ona zəng edilmiş, həmin zəng edən operator özünü təqdim etməyərək, BDYPİ-də 7-ci otaqda əyləşən Paşazadə Hikmət adlı şəxsə yaxınlaşmasını bildirmiş, ora hansı səbəbə gəlməsini soruşduqda guya onun xx.xx.2023-cü il tarixdə İXMnin tələbini pozduğu üçün vətəndaş şikayəti bildirmişdir. Ona əgər həmin inzibati pozuntunu törətmişdirsə video görüntü varsa qeyd edib barəsində protokol yazılıb inzibati məsuliyyətə cəlb edilmədini bildirmiş, həmçinin onu polis idarəsinə nə səbəbə çağırılmasını soruşmuş həmin operator onlarda qaydanın belə olduğunu, qayda pozuntusu olsa idi elektron kabinetlərinə göndərəcəklərini demiş, o da həmin operatora bildiriş göndərəcəkləri halda polis idarəsinə gələcəyini demişdir. Bundan sonra xx.xx.2023cü il tarixdə TP5730849 nömrəli qərara əsasən barəsində 100 manat cərimə edilmiş və bu cərimə onun elektron kabinetinə 03 fevral tarixində yerləşdirilmişdir. O, bu qərarla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, xx.xx.2023-cü ildə məhkəmədə işə baxılarkən BDYP tərəfindən heç bir nümayəndə gəlməmiş və onun orada tələb etdiyi video görüntülər, vətəndaş şikayəti haqqında olan məlumatlar məhkəməyə təqdim olunmamışdır. Bundan sonra məhkəmə qismən ləğv edilməsi və yenidən araşdırılması üçün qərar qəbul etmiş və xx.xx.2023-cü il tarixində guya yenidən araşdırılmanın nəticəsi ilə bağlı İXP5206370 saylı protokolu yenidən qüvvədə saxlanılmışdır. Əgər vətəndaş şikayəti varsa BDYP bununla bağlı ona niyə vətəndaş şikayəti haqqında məlumatları göstərmir və məhkəmədədə onlar tərəfindən heç bir nümayəndə gəlməmiş və onun tələb etdiyi vətəndaş şikayəti haqqında məlumatlar və video görüntülər məhkəməyə təqdim olunmamış, bununla da onun hüquq və azadlıqları ilə bağlı tələbləri BDYP tərəfindən pozulmuşdur. xx.xx.2023-cü ildə İXP5200370 yenidən qüvvəyə mindikdən sonra yenə elektron kabinetdə videogörüntülər yerləşdirilməmişdir. Qeyd etmək istəyir ki, İXM-nın 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirimədikdə şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Barəsində xx.xx.2023-cü il tarixində qəbul edilmiş İXP5206370 saylı inzibati xəta haqqında iş üzrə qərarda qeyd olunur ki, guya o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 327.4cü maddəsinin tələbini pozmuşdur. Bu qayda pozuntusunu etmişdirsə ona qanunsuz olaraq əlaqə saxlanılmış, niyə yaxışlaması barədə məlumat verilir, bundan sonra ona rəsmi olaraq bildiriş göndərilməsini tələb etdikdən sonra, onun elektron kabinetinə 100 azn məğləbində cərimə gəlir. Bunuda qeyd etmək istəyir ki, gələn cərimənin elektron kabinetdə foto və ya video materialları mövcud deyildir. Bu qayda pozuntusunu etmişəmsə İXM 38.6cı maddəsinə əsasən bir gün ərzində göndərilməli idi. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin qəbul etdiyi TP5730849 qərarı xx.xx.2023 tarixli inzibati xəta haqqında iş üzrə qərarının qanunsuz və əsassız oğduğuna görə qərar ləğv edilməsi, inzibatı xəta tərkibinin vaxtında elektron kabinete yerleşdirilməməsi əsası ilə işə xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi İ.N.Məmiyev şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Baş X4 İdarəsinə lazımi qaydada məlumat verilsə də, Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Baş X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, Baş X4 İdarəsinin ünvanına məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Baş X4 İdarəsinin ünvanına məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Baş X4 İdarəsinin ünvanına məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilmişdir (xx.xx.2023-cü il tarixli reyestrin 1 sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Baş X4 İdarəsinin ünvanına məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilmişdir (xx.xx.2023-cü il tarixli reyestrin 20 sıra nömrəsi ilə). Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı və yenidən araşdırılması üçün qərarı qəbul edən orqan Baş X4 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İ.N.Məmiyev xx.xx.2023-cü il tarixdə, saat 18:08-də ünvan 1 ünvanında “Nissan Sunny” minik markalı **-LZ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin pozuntusuna yol vermiş və buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)- 1155/2023 saylı qərarından görünür ki, İ.N.Məmiyevin şikayəti təmin olunmuş, Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Baş X4 İdarəsinə göndərilmiş, Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası DİN Baş X4i İdarəsinin Mərkəzi İnformasiya sistemində İ.N.Məmiyevin barəsində yerləşdirilmiş inzibati cəriməyə dəbbə pulunun hesablanması şikayətin məhkəməyə daxil olduğu xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İ.N.Məmiyev xx.xx.2023-cü il tarixdə, saat 18:08-də ünvan 1 ünvanında “Nissan Sunny” minik markalı **-LZ-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin pozuntusuna yol vermiş, buna görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə protokol tərtib edilmiş və həmin maddə ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Bundan sonra şikayətçi həmin qərardan Nəsimi Rayon Məhkəməsinə şikayət vermiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə İ.N.Məmiyevin şikayəti qismən təmin olunmuş və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Baş X4 İdarəsinə göndərilmişdir. Bundan sonra Baş X4 İdarəsində araşdırılma aparılmış və yenidən İXP ******* saylı inzibati xəta haqqında protokol qüvvəsində saxlanılmışdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında göstərilmiş xüsusatlar araşdırılmamış, İXP ******* saylı inzibati xəta haqqında protokol qüvvəsində saxlanılankən şikayətçi dəvət edilməmiş, inzibati xəta hadisəsinin mövcudluğunu təsdiq edən videogörüntülər nə şikayətçinin elektron kabinetinə nə də ki, məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə Baş X4 İdarəsinə lazımi qaydada məlumat verilsə də, Baş X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, həmçinin inzibati xəta hadisəsinə dair qəbul olunmuş qərarda göstərilən halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi İ.N.Məmiyev barəsində DİN Baş DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuş, sonuncu barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən göstərilən hallar tam araşdırılmamış və inzibati xəta hadisənin kim tərəfindən törədilməsi müəyyən edilmədən əsassız qərar qəbul olunmuşdur. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün yenidən Baş X4 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Baş X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün yenidən Baş X4 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-2736/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-2736/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver